Cari halda aktiv məhsul mövcud deyil
Qurudulmuş meyvələrin faydalı olması haqqında yəqin ki, çox eşitmisiniz. Meyvələr günəş işığı altında bir müddət saxlanaraq qurudulur. Son bir neçə ildə isə bu işini asanlaşdıran meyvəqurudanlar məşhurlaşmağa başlayıb. Meyvə qurudan maşın istədiyiniz meyvə, tərəvəz və çiçəkləri sağlam şəkildə qurudur. Meyvəqurudan meyvə və tərəvəzlərdəki suyu 85-90%-dən 10-20%-ə endirir. Beləliklə, susuzlaşdırılmış qidalar uzun müddət saxlanıla bilir və ləzzətini itirmir. Qurudacağınız meyvənin su sıxlığına uyğun müxtəlif temperaturlar seçməlisiniz. Misal üçün, meyvə kimi yüksək su sıxlığı olan qidalar 60 dərəcə, tərəvəzlər 50 dərəcə, dekorativ bitkilər isə təxminən 35 dərəcə qurutma prosesindən keçir. Meyvə qurutma maşını modelləri fərqli xüsusiyyətlər təqdim edən cihazlardır. İlk növbədə termostat məsələsinə diqqət yetirmək lazımdır. Lazımi temperaturu düzgün dəqiqliklə verən cihazlar yeməyin qida dəyərini qoruyur. Bundan əlavə rəf xüsusiyyətləri, tutumu, avtomatik bağlanması kimi əlavə özəlliklərə də diqqət yetirmək lazımdır.
Qurutma maşını günəş işığı ilə eyni effekti verir. Bu sayədə qidaların vitamin və dəyərlərində heç bir itki olmur. Bundan əlavə il boyu nanə və kəklikotu kimi təzə ədviyyatlardan, həmçinin meyvə və tərəvəzlərdən istifadə etməyə imkan verir. Siz meyvə və tərəvəzlərlə yanaşı ədviyyatları da meyvəqurudan ilə quruda bilərsiniz. Xoş görünüşə malik meyvə qurutma maşınları çox qatlı özəlliyi sayəsində tərəvəz və meyvələri eyni anda, lakin dadlarını qarışdırmadan qurudur. İçəridəki isti havanın bərabər paylanması nəticəsində tam istədiyiniz dad və teksturada yeməklər əldə edə bilirsiniz.
Vau.az saytında WMF, Vitek, Zelmer kimi markalara məxsus meyvəqurudanlar yer alır. Onların xüsusiyyətləri və qiymətlər ilə saytdan tanış ola bilərsiniz. Daha çox məlumat əldə etmək üçün *2030 qısa nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur. Qeyd edək ki, onlayn mağazamızda təqdim edilən məhsullar 12-24 ay ödəmə imkanı ilə təklif olunur. Üstəlik ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərlə. Bəyəndiyiniz məhsulu nağd qiymətinə kreditlə əldə edə bilərsiniz. Sifarişlər sürətli və pulsuz çatