Planşetlər Vau.az Saytında!
Planşetlər günümüzdə kiçik kompüter rolunu oynayır. Kompakt dizaynı və istifadə rahatlığı alıcıların məhsula olan marağını artırır. Planşet qiymətləri də münasib olduğundan insanlar bir çox işlərin həll edilməsi üçün planşetlərdən istifadə edirlər. Planşetlərin digər üstünlüyü əlavə klaviatura, maus kimi əşyalara ehtiyac yaratmamasıdır. Təbii ki, istifadəçi şəxsi istəyindən asılı olaraq əlavə alət və bağlantılardan istifadə edə bilər. Planşetlər bu imkanlara sahibdir, lakin tək parça dizayn edilməsi və daxilində bütün funksiyaların yerləşdirilməsi olduqca əlverişlidir. Həmçinin planşetlərin daşınması da çox asandır. vau.az saytı LENOVO, HUAWEI, Samsung, EVEREST, Apple brendlərinə məxsus planşet satışı ilə məşğuldur. Burada yüksək keyfiyyətli və orijinal məhsulları xüsusi zəmanət şərtləri ilə əldə edə bilərsiniz. Məhsul əldə edərkən ödəmə imkanı tamamilə sizin seçiminizdən asılıdır. vau.az planşetlər üçün nağd, hissə-hissə və kreditlə ödəmə imkanları təklif edir.
Planşet alarkən hansı məqamlara diqqət etmək vacibdir?
Planşet üçün hansı əməliyyat sistemini seçəcəyinizi dəqiqləşdirin
Planşet almaq istədiyiniz zaman ilk qərar verməli olduğunuz məsələ hansı əməliyyat sisteminə üstünlük verdiyinizi müəyən etməkdir. Burada 3 fərqli əməliyyat sistemi ilə qarşılaşacaqsınız: Android, iOS və Windows. Onların arasında müəyyən imkanlarda fərqlər var. Həmçinin planşet qiymətləri də əməliyyat sisteminə uyğun dəyişə bilir. Android əməliyyat sisteminin üstünlüyü tətbiqlərin müxtəlifliyi xaricində onların böyük əksəriyyətinin ödənişsiz olmasıdır. Digər tərəfdən ödənişli tətbiqlərə pulsuz alternativlər olduğu üçün Android platforması digər əməliyyat sistemləri ilə müqayisədə ən böyük üstünlüyünü təmin edir.
Planşet ekran ölçüsünün sizin üçün uyğun olub-olmadığına qərar verin
Əlbəttə ki, ekran ölçüsü istifadə vərdişlərinə və tabletin daşınmasına görə dəyişir. Ekran ölçüsü tamamilə individual seçimdir. Ancaq son illərdə təklif edilən smartfon ekranları istifadəçiləri planşetlərdə daha böyük ekranlı modelləri almağa sövq edir. Smartfonlarda orta hesabla 5 düym və yuxarı ekran ölçülərinə üstünlük verildiyindən, planşet istifadəsində daha geniş bir görünüş təmin etmək üçün ən az 10 düymlük modellərə nəzər salmaq daha doğru olar. 10 düymlük tabletlər həm iş, həm də əyləncə üçün doğru seçimdir.
Planşetin ağırlığı nə qədər olmalıdır?
Daşınma üçün istifadə edildiyindən planşetin ağırlığı önəmli amildir. Burada ideal ağırlıq 500-600 qram hesab olunur. Təbii ki, burada da çəki seçimi tamamilə sizin rahatlığınızın təmin edilməsindən asılıdır.
Planşetdə ehtiyacınız olan RAM-ı dəqiqləşdirin
İstər iş üçün olsun, istərsə də əyləncə üçün planşetin performansı olduqca vacib rol oynayan amildir. Planşetin texniki xüsusiyyətlərini nəzərdən keçirərkən planşetin mərkəzindəki prosessorun ən az 4 nüvəli və RAM tutumunun ən az 2 GB olmasına diqqət edin. Prosessor qədər RAM da planşetinizin sürətini təyin edən vacib amillərdən biridir. Bu ikisinin birlikdə olduğu planşetlərdə daha yaxşı performans əldə edə bilərsiniz. RAM planşet qiyməti təyin olunarkən nəzərə alınan amillərdən biridir.
