Neo QLED nədir?
Neo QLED texnologiyası Samsungun QLED texnologiyasının bir üst səviyyəsidir və "Quantum dot LED", yəni Kvant nöqtəli LED deməkdir.
Neo QLED Samsung-un kvant nöqtə texnologiyasına əsaslanan mövcud QLED displeylər üzərində təkmilləşdirilib. Kvant nöqtələri çox kiçik hissəciklərdir, ölçüləri cəmi bir neçə nanometrdir. Bu kvant nöqtələri ekranın arxasından ultrabənövşəyi şüalarla işıqlandırıldıqda enerji qazanır və müxtəlif rəngli işıqlar əmələ gətirir. Kvant nöqtələrindən gələn işıq ənənəvi LCD-dəki işıqdan daha səmərəlidir. Bu işıqlar QLED displeylərə daha çox enerjiyə qənaət etməyə imkan verir. Həmçinin daha parlaq və dəqiq rənglər burada öz əksini tapır. Neo QLED və QLED arasındakı əsas fərq ondan ibarətdir ki, QLED ənənəvi LED arxa işığından istifadə edir, Neo QLED isə mini LED arxa işığından istifadə edirSevdiyiniz film və proqramları Neo QLED televizorları ilə zövq alaraq izləyə bilərsiniz. Bu televizorlar məzmunları daha yaxşı rəng diapazonu ilə izləməyə imkan verir. Samsung Neo QLED televizorlarını 2021-ci ildə satışa çıxardı. Brend bu məhsulda LED-ləri mini LED-lərlə əvəz edir. Mini LED-lər əvvəlki LED-lərə nisbətən daha yaxşı və dəqiq nəzarət əldə etməyə imkan verir. Bu, daha yaxşı nəzarətlə yanaşı daha az işıq axını və qaranlıqdan işığa daha dəqiq keçid deməkdir.
Samsung-un hal-hazırda 4K və 8K Neo Qled televizor modelləri satışdadır. Bu televizorlar 43 düymdən başlayaraq 85 düymədək müxtəlif ekran ölçülərində mövcuddur. Samsung brendinin tez-tez innovativ həllər təklif etdiyini nəzərə alsaq, daha fərqli xüsusiyyətləri özündə cəmləyən modelləri yəqin ki, yaxın zamanlarda görəcəyik. Bu modelləri nəzərdən keçirmək üçün vau.az saytında televizorlar bölməsinə baxa bilərsiniz.
Neo Qled və OLED arasındakı fərq nədir?
Bu iki texnologiya əsas fərqi işıqlandırmadır. Kvant nöqtəli televizorlar hələ də zonalarda işləyən LED arxa işıq sistemindən istifadə edir, lakin OLED-lərin hər biri öz işığını yandırır və ya söndürür. OLED-in üstünlüyü ondan ibarətdir ki, siz qeyri-vacib pikselləri söndürə bilərsiniz. OLED televizorları ənənəvi LED ekranlarla müqayisədə şəkli göstərmək üçün çox fərqli bir texnikadan istifadə edir. OLED TV-də hər pikseldə işıq və rəng yarada bilən bir LED var, Neo QLED isə birdən çox pikseli işıqlandırmaq üçün Mini LED-dən istifadə edir. Bu, Neo QLED-in təkamülü üçün böyük səbəbdir. Daha kiçik piksellərlə o, OLED-in bu üstünlüklərindən bəzilərini təklif edə bilər, bu rəng həcmi üstünlüklərini qoruyarkən kontrast və qara səviyyələrdəki boşluğu daraltmağa çalışır. Neo QLED yeni televizirlar sırasında olduğu üçün onu yalnız digər modellərlə müqayisə etmək mümkündür. Eyni modelin yeni televizorları satışa çıxarıldıqda isə köhnə və yeni modeli dəyərləndirib, daha dəqiq müqayisə aparmaq mümkün olacaq.
Neo QLED TV modelləri vau.az mağazasında!
Samsung QLED TV-dən sonra Neo QLED TV ilə özündən bəhs etdirməyi bacarır. Yenilər kateqoriyasında yer alan Neo QLED TV modellərini vau.az onlayn mağazasından əldə edə bilərsiniz. Mağazamızda təklif edilən məhsullar orijinaldır və xüsusi zəmanət şərtlərinə malikdir. Saytımızda hər bir məhsulun qiyməti və texniki xüsusiyyətləri qeyd olunub. Televizor qiymətləri ilə də vau.az saytından tanış ola bilərsiniz. Müxtəlif xüsusiyyətlərə, əsasən dəyişən televizor qiymətləri hər bir brend üzrə də fərqlidir. Məhsul seçimini qiymətə uyğun edəcəksinizsə, filtrlər bölməsində özünüzə uyğun büdcəni qeyd etməyiniz tövsiyə olunur. Bu zaman axtardığınız məhsulu daha tez tapacaqsınız. Açılan səhifədə sizin büdcənizə uyğun müxtəlif brendlərin məhsulları göstəriləcək. Eyni kateqoriyaya aid məhsullar arasında müqayisə apararaq sizin üçün ən yaxşı cihazı seçə bilərsiniz. Bəyəndiyiniz məhsulu onlayn mağazamızdan bir kliklə əldə edə bilərsiniz.