Zəmanət şərtləri
Biz Vau.az olaraq bütün məhsullarımıza canla-başla zəmanət veririk.
Sifariş zamanı zəmanət talonu əməkdaşlarımız tərəfindən doldurulur.
Hansı hallarda zəmanət ləğv oluna bilər?
- Məhsulun proqramlaşdırılmasına, əməliyyat sistemlərinə, drayverlərə və məhsula yazılan proqram təminatına;
- Virus və ya lisenziyasız proqramların istifadəsi nəticəsində aşkar olunan qüsurlara;
- İstehsalçı tərəfindən təsdiqlənməmiş hər hansı bir əlavə, qurğu qoşulubsa;
- Şəxsi istifadə üçün nəzərdə tutulan məhsuldan sahibkarlıq fəaliyyəti və ya məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədə zamanı(çat,sınıq,batıq,əyilmə, cızıq və s.);
- Elektrik şəbəkəsinin uyğun olmayan gərginliyi və ya artıq yüklənməsi,daxilinə kənar əşya,maddə,maye,korroziya,canlıların,həşəratların düşməsi təsirindən və ya istiliyə davamiyyəti olmayan hissələrinə temperaturun yüksək(aşağı) və ya kənar, qarşısı alınmaz qüvvələrin, bədbəxt hadisələrin təsiri nəticəsində yaranan qüsurlar zamanı;
QEYD: Məhsulun yaddaşında olan məlumatların (konfidensial məlumatların saxlanılması üçün yaradılan loqin və şifrələrin bərpasına) itməsinə görə Səlahiyyətli Servis (SSM) Mərkəzi heç bir məsuliyyət daşımır.
Yuxarıda göstərilən hallar baş verən zaman, cari "Zəmanət talonu" artıq öz qüvvəsini itirmiş, məhsulun zəmanəti bitmiş hesab olunur. Bu zaman təmir yalnız alıcının öz hesabına həyata keçirilir.Müştəriyə aldığı məhsul haqqında tam və dolğun məlumat verilib,olan narazılıqlar (əgər varsa) haqqında xəbərdarlıq olunub.