Planşet Yaddaş tutumunu nəzərə alın
Burada ən az 16 GB olan modelləri seçmək yaxşı olardı. Əlavə olaraq microSD kartı ilə yaddaşın nə qədər genişləndirilə biləcəyi vacib bir məsələdir. Bir microSD kartı taxaraq əksər tabletlərin yaddaşını genişləndirə bilərsiniz, ancaq bəziləri yalnız 32 GB və 64 GB -a qədər dəstəkləyir. Əgər yaddaş tutumunun böyük olması sizin üçün çox vacibdirsə, tövsiyəmiz budur ki, yüksək göstəriciyə sahib və ya 128 GB -a qədər microSD kartı dəstəkləyəcək model seçəsiniz. Planşet qiyməti təyin edilərkən də yaddaşın ölçüsü nəzərə alınan nüansdır.
Planşet qiymətləri hansı xüsusiyyətlərə görə dəyişir?
Planşet qiymətləri müxtəlif aralıqlarda dəyişir. Qiymətlərin fərqliliyi onun təklif etdiyi imkanlara uyğun olaraq dəyişir. Planşetlər günümüzdə kompüterlərin kompakt əvəzediciləri hesab edilə bilər. Planşet qiymətləri aşağıdakı amillərə, əsasən dəyişir.
Planşetin Əməliyyat sistemi.
Planşetlər Android, iOS ve Windows əməliyyat sistemlərindən birinə sahib olur. Hər bir əməliyyat sistemi öz imkanları və təklif etdiyi özəlliklər ilə fərqlənir. İstifadəçilər planşet seçərkən ilk öncə hansı əməliyyat sisteminə üstünlük verəcəklərini müəyyənləşdirməlidirlər. Burada bəzən brendə görə bəzən özəliklərə görə qərar verilir. Planşet qiyməti təyin olunarkən əməliyyat sistemi mühüm rol oynayır. Əgər sizin üçün əməliyyat sisteminin xüsusi əhəmiyyəti yoxdursa, büdcənizə uyğun olanı seçə bilərsiniz.
Planşetin RAM-ı
Qiymətə təsir edən digər önəmli özəlliklərdən biri planşetin RAM-dır. Sürətli və sistemi yaxşı işləyən planşet istəyirsinizsə, RAM-ın 2 GB-dan yuxarı olmasına diqqət etməlisiniz. RAM artdıqca qiymət də ona uyğun dəyişir. Büdcə limitiniz yoxdursa, yüksək RAM-a sahib planşet almağınız tövsiyə olunur.
Planşet üçün yaddaş tutumluluğu
Yaddaş istifadəçi üçün çox vacib xüsusiyyətdir. Onun həcmi isə qiymətdə mühüm rol oynayır. Ən azı 64 GB yaddaşa sahib planşet almağınız tövsiyə olunur. Bəzi planşetlərdə əlavə yaddaş kartından istifadə edərək yaddaşı 2-3 dəfəyə qədər artırmaq mümkündür. Əgər yaddaşın həcmi sizin üçün önəmlidirsə, bu özəlliyə mütləq diqqət etməlisiniz. Bəzi planşetlər isə əlavə yaddaş kartından istifadə imkanı yaratmır. Bu zaman planşetin yaddaşının yüksək olması çox vacibdir. Çox sayda tətbiq yükləyir və istifadə edirsinizsə, belə halda mütləq sizə yaddaşı yüksək planşet lazım olacaq.
