Ən Çox Satılan Telefonlar
Telefonlar texnologiyanın ən sürətlə inkişaf edən alətlərindən biridir desək, yanılmarıq. Telefon satışı brendlərinin bu il istehsal etdiyi modeli 2 il sonra artıq tapmamaq mümkündür. Onu əvəz edən yeni model artıq daha üstün imkanlar yaratdığı üçün həmin model istehsaldan çıxarılır. Telefonların qiyməti, dizaynı, ölçüsü günü-gündən daha çox dəyişir və geniş çeşiddə müştərilərin istifadəsinə təqdim edilir. İllər öncə smartfon satışı mağazalarında kiçik ölçüsü smartfonlar daha böyük yerə sahib idisə, bu gün böyük ekranlı telefonlar onları əvəz edir. Digər tərəfdən əvvəllər sadəcə zəng vasitəsi kimi istifadə edilən telefonlar bu gün həyatımızın böyük bir hissəsini nəzarətə alıb. Yəqin ki, siz də telefonsuz özünüzü əksik hiss edirsiniz.
Telefon alarkən nələrə diqqət etmək lazımdır?
Telefon satışı zamanı ən çox rastladığımız məsələ müştərilərin qərarsız olmasıdır. Telefonlar o qədər fərqli və üstün imkanlar təklif edir ki, hansı brend, hansı model seçimi etmək olduqca çətin hala çevrilib.
Telefonda daha çox hansı məqsəd üçün istifadə edəcəksiniz?
Telefonların satışı alıcının istifadə məqsədinə uyğun aparılır. Telefondan daha çox iş məqsədi üçün istifadə edəcəksiniz, yoxsa foto-video çəkilişi edəcək və ya oyun oynayacaqsınız? Bu suallara əsasən siz alacağınız telefonu müəyyən edə bilərsiniz. Məsələn, əgər iş məqsədli telefon alacaqsınızsa, video görüşlər edəcəksinizsə, bu zaman böyük ekran telefonlar sizin daha çox işinizə yarayacaq. Yox əgər siz video-foto çəkilişi üçün telefon almaq istəyirsinizsə, bu zaman kamera imkanları sizin üçün prioritet olacaq.
Telefon üçün nə qədər büdcə ayırmısınız?
Telefon qiymətləri seçimə ən çox təsir edən amillər arasındadır. Büdcənizə uyğun hansı xüsusiyyətlərə sahib telefonu ala biləcəyinizi araşdırmalı, lazım gəldikdə büdcəni yenidən nəzərdən keçirməlisiniz. Əgər hər hansı brendə xüsusi sevginiz yoxdursa, büdcənizə ən uyğun telefonu ala bilərsiniz.
Telefon ekranı ölçüsü sizin üçün əhəmiyyət daşıyırmı?
Çox vacib kriteriyalar arasında ekran ölçüsü yer alır. Məsələn, siz oyun həvəskarısınızsa, sizin üçün ekranın böyük və yüksək video axını vacib nüansdır.
Kamera keyfiyyəti nə dərəcə əhəmiyyətlidir?
Video, qısa video, fotoqrafiya, yüksək keyfiyyətli fotoqrafiya, gecə, portret, mənzərə və peşəkar çəkiliş seçimləri və 3-4 ayrı kamera inteqrasiyası ilə bütün smartfonlar bir-biri ilə şiddətli bir rəqabət içərisindədir. Youtube videolarını çəkməyi və ya sosial media məzmununu idarə etməyi planlaşdırırsınızsa, bütün məhsulların audio və video qeyd xüsusiyyətlərini ətraflı araşdırmalı və ehtiyacınıza uyğun məhsulu seçməlisiniz.
Telefon RAM-ı neçə olmalıdır?
RAM dedikdə telefonda ehtiyac duyduğunuz yaddaş sahəsi başa düşülür. Yüksək keyfiyyətli video və sənədlərlə işləyirsinizsə və ya uzun illər bir telefonu istifadə edəcəksinizsə, yüksək RAM-ı olan bir model seçmək sizin üçün daha yaxşı seçimdir. Telefonların qiyməti bölməsini nəzərdən keçirdiyiniz zaman RAM-ın burada vacib rol oynadığını görəcəksiniz.
Telefonun batareya gücü sizin üçün nə qədər önəmlidir?
