Azərbaycanın yeni onlayn alış-veriş mağazası olaraq hədəfimiz tanınmış brendlər ilə işləmək, müştəri məmnuniyyətini inkişaf etdirmək, uğurlu satış və çatdırılma işini həyata keçirməklə ölkənin qabaqcıl elektron kommersiya şirkəti olmaqdır. Siz də ailəmizin bir parçası olaraq karyeranıza yeni bir həyəcan qata bilərsiniz.
Vau.az “Nisyə satış üzrə təmsilçi” vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq !
Öhdəliklər:
- Onlayn nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
- Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək;
- Nisyə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
- Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
- Nisyə satış üçün tələb olunan sənədləri qanunvericiliyə və daxili qaydalara uyğun rəsmiləşdirmək;
- Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Əməliyyat sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Daxili qaydalara uyğun olaraq həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
- Baş verən fors major-hadisələr barədə rəhbərinə məlumat vermək;
Tələblər:
- Bu sahədə ən az 1 il iş təcrübəsi
- Elektronika sahəsində təcrübə
- Analitik düşüncə qabiliyəti.
- Səlist nitq qabiliyyəti
- MS Office proqramlarında səlis işləmə bacarığı
- Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
- Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
İş qrafiki: 6 günlük qrafik.
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Satışa əsasən bonus sistemi mövcuddur.
Vakansiyaya müraciət üçün CV-nizi “Nisyə satış üzrə təmsilçi” mövzusu ilə hr@vau.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.