Planşet modellərinin istehsal ili
Bütün texnoloji avadanlıqlara aid olan bu qiymət amili planşetlərdə də özünü göstərir. Yeni model planşetlər daha yüksək qiymətə satışa çıxarılır. Vaxt keçdikcə və yeni modellər istehsal edildikcə isə qiymətlər aşağı düşür. Burada qiymət dəyişimi məhsulun keyfiyyəti ilə əlaqəli deyil. Sadəcə yeni buraxılan məhsul daha yüksək funksionallığa sahib olduğu və yeni imkanlar təklif etdiyi üçün qiyməti daha yüksək olur. Əgər siz münasib və aşağı qiymətə planşet əldə etmək istəyirsinizsə, o zaman köhnə modelləri nəzərdən keçirməyinizi məsləhət görürük. Burada istədiyiniz özəlliklərə sahib məhsulu uyğun qiymətə əldə edə bilərsiniz.
Planşetin Funksionallığı
Son illərdə istehsal edilən planşetlərdə yeni funksiyalar diqqət çəkir. Həmin funksiyaların mövcudluğu uyğun olaraq qiymət dəyişməsinə təsir göstərir. Hər bir planşet modeli üzrə bu funksiyalar dəyişir. Siz ehtiyacınız olan funksiyaları müəyyən edə və ona əsasən seçim edə bilərsiniz. Beləliklə, vacib olmayan funksiyalar üçün əlavə pul ödəməkdən azad ola bilərsiniz.
vau.az saytında planşetlərin satışı necə həyata keçirilir?
Mağazamızın onlayn sisteminə daxil olduqdan sonra bütün brendlər üzrə keyfiyyətli planşet modelləri ekranda görünür. Filtrlər bölməsində ölçü, planşet qiyməti, model, yaddaş, RAM, brend və s. xüsusiyyətlər üzrə seçimləri tətbiq etdikdən sonra yalnız sizə ən uyğun modellər göstərilir. Göstərilən modellərdən sizə ən uyğun məhsulu seçə bilərsiniz. Bütün seçim filtrlərini tamamladıqdan sonra kreditlə, hissə-hissə və nağd formada məhsulu əldə edə bilərsiniz. Qeyd edək ki, planşetlərin hər biri xüsusi zəmanət şərtləri ilə satılır. Hər hansı problem ilə qarşılaşdığınız zaman zəmanət şərtlərinə uyğun servisimizdən ödənişsiz istifadə edə bilərsiniz.
vau.az saytında satışa çıxarılan planşetlər LENOVO, HUAWEI, Samsung, EVEREST, Apple brendlərinə aiddir. Əgər brend seçimi sizin üçün vacibdirsə, məhz brend seçiminə, əsasən filtr apara bilərsiniz. Burada bir brendə məxsus müxtəlif məhsullar yer alacaq. Belə halda siz seçiminizi xüsusiyyətlər üzərindən apara bilərsiniz.
Planşet qiyməti təyin olunarkən nələr nəzərə alınır?
Planşet qiyməti təyin olunarkən nəzərə alınan bəzi mühüm məqamlar var. Burada planşetlərin istifadəçilərə hansı imkanları təklif etməsi ən vacib nüanslardan biridir. Onunla yanaşı qiymətə təsir göstərən digər amillər də mövcuddur. Həmin amillər aşağıdakılardır:
- Planşetin işlədiyi əməliyyat sistemi. Bu sistemlər 3 cürdür: Android, İOS, Windows. Qiymətlər planşetin aid olduğu əməliyyat sisteminə görə müəyyən aralıqda dəyişə bilir.
- Planşetlər nə qədər batareya gücünə sahibdir? Əgər planşeti tez-tez şarj etmək imkanınız yoxdursa, güclü batareyaya sahib məhsulu seçməyiniz məsləhətdir.
- RAM ölçüsü nə qədərdir? Alacağınız məhsulun ən azı 2 GB RAM-a sahib olmasına diqqət etməyiniz tövsiyə edilir. Planşetinizin sürəti və işləməsi RAM-dan asılıdır. Hal-hazırda 4 GB RAM-a sahib çox sayda yeni planşetlər mövcuddur.
