Smart TV-lərin yaranması ilə televizorlar sahəsində yeni mərhələ başlandı. İnternet bağlantısı ilə qoşulan bu Smart televizorlar izləyicilərə daha çox imkandan yararlanmaq şansı verdi. Bununla da televizor satışı sahəsində yeni dönəmə start verildi. Bu yenilik televizor qiymətləri amilinə də təsir göstərdi. Yeni çıxan televizorlar artıq fərqli qiymətə təklif olunmağa başladı.
Smart TV-lər üzrə ixtisaslaşmış brendlərdən biri də Samsungdur. Samsung smart TV-ləri yüksək görüntü keyfiyyəti və fərqli modelləri ilə fərqlənir. Yeni televizorlar sahəsində də Samsung öz fərqli modelləri ilə tanınır. Samsung brendinin modellərindən biri olan QLED TV ən məşhur televizor modellərindən biridir. Televizor satışı sahəsində son illərin trendi olan QLED TV texnologiyanın yeni məhsullarındandır.
QLED televizorlar sadəcə Quantum Dot texnologiyasından istifadə edilən LED televizorları kimi qəbul edə bilərik. Samsung QLED TV bazardakı digər LED televizorlara nisbətən daha yüksək parlaqlıq, daha güclü qara rəng və daha çox rəng növü təqdim edir. QLED TV həmçinin hərəkətlərdə axıcılıq yaradır və bulanıqlığı aradan qaldırır. Samsung brendinin digər məşhur məhsulu 4K televizorlardır. 4K televizorlar 4K görüntü imkanı yaradan televizor modelləridir. u o deməkdir ki, üfüqi olaraq 3840 piksel və şaquli olaraq 2160 piksel olan TV -nin təxminən 8.3 milyon ümumi pikseli var.
TV məhsulunun texniki xüsusiyyətlərində görüntü imkanı ümumiyyətlə 4K televizorlar üçün "3840 x 2160" olaraq verilir. Görüntü imkanı kiçik nöqtələrin və ya piksellərin ekranda nə qədər sıx birləşdiyini sizə xəbər verir. Hər bir piksel birləşərək ekranda gördüyünüz şəkili meydana gətirir, buna görə də piksellər nə qədər çox olarsa, keyfiyyət bir o qədər yüksək olar. 4K -dakı "K" hərfi Kilos və ya 1000 deməkdir, bu da televizorun üfüqi olaraq təxminən 4000 piksel keyfiyyətə malik olması deməkdir.
4K TV modelinin bir üst səviyyəsi də mövcuddur. Bu 8K TV adlanır. 8K TV 8K görüntü imkanı təklif edən televizor modelidir. Ümumi olaraq təxminən 33 milyon pikseldə üfüqi olaraq 7680 piksel və şaquli olaraq 4320 piksel olan bir televizor modelidir. 8K -dakı "K" hərfi təxminən 8000 piksellik üfüqi bir görüntü imkanına sahib olduğu deməkdir. Bu yaxınlarda buraxılan UHD (ultra yüksək dəqiqlikli) televizorlar arasında ən yüksək görüntü imkanına malikdir. Samsung televizor qiymətləri bir-birindən fərqlənir v bunun üçün ən təsirli faktor ağıllı televizor proqram platformaları hesab olunur.
Proqram platformaları ağıllı televizorların təsnifatında əsas amil hesab olunur. Bəzi ümumi nöqtələr olsa da, hər bir istehsalçı öz proqram platformasından istifadə etməyi üstün tuta bilər. Samsung Tizen əməliyyat sistemi görünüşünə görə Veb əməliyyat sisteminə çox oxşardır. Televizor qiymətləri fərqli xüsusiyyətlərinə və dizaynına görə dəyişir. Son illərdə istehsal olunan televizorların qalınlığı əvvəlki illərlə nisbətdə dəfələrlə azdır. Bu dəyişiklik özünü televizor qiymətlərində də göstərir.
Qiymət dəyişikliyinin daha bir səbəbi televizorun modelidir. Eyni brendə məxsus 3K və 4K modelləri arasında qiymət fərqləri ilk baxışdan gözə çarpır. Hətta siz onların xüsusiyyətlərinə baxdığınız zaman ikisinin də eyni olduğunu düşünə bilərsiniz. Lakin xüsusiyyətlərində olan xırda dəyişikliklər bu modellər arasında qiymət fərqinin olmasına gətirib çıxarır. Qiymətə təsir edən digər amillər arasında televizorun ölçüsü, əlavə tətbiq yükləmək imkanı da yer alır. vau.az saytına daxil olaraq istədiyiniz televizor modelləri haqqında axtarış edə bilərsiniz.