Servis
Kiçik məişət texnikası ( KMT )
KMT-na aid məhsulların, telefonların, aksessuarların, tv, audio–video, İS avadanlıqların ( printer, noutbuk ) təmirə ehtiyyac yarandığı zamanı “Gənclik m. M.K. Atatürk 2” ünvanda yerləşən təhvil və servis məntəqəsinə təqdim edilməlidir.
Təmirə ehtiyacı olan məhsulların məntəqəyə təhvil verilən zamanı məhsulla birlikdə alış zamanı müştəriyəyə təqdim edilmiş “VAU” zəmanət talonu və istehsalçı tərəfindən verilən zəmanət talonu ilə birlikdə təhvil verilməlidir.
Məntəqədə məhsulun qəbulu zamanı, operator tərəfindən ilkin baxış keçirilir və məhsulun qəbulu ilə bağlı müştəriyə “Qəbul qəbz”-i təqdim edilir. Müştəri təmirə təqdim edilmiş məhsulu geri alarkən “Qəbul qəbz”-i və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.
Təhvil və servis məntəqəsində qəbul olunan məhsullar təmir və diaqnostika üçün Səlahiyyətli Servis Mərkəzlərinə (SSM) göndərilir. Təmirə ehtiyacı olan məhsul müayinə və ya təmirin icra olunması məqsədilə texniki servis mərkəzində saxlanıla bilər. Diaqnostika və təmir bitdikdən sonra , məhsullar təhvil və servis məntəqəsinə geri qaytarılır və bu haqda müştəriyə məlumat bildirilir.
Müştəri, məhsulun geri təhvil və servis məntəqəsinə qayıtması barədə məlumatı eldə etdiyi zaman, təhvil və servis məntəqəsinə yaxınlaşıb, təmirə təqdim edilmiş məhsulunu geri təhvil ala bilər.
Təmir prossesi haqqında və ya hər hansı bir servislə bağlı sual yarandığı halda müştərilər qaynar xəttə *2030 ( daxili nömrə 3) yığmaqla lazimi məlumatları əldə edə bilərlər.
Təmir və diaqnostika müddəti 14 gün müddətində yekunlaşa bilər, ehtiyac olduğu hallarda bu müddət uzana bilər.
Böyük məişət texnikası ( BMT )
BMT-na aid məhsulların təmirə ehtiyyac yarandığı zamanı, qaynar xəttə *2030 qısa nömrəsinə zəng vurmaqla (daxili nömrə 3 seçərək), təmir üçün sifariş yarada bilərlər.
Call Center operatoru müştəridən lazımı məlumatları əldə etdikdən sonra, sifarişi qəbul edir və Səlahiyyətli Servis Mərkəzlərinə (SSM) məlumatı ötürür. SSM daxil olan sifariş əsasında mühəndis təyin edir.
Mühəndislər 24-72 saat ərzində müştərinin ünvanına yaxınlaşır və təmir prosesini həyata keçirir.
Əgər təmir prosesi yerində, yəni müştərinin ünvanında həyata keçirilməsi mümkün olmadığı halda, o zaman təmirə ehtiyac olduğu məhsul mühəndislər tərəfindən SSM-nə aparılır və təmir prosessi servisdə davam etdirilir.
Təmir bitdikdən sonra məhsul müştərinin ünvanına geri qaytarılır.
Təmir və diaqnostika müddəti 14 gün müddətində yekunlaşa bilər, ehtiyac olduğu hallarda bu müddət uzana bilər.
Tövsiyyə olunur
- Məhsulların alış zamanı, yəni təhvil alarkən müştəri tərəfindən tam ətraflı baxış keçirməlidi, defekt və çatışmamazlıqların olunmaması barədə əmin olmalıdı.
- Məhsulun birgə verilən alış çeki, zəmanət talonları itirilməməlidi.
- İstifadəçi kitabçası və zəmanət talonu sona qədər oxunmalıdı və tanış olmalıdı.
- İstifadə kitabçasında göstərilən istifadə qaydalarına riayət olunmalıdı.
Bilmək vacibdir: Məhsulun model və seriya nömrəsi zəmanət talonu ilə uyğun olmalıdı.
Şərtlər pozulduqda və ya zəmanət talonunda göstərilən məlumatlar dəyişilərsə, silinərsə və yaxud yenidən yazılarsa, zəmanət talonu etibarsız hesab olunur. Zəmanət müddəti və ya pulsuz xidmət dövründə cihazda nasaz hissələrin dəyişdirilməsi zamanı (detallar, komponentlər, quraşdırılma vahidləri) yeni zəmanət müddətinin təyin olunması və ya pulsuz xidmət göstərilmə (bütün və ya dəyişdirilmiş hissələr üçün) nəzərdə tutulmur.
