VAU, gəlin birlikdə işləyək!
Azərbaycanın yeni onlayn alış-veriş mağazası olaraq hədəfimiz tanınmış brendlər ilə işləmək, müştəri məmnuniyyətini inkişaf etdirmək, uğurlu satış və çatdırılma işini həyata keçirməklə ölkənin qabaqcıl elektron kommersiya şirkəti olmaqdır. Siz də ailəmizin bir parçası olaraq karyeranıza yeni bir həyəcan qata bilərsiniz.
Vau.az Proseslərin avtomatlaşdırılması şöbəsinin mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq !
Vəzifə öhdəlikləri:
- 1C Erp
- İstifadəçi sorğularının idarə edilməsi.
- İstifadəçilərə təlimlərin keçirilməsi.
- Məlumatların işlənməsi və yüklənməsi.
- Sistemdə yaranmış nasazlıqların aradan qaldırılması üçün sorğuları yaratmaq.
- Test sorğularının həyata keçirilməsi.
- Lazımı çap formalarının tərtibi və təhlili.
- Sənədləşdirmə.
- BP-nin tənzimlənməsi və təhlili.
Tələblər:
- Ali texniki təhsil.
- 1C programı bilməsi (1C Erp bilgisi olan namizədlərə üstünlük veriləcək)
- Biznes proseslərinin tərtib edilməsini anlamaq.
- Rus dili.
- Excel bilikləri.
- Visio ilə işləmə bacarığı.
İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Vakansiyaya müraciət üçün CV-nizi “Proseslərin avtomatlaşdırılması şöbəsinin mütəxəssisi” mövzusu ilə hr@vau.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.