Qaytarma və ya dəyişdirmə
Həyatda hər şey olur. Aldığımız məhsul nədənsə ürəyimizə yatmır yaxud qüsurlu çıxır. Məhz buna görə də, başqa yerlərdən fərqli olaraq, qaytarılma və dəyişmə müddətini 21 gün etmişik!
Əgər məhsul heç işlənməyib və satış görünüşünü itirməyibsə, onu asanlıqla 3 həftə ərzində geri qaytara bilərsiniz.
Yox, əgər qaytarma səbəbi məhsulun istehsalçı qüsurlu olmasıdırsa, o zaman texniki eskpertimiz məhsulu yoxlayır və qüsuru təsdiqlədiyi halda, pulunuz geri qaytarılır yaxud yeni məhsul ilə əvəz olunur.
Qüsuru yerində təsdiq edilə bilmədiyimiz halda, məhsul servismizə göndərilir və detallı yoxlanışdan keçirirlir.
Ən əsası isə, bu prosesləri *2030-a zəng edərək həyata keçirə bilərsiniz. Kuryerimiz özü qapınıza gələcək. Təki siz yorulmayasınız.
Qeyd etməyi sevməsək də, mütləq xatırladırıq ki, məhsulun qəbzi olmadığı halda, dəyişmə və geri qaytarılma prosesi mümkün olmayacaq.