Zəmanətli təmir yalnız istehsal qüsuru nəticəsində baş vermiş qüsurlara aid edilir! Qüsurun istehsalçı tərəfindən baş verib-verməməsi yalnız Səlahiyyətli Servis (SSM) Mərkəzinin mütəxəssisləri tərəfindən təsdiq edilə bilər. Məhsul Səlahiyyətli Servis (SSM) Mərkəzinin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən müdaxilə və ya təmir edildikdə zəmanət talonu qüvvədən düşür.
Aşağıdakı hallarda Zəmanət verilmir
- Məhsulun proqramlaşdırılmasına, əməliyyat sistemlərinə, drayverlərə və məhsula yazılan proqram təminatına;
- Virus və ya lisenziyasız proqramların istifadəsi nəticəsində aşkar olunan qüsurlara;
- İstehsalçı tərəfindən təsdiqlənməmiş hər hansı bir əlavə, qurğu qoşulubsa;
- Şəxsi istifadə üçün nəzərdə tutulan məhsuldan sahibkarlıq fəaliyyəti və ya məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədə zamanı(çat,sınıq,batıq,əyilmə, cızıq və s.);
- Elektrik şəbəkəsinin uyğun olmayan gərginliyi və ya artıq yüklənməsi, daxilinə kənar əşya, maddə, maye, korroziya, canlıların, həşəratların düşməsi təsirindən və ya istiliyə davamiyyəti olmayan hissələrinə temperaturun yüksək(aşağı) və ya kənar, qarşısı alınmaz qüvvələrin, bədbəxt hadisələrin təsiri nəticəsində yaranan qüsurlar zamanı;
- Təlimat kitabçasında və digər sənədlərdə qeyd olunan qayda və saxlama şərtlərinin pozulması hallarında;
- Əgər qüsur məhsulun təbii istifadəsi zamanı əmələ gəlmişsə ( təbii istifadə dedikdə ,məhsulun istifadəsi zamanı xarici gürünüşünün dəyişilməsi başa düşülür).
- Əgər zərər qeyri standart (qeyri orijinal) və ya keyfiyyətsiz,zədələnmiş materialların ehtiyyat hissələrin, batareyaların, müxtəlif məlumat daşıyıcıların (audio, video, CD, DVD disklər, yaddaş kartları, SİM-kartlar , kartidclər) istifadə olunması nəticəsində əmələ gəlmişsə;
- Məhsulun üzərində olan markalama etiketi üzərində olan məlumatlar silinmişsə ,pozulmuşsa, düzəlişlər edilmişsə və ya ümumiyyətlə markalama etiketlərinin məhsulların üzərində olmaması hallarında;
Əlavə olaraq:
- soyuducular: qoxu kənarlaşdırıcıları,hava təmizləyiciləri (biodezodoratorlar), filtlər,rəflər,yeşiklər,dayaqlar və məhsulların saxlanması üçün digər qutulara;
- mikrodalğalı və digər sobalar: metal dayaq, fırlanğıc, qızartmaq üçün hörmə, tavalar, buxarlı bişirici tabaqları, məcməyilər, diyirçəkli dayaq, qazla işləyən qaynadıcı örtüklər və s.
- tozsoranlar :şlanglara,borucuqlara, şotkalara,ucluqlar, toz yığıcılar, filterlərə;
- paltaryuyan və qabyuyan maşınlar : suyun çəkilməsi üçün şlanglar;
- kondisionerlər,mətbəx sobaları və aspiratorlar : filtirlər
- aksessuarlara
Qeyd:
Məhsulun yaddaşında olan məlumatların (konfidensial məlumatların saxlanılması üçün yaradılan loqin və şifrələrin bərpasına) itməsinə görə Səlahiyyətli Servis (SSM) Mərkəzi heç bir məsuliyyət daşımır. Yuxarıda göstərilən hallar baş verən zaman, cari “Zəmanət talonu” artıq öz qüvvəsini itirmiş, məhsulun zəmanəti bitmiş hesab olunur. Bu zaman təmir yalnız alıcının öz hesabına həyata keçirilir. Məhsulun saxlanması, düzgün quraşdılması qaydalarına əməl edilmədikdə SMARTLİNK MMC insanlara, ev heyvanlarına və ya əmlaka deyən mümkün zərərə görə məsuliyyət daşımır.