- Planşetin yaddaş tutumu. Bir neçə cür yaddaş təklif olunu: 16 GB, 32 GB, 64 GB, 128 GB. Seçim tamamilə sizdən asılıdır. Planşetdə istifadə edəcəyiniz tətbiqlərin sayından asılı olaraq və istifadə edəcəyiniz istiqamətə uyğun ehtiyacınız olan yaddaş tutumunu müəyyən edə bilərsiniz. Planşet qiyməti müəyyən edilərkən ən çox nəzərə alınan amil yaddaşdır. Eyni məhsul sadəcə yaddaş tutumluluğuna görə fərqli qiymətlərdə satışa çıxarıla bilir.
- Planşet modelinin istehsal olunduğu il. Planşet qiymətləri təyin olunarkən belə qanunauyğunluq mövcuddur. Adətən yeni model planşetlər daha yüksək qiymətə satışa çıxarılır. Köhnə modellərin qiyməti nisbətən aşağı olur. Müəyyən müddətdən sonra isə həmin modellər satışdan çıxarılır.
- Planşetin funksionallığı və istifadəçiyə açdığı imkanlar. Qiymətə ən çox təsir edən amillər arasında məhz funksionallıq yer alır. Bəzi funksiyalara, əsasən siz qiymətlərin necə dəyişdiyini asanlıqla müqayisə edə bilərsiniz. Bunun üçün vau.az saytına daxil olub məhsulları nəzərdən keçirə bilərsiniz.
Beləliklə, planşet qiymətlərinə təsir edən ən vacib amilləri nəzərə alaraq büdcənizə uyğun məhsulu asanlıqla əldə edə bilərsiniz. Orijinal və keyfiyyətli məhsul axtarışındasınızsa, vau.az saytına daxil olaraq bəyəndiyiniz məhsulu seçə bilərsiniz. Burada yer alan hər bir məhsul üzrə xüsusi zəmanət şərtləri təklif olunur. Bəyəndiyiniz bütün məhsulları nağd ödəmədən əlavə hissə-hissə və kreditlə ödəmə formaları ilə də əldə edə bilərsiniz.
Planşet almazdan əvvəl nələri müəyyənləşdirməliyik?
Planşet qiymətləri fərqli aralıqlarda dəyişdiyi üçün alıcılar çox zaman seçimi büdcəyə uyğun edirlər. Tövsiyəmiz budur ki, planşet almazdan öncə aşağıdakı suallara cavab tapasınız. Bu zaman ehtiyacınız olan məhsulu daha asan tapa bilərsiniz.
- Hansı əməliyyat sisteminə üstünlük verirsiniz? Sizin ehtiyacınız olan əməliyyat sistemi hansıdır: Android, İOS, yoxsa Windows?
- Hansı ölçüdə planşetə ehtiyacınız var?
- İstifadə edəcəyiniz planşetin RAM-ı nə qədər olmalıdır?
- Yaddaş ölçüsü sizin üçün nə dərəcədə vacibdir? Planşetinizin nə qədər yaddaş tutumuna sahib olması sizi məmnun edər? 16 GB, 32 GB, 64 GB, yoxsa 128 GB?
- Planşetin kamera performansı sizin üçün vacibdirmi? Vacibdirsə, kamera gücünü təqribi müəyyən etməlisiniz.
- Planşet üçün nə qədər büdcə ayırmısınız? Büdcəni dəyişmək imkanınız varmı?
- İstehsalçı, yəni brend sizin üçün önəmlidirmi?
vau.az saytında planşet satışı necə təşkil olunub?
vau.az işinizi asanlaşdıracaq, çünki burada dünya brendlərinə məxsus ən yaxşı planşetlər satılır. Sayta daxil olub planşetlər bölməsini açırsınız. Fərqli kriteriyalar üzrə seçimlərinizi edirsiniz. Bu filtrlər nəticəsində çıxan məhsulları dəyərləndirirsiniz və istədiyiniz növü seçirsiniz. Daha sonra nağd alış qiymətini və bu zaman endirimin olub-olmadığını, kreditlə planşet qiyməti hissəsinə baxa bilərsiniz. Kreditlə satışı seçdiyiniz zaman aylıq hissə-hissə ödəniş funksiyası aktivləşir və aylıq ödəyəcəyiniz məbləğ göstərilir. Burada qiymət seçdiyiniz aya uyğun dəyişir.