Batareya gücü telefon alarkən nəzərə alınması lazım olan ən əsas xüsusiyyətlərdən biridir. Davamlı şarj etməkdən bezmisinizsə və ya telefonunuzu texnologiyadan uzaq yerlərdə istifadə edirsinizsə, batareyanın ömrü daha vacib olur. Ola bilər siz telefon şarj stansiyası olmayan bir düşərgə tətilində istifadə edirsiniz və ya elektrik enerjisinin kəsilməsi səbəbindən şarj etmə imkanı olmayan bölgələrə tez-tez səyahət edirsiniz. Bu zaman yüksək batareya tutumu və sürətli şarj xüsusiyyəti ən vacib meyarlar arasındadır.
vau.az hər növ telefonların satışı xidmətini həyata keçirir. Həmçinin sizi telefon qiymətləri, telefon satışı haqqında ətraflı məlumatlandırır. Saytımızda siz istənilən qiymətə uyğun orijinal və keyfiyyətli məhsullar əldə edə bilərsiniz.
Telefon Qiymətləri
Telefon qiymətləri olduqca geniş aralıqda dəyişir. Bunun əsasən səbəbi telefonun sahib olduğu xüsusiyyətlərdir. Yəni telefon qiymətləri onun istifadəçiyə yaratdığı imkanlara uyğun dəyişir. Əməliyyat sistemi və prosessor gücü telefonların qiyməti təyin edilərkən təsirli olan ilk xüsusiyyətlərdən biridir. Bu prosessor gücü telefonun performansı deməkdir. Donma və ya nasazlıqlar kimi problemlər kifayət qədər güclü olmayan əməliyyat sistemindən qaynaqlanır. Bu səbəbdən telefon satışı zamanı əməliyyat sisteminin səviyyəsi məhsulun qiymətinin artmasında əsas amillərdən biri hesab olunur. RAM telefonu yaxşılaşdıran digər bir xüsusiyyətdir. RAM telefonun ala biləcəyi tətbiqetmə qabiliyyətini təyin edir. Buna görə də telefonların qiymətləri təyin olunarkən vacib rol oynayır. Məhsul qiymətlərinin eyni telefon modeli içərisində bir-birindən fərqlənməsinin səbəbi olan daxili yaddaş, qiymət baxımından çox təsirli göstəricidir. Daha çox saxlama yeri olan modellərin qiyməti daha az yaddaşı olan cihazlarla müqayisədə nisbətən yüksək olur. Telefonlar gündəlik istifadə cihazına çevrildikdən sonra onlara yaranan yüksək tələbat yaddaşının artmasını tələb edir. Yaddaş artımı da öz növbəsində qiymətə təsir göstərir.
Telefon qiymətləri necə dəyişir?
Telefon qiymətləri hər bir model və cihazın yaratdığı imkanlara uyğun olaraq dəyişir. Burada siz çox ucuz telefonlar həmçinin də 4 rəqəmli büdcə tələb edən modellər tapa bilərsiniz.
Telefonların qiymətləri aşağıdakı amillərə əsasən dəyişir:
- Əməliyyat sistemi və prosessor gücü
- RAM
- Kamera sayı və keyfiyyəti
- Video çəkiliş imkanları
- Aid olduğu brend
- Batareya gücü
- İnternet bağlantısı
- Ekranın sürətliliyi
- Əlavə funksiyalar
- Modelin istehsal ili
Bu gün telefonlar artıq bütün işlərin asan həllini təklif edir. Buraxılan hər yeni model bir əvvəlkindən daha yüksək funksiyalar təklif edir və geniş imkanlar yaradır. Buna görə də yeni modellərin qiyməti daha yüksək olur. Həmin modellər isə demək olar ki, hər il yenisi ilə əvəz olunur.
Telefonların qiyməti funksionallığı və isifadəçiyə verdiyi imkanlardan asılı olaraq dəyişir. Buna görə də telefon satışı olduqca çətin prosesdir. Burada ilk öncə müştərinin ehtiyacı olan məhsulu tapmaq tələb olunur. Bəzi müştərilər ehtiyacı olan telefonlar haqqında ətraflı məlumatlı olsalar da, bəziləri üçün bu proses olduqca çətindir.Ehtiyacınız olan telefon modelini müəyyənləşdirmək üçün aşağıdakı suallara cavab tapmalısınız:
- Telefondan daha çox hansı məqsəd üçün istifadə edəcəksiniz? İş, əyləncə, yoxsa yalnız əlaqə vasitəsi kimi? Bunlardan hansı sizin üçün daha vacibdir?
