NanoCell TV-nin ən diqqət çəkən xüsusiyyəti daha çox telefon və planşetlərdə gördüyümüz IPS ekrana sahib olmasıdır. IPS ekranı istifadəçilərinə geniş baxış bucaqları və canlı rənglər təklif edir. Daha əvvəl televizorlarda IPS ekran texnologiyasından istifadə olunmurdu. İstənilməyən işıqları aradan qaldırmaq və rəngləri filtrləmək xüsusiyyəti sayəsində artıq televizorlarda da istifadə oluna bilir. NanoCell televizorları tutqun rəngləri filtrləyir və ekranda aydınlığı artırmaq üçün nanohissəciklərdən istifadə edir. Beləliklə, ən doğru rənglər ortaya çıxır. Rənglər digər rənglərin tonlarını əks etdirmədiyi üçün ən aydın formada görünür. Başqa sözlə qırmızılar tam qırmızıya, yaşıllar isə əsl yaşıla çevrilir. Rəng qeyri-sabitliyinə səbəb olmadığı üçün heç bir rəngi solğun görmürsünüz. Geniş rəng diapazonu və onlardakı canlılıq xüsusiyyəti izlənilən məzmunu maksimum real formada göstərir.
NanoCell nanometr ölçülü hissəciklərdən ibarətdir. Bu texnologiya lazımsız işıq dalğalarını udur və yüksək keyfiyyətli rəngləri ən saf formada göstərir. NanoCell televizorlarının üstünlüklərindən biri də geniş baxış bucaqlarına sahib olmasıdır. Geniş baxış bucağı fərqli tərəflərdən televizoru izləyərkən yaranan problemləri aradan qaldırır. Televizoru müxtəlif bucaqlardan izlədiyiniz zaman adi televizorlarda ekranın bəzi yerlərində rəng itkisi və qaralma olur, NanoCell texnologiyasında isə belə problemlər yaşanmır. Televizora yan tərəfdən baxsanız belə, qarşı tərəfdən baxan kimi eyni canlı rəngləri və parlaq ekranı görə bilərsiniz. Əgər siz ailənizlə və ya çoxlu dostlarınızla film izləmək istəyirsinizsə, heç bir baxış bucağında problemlə qarşılaşmayacaqsınız.
LG-nin təklif etdiyi NanoCell televizorlarına ultra parlaq ekran texnologiyası da daxildir. Nano texnologiya sayəsində bir milyarddan çox rəngi dəstəklədiyi üçün daha çox vibrasiya və kəskinlik təmin edir. Nano qara nöqtələrə nəzarət etdiyi üçün güclü kontrast təklif edir. Bu xüsusiyyət işığın sızmasını minimuma endirir. Beləliklə, hətta ən qaranlıq səhnələri seyr edərkən görüntünün atmosferini pozmadan ideal parlaqlıqda izləmək mümkündür. LG NanoCell televizorlar həm də 4K görüntü keyfiyyətini dəstəkləyir. HDR və 4K xüsusiyyəti sayəsində izlədiyiniz şəklin HDR formatından asılı olmayaraq düzgün kontrastla eyni keyfiyyətli təsvirə və kəskin detallara sahib olacaqsınız. NanoCell evdə kinoteatr zövqünü yaşadacaq xüsusiyyətləri özündə birləşdirir. Yüksək keyfiyyətli görüntüdən əlavə yaxşı səs sistemi də bu təqdimatın bir hissədir. Bildiyimiz kimi kinoteatrlarda Dolby Vision və Dolby Atmos video və audio texnologiyalarından istifadə edilir. Yeni televizorlar da bu texnologiyalara sahibdir. LG ilk dəfə olaraq OLED televizorlarında Dolby Atmos səs texnologiyasından istifadə etdi. İstifadəçilər tərəfindən çox bəyənilən və diqqət çəkən bu xüsusiyyət NanoCell televizorlarında da mövcuddur. Bu xüsusiyyət televizor izləmə təcrübəsini maksimum dərəcədə artırır. Dolby Atmos texnologiyası 360 dərəcə səs təcrübəsi təqdim edir. Klassik dinamiklərdə səs bir neçə kanal üzərindən çıxarılsa da, Dolby Atmos texnologiyası onlarla kanaldan istifadə edir. Beləliklə, baxdığınız görüntülərdə eşitdiyiniz səslərin elə çox yaxın olduğunu hiss edirsiniz. Bu texnologiya həm də səsin 3D formada otağa yayılmasına imkan verir. Normalda kinoteatrlarda və ya ev kinoteatr sistemlərində müxtəlif yerlərdə çoxlu dinamiklərin yerləşdirilməsi ilə əldə edilən səs, bu xüsusiyyət ilə əlavə sistemə ehtiyac olmadan NanoCell televizorlarında təklif edilir. Televizordakı dinamiklər səsi yaymaq üçün müxtəlif istiqamətlərə yerləşdirilir. Səs keyfiyyəti ən yüksək səviyyədə olduğu üçün televizordan çıxan səs hər yerə çatır. NanoCell texnologiyasına sahib televizorları vau.az saytından əldə edə bilərsiniz.