- Telefon üçün nə qədər büdcə ayırmısınız? İstədiyiniz telefon modeli bir qədər yüksək qiymətə olarsa, büdcəni artırmaq imkanınız varmı?
- Sizin üçün ideal ekran ölçüsü nə qədər olmalıdır? Ümumiyyətlə ekran ölçüsü sizin üçün əhəmiyyətlidirmi?
- Telefonun kamerasından nə qədər istifadə edəcəksiniz? Foto və video çəkiliş üçün telefondan istifadə edəcəksinizmi?
- Telefonun yaddaş tutumluluğu nə qədər olmalıdır? Əgər böyük həcmli fayllarla işləyəcəksinizsə, yüksək RAM sizin üçün xüsusi əhəmiyyət kəsb edir.
- Telefonu tez-tez şarj etmək sizi yorurmu? Batareya gücünün yüksək olması sizin üçün çox vacibdir?
- Xüsusi brend seçiminiz mövcuddur? Funksionallığa görə, yoxsa brendə görə məhsul seçmək istəyirsiniz?
- Modelin istehsal ilinin yeni və ya köhnə olmasının fərqi var? Siz yeni cihazları kəşf etməyi sevirsiniz, yoxsa sadəcə işlərinizi həll edəcək telefon axtarışındasınız?
Bütün bu suallar alıcının istəyini və onun tələblərini müəyyən edir. Sualları cavablandırdıqdan sonra telefonlar bölməsindən tələblərə uyğun cihazı tapmaq sizin üçün daha asan olur.
Telefon Qiymeti
Telefonların qiymətləri modelə, brendə, məhsulun funksiyalarına görə olduqca böyük aralıqda dəyişir. Əvvəllər telefon satışı bölmələrində əsasən zəng vasitəsi kimi təqdim edilən telefonlar günümüzdə həyat tərzimizin ayrılmaz hissəsinə çevrilib. Onlar həm televizorları, həm də kompüterləri müəyyən mənada əvəz edir. Daha kiçik və əlçatan olduqlarından telefonlar müştərilərin sevimli texnoloji cihazları hesab olunur. Telefon qiymətləri üzrə ümumi baxış keçirsək, qiymətlərin nəyə əsasən dəyişdiyini müəyyən etməkdə çətinlik çəkərik. Burada funksiya və telefon imkanlarına diqqət etmək mütləqdir. Çox zaman müştərilər qiymətlərin yüksək olmasından gileylənir. Əgər münasib qiymətə telefon əldə etmək istəyirsinizsə, tövsiyəmiz sizin üçün ən vacib funksiyalara sahib cihazı seçməyinizdir. Son dövrlərdə istehsal edilən telefonlar həddindən artıq imkanlar təklif edir. Bu imkanların hər biri isə qiymətə təsir edir. Məsələn, əgər telefonla oyun oynamayacaqsınızsa, ekran axıntısının güclü olması sizin üçün o qədər də vacib olmaya bilər. Yaxud professional foto və videolar hazırlamaq sizin işiniz deyilsə və ya buna ümumiyyətlə marağınız yoxdursa, güclü kameraya sahib telefon almağınıza ehtiyac yoxdur. Kameranın keyfiyyəti qiymətə ən çox təsir edən amillər arasındadır. Siz özünüz üçün vacib olmayan funksiyalardan imtina edərək münasib büdcəyə telefon əldə edə bilərsiniz.
vau.az saytı istənilən büdcəyə uyğun telefon satışı ilə məşğuldur. Burada ən yeni modellərdən üstün funksiyalı telefonlara qədər bütün növ cihazları tapa bilərsiniz. Həmçinin telefonların satışı ilə məşğul olan bütün brendlərə məxsus cihazlar mağazamızda yer alır. Məhsul axtarışı zamanı telefonlar bölməsində yer alan filtrlərdən istifadə etməyinizi tövsiyə edirik. Bu axtarışınızı həm daha rahat edər, həm də sürətləndirər. Filtrlər hissəsində siz özünüz üçün vacib olan nüansları qeyd etməlisiniz. Bu qiymət, brend, rəng, operativ və daxili yaddaş, kamera, batareya gücü, ekran və əlavə funksiyalar ola bilər. Bütün filtrlərdən istifadə etmək məcburiyyətində deyilsiniz. Telefon qiymətləri kimi vacib kriteriyaları müəyyən edib seçməyiniz sizin üçün kifayətdir. Bütün bunları seçdikdən sonra sizə ən uyğun telefonlar axtarışda çıxacaq. Bəyəndiyiniz məhsulu bir kliklə əldə edə bilərsiniz. vau.az sizə fərqli ödəmə və zəmanət şərtləri də təklif edir. Məhsulu nağd, hissə-hissə ödəmə və kredit üsulu ilə əldə edə bilərsiniz.
Telefon satışı zamanı daha çox diqqət çəkən modellər hansılardır?
Telefonların satışı zamanı əldə etdiyimiz təcrübə göstərir ki, hansı modellərin alıcılar arasında populyar olması tamamilə individual məsələdir. Burada büdcə, zövq və tələblər mühüm rol oynayır. Bəzi alıcılar yüksək imkanlara sahib modellərə üstünlük versə də, digərləri görünüş və ya brendə görə qərarlarını dəyişir. Ümumi fikir söyləmək çətin olsa da, bəzi məqamlar çox aydındır. Münasib büdcəyə batareya gücü yüksək olan telefon axtarışında olanlar daha çox Xiaomi modellərinə üstünlük verir. Telefonların qiymətləri müqayisə olunduqda da bu brendin modellərini daha uyğun qiymətə əldə etməyin mümkün olduğunu görürük. Bu modellər daha çox telefonu iş məqsədli istifadə edən, böyük ekranlı telefonlar axtarışında olanlar tərəfindən seçilir. Həmçinin Xiaomi alıcıları telefonu uzunmüddətli istifadə edənlər sırasındadırlar. Brend həvəskarlarının sevimli modelləri isə iPhone telefonlarıdır. Telefon qiymətləri arasında da iPhone modellərinin qiyməti yüksək olması ilə seçilir. Üstün funksionallığı və güclü kamerası ilə yanaşı brendin gücü də seçimdə özünü göstərir. Bu telefonların bütün modellərinin qiyməti digərləri ilə müqayisədə daha üstündür. Alıcılar tərəfindən ən çox seçilən modellər sırasında Samsung məhsulları da yer alır. vau.az saytına daxil olaraq siz dünyanın tanınmış brendlərinin orijinal məhsullarını əldə edə bilərsiniz.
Telefon Satışı
Telefon satışı yüksək təcrübəyə sahib olduğumuz sahələrdən biridir. Davamlı yenilənən və bazara çıxarılan modellər, yaradılan yeni imkanlar, daim dəyişilən telefon qiymətləri bu sahədə həmişə aktivlik yaranmasına səbəb olur. vau.az saytında siz məşhur brendlərin bütün modellərini tapa bilərsiniz. Əgər büdcə sizin üçün vacibdirsə, telefonların qiymətləri bölməsində özünüzə uyğun büdcəni qeyd edə bilərsiniz. Biz sizə bəyəndiyiniz məhsulları müxtəlif ödəmə şərtləri ilə əldə etmək imkanı yaradırıq. İstər nağd, istər hissə-hissə ödəmə ilə, istərsəniz də kreditlə bəyəndiyiniz telefonu əldə edə bilərsiniz. Telefonların satışı zamanı həmçinin müxtəlif zəmanət şərtləri də təklif olunur. Mövcud zəmanət şərtindən daha uzun müddətə telefonu sığortalamaq istəsəniz, əlavə təkliflərdən yararlana bilərsiniz.
Özünüzə ən uyğun telefonu necə seçə bilərsiniz?
Çox geniş çeşid və hər il yenilənən telefonlar alıcıların seçim etməsində müəyyən çətinliklər yaradır. Telefon qiymətləri, istehsala çıxarılmış yeni modellər, əlavə imkanların hər biri alıcılıq qabiliyyətinə təsir edən amillər sırasındadır. Özünüzə ən uyğun telefonu seçmək üçün aşağıdakı məqamlara diqqət edə bilərsiniz:
Telefon almaq üçün büdcənizi müəyyən edin
Telefonların qiymətləri hər gün dəyişir və yeni modellər üçün daha yüksək qiymət təyin olunur. Büdcənizi bilmək sizin seçimlərinizi azaldacaq və prosesi asanlaşdıracaq.
Telefonda Hansı əməliyyat sistemindən istifadə etmək istədiyinizə qərar verin.
Android və ya iOS arasında seçim etməlisiniz. Telefonlar haqqında danışılarkən müşahidə edə bilərsiniz ki, bəzi istifadəçilər üçün Android daha əlverişli və rahatdır, digərləri üçün iOS daha təhlükəsiz və istifadəsi asandır. Bu tamamilə fərdi yanaşmadan və vərdişdən asılıdır.
Telefonun istehsal ilinin sizin üçün vacib olub-olmadığını müəyyən edin.
Telefon satışı ilə məşğul olan şirkətlər daim yeni texnologiyalar inkişaf etdirir və bir çox cəhətdən daha inkişaf etmiş telefonlar istehsal edir. Bu o demək deyil ki, ən son model telefona ehtiyacımız var. İstehsalı dayandırılmış, lakin satışda tapıla bilən telefon ehtiyacınıza uyğun ola bilər. Yenisinin istehsal olunması köhnə modelin pis olduğu mənasını vermir. Ona görə də telefon alarkən bunu unutmayın və nə qədər yeni bir telefona ehtiyacınız olduğuna qərar verin.
Telefonda hansı ekran ölçüsünün sizin üçün ideal olduğuna qərar verin.
Telefonunuzu nə məqsədlə istifadə etdiyinizi təyin etmək sizə ekranın ölçüsü haqqında fikir yaratmağa kömək edəcək. Məsələn, çox video izləyirsinizsə və ya oyun oynayırsınızsa, böyük bir ekran sizin üçün daha yaxşı olar. Daha çox ünsiyyət və sosial media yönümlü bir smartfon istifadə edirsinizsə, böyük ekran sizin üçün kritik bir ehtiyac deyil. Əgər ekran ölçüsünə əsasən telefon qiymətləri kəskin dəyişirsə, bu zaman vacib olmayan ehtiyacları geridə qoya bilərsiniz.
Telefonun yaddaş tutumluğunun sizin üçün nə qədər vacib olduğunu müəyyən edin.
Telefonunuzun yaddaş yeri yüklədiyiniz tətbiqlər, foto və videolarınız üçün kifayət etməlidir. Bir çox tətbiq yükləyən və ya çoxlu foto və video çəkən birisinizsə, yüksək yaddaşa üstünlük verməlisiniz. Bəzi Android telefonlar daxili yaddaşdan başqa microSD kartlarla saxlama yerini artıraraq istifadə edilə bilər. Belə bir xüsusiyyət iOS cihazlarında mövcud deyil. Seçim edərkən bu vəziyyəti nəzərə ala bilərsiniz.
Ehtiyacınız olan telefon batareya gücünü dəqiqləşdirin.
Telefonların satışı sahəsində hər gün daha güclü batareyaya sahib telefonlar ilə qarşılaşırıq. Əgər tez-tez telefonu şarj etmək imkanınız yoxdursa, daha güclü batareyaya sahib bir cihaz seçə bilərsiniz. Əksinə bu nüans sizin üçün vacib deyilsə, kriteriyalardan onu çıxarda bilərsiniz. Hansı özəlliklərə sahib telefon axtarmağınızdan asılı olmayaraq vau.az saytında istədiyiniz məhsulu tapa bilərsiniz.
Telefonların Satışı
Telefon qiymətləri kameranın keyfiyyətinə görə dəyişir?
Artan telefon qiymətləri həm modelin istehsal olunduğu ilə, həm funksionallığına görə, həm də kameranın keyfiyyətinə əsasən dəyişir. Telefon satışı zamanı alıcılar daha çox yüksək keyfiyyətli kamera axtarışında olurlar. Bu bir növ kompakt fotoaparatı əvəz edir. Bəs telefon kamerası haqqında bilməli olduğumuz özəlliklər hansılardır?
Telefon kamerası üçün meqapiksel vacibdirmi?
Telefon satışı ilə məşğul olan şirkətlər kameraların meqapikselini önə çıxarırlar. Ən böyük meqapikselə malik kameranın ən yaxşı fotoşəkili təqdim etdiyi düşüncəsi yaranıb. Əslində isə meqapiksel dəyəri telefonun çəkdiyi şəklin ölçüsünü göstərir. Kameranın çəkdiyi fotoşəkili meydana gətirən ümumi piksel sayının milyonlara bölünməsi nəticəsində əldə edilən rəqəm bu kameranın meqapiksel dəyərini verir. İstədiyi qədər böyük olan milyonlarla keyfiyyətsiz pikseldən ibarət olan bir şəklin mütləq keyfiyyətli olduğu demək deyil. Önəmli olan piksellərin keyfiyyətidir və piksel keyfiyyətini göstərən ən əhəmiyyətli meyar piksellərin ölçüsüdür. Piksellər nə qədər böyükdürsə, fotodiodun üzərinə daha çox işıq düşür və nəticədə daha real fotoşəkillər əldə edilir. µm simvolu ilə göstərilən piksel ölçüsü son telefon kameralarında 1 ilə 2 µm arasında dəyişir.
Çoxlu kameralı telefonlar daha yaxşıdır?
İkili kamera və ya üçlü kamera texnologiyası eyni məntiqlə işləyir. Fərqli xüsusiyyətlərə sahib kameralar tərəfindən çəkilən şəkilləri birləşdirərək tək bir görüntü əldə edilir. Əldə edilən bu görüntü daha real olur. Bu kameralardan birində geniş əhatəli çəkiliş, digərində isə telefoto funksiyası var. 3 kameralı modellərdə bu iki kameraya monoxrom və yalnız qara və ağ rəngləri çəkə bilən yeni bir kamera əlavə edildi. Nəticədə daha real və canlı fotolar çəkmək imkanı yarandı.
Telefon kamerasında Fokuslanma sürəti necə olmalıdır?
Telefon kamerasının qabiliyyətinin başqa bir göstəricisi onun fokuslanma sürətidir. Kameralarda fokuslanmanın tez və dəqiq edilməsi üçün müxtəlif üsullardan istifadə edilir. Yaxşı telefonların bu baxımdan fokuslanma müddəti 1 saniyədən çox çəkir. Telefonların satışı zamanı bu diqqət edilən məqamlardan biridir. Apple iPhone'larda Focus Pixel fokuslama texnologiyasından istifadə edərkən inkişaf etmiş Android modellərində lazer fokuslama (LDAF) yer alır. Telefon qiymətləri də bu özəlliklərə uyğun olaraq müxtəlif aralıqlarda dəyişir.
Telefon kameralarında hansı çəkiliş rejimləri mövcuddur?
Telefonlar sizə təqdim etdiyi çəkiliş rejimləri ilə də dəyərləndirilir. Bu da kameranın qabiliyyətini göstərir. Saniyədə 960 kadr çəkə bilən super yavaş hərəkət rejimi, arxa planı qaraldan canlı fokus rejimi, hərəkət edən obyektləri çəkməyə imkan verən hərəkət çəkmə rejimindən başqa onlarla effekt təqdim edən çəkiliş rejimi telefonun funksionallığının nə qədər yaxşı olduğunun göstəricisidir. Kameralarda çəkiliş rejimləri olduqca önəmli amillərdən biridir. Müxtəlif situasiyalarda keyfiyyətli fotoların yaradılması üçün həmin rejimlərdən istifadə olunur.
vau.az saytından telefon sifariş etmək üçün hansı addımları izləmək lazımdır?
Sayta daxil olduqdan sonra telefonlar bölməsini seçirsiniz. Burada müxtəlif brendlərə məxsus məhsullar yer alır. Telefonların qiymətləri cihazın təklif etdiyi imkanlara uyğun dəyişir. Ətraflı axtarış edib bəyəndiyiniz məhsulu seçdikdən sonra onu sadəcə bir kliklə əldə edə bilərsiniz. Məhsul xüsusi zəmanət şərtləri və fərqli ödəmə imkanları ilə sizə təqdim olunur. Telefonların satışı telefon istehsalçılarının rəsmi distributerləri tərəfindən həyata keçirilir. vau.az orijinal və keyfiyyətli telefon satışı ilə məşğuldur. Qeyd edək ki, onlayn mağazamıda telefon qiymətləri hər büdcəyə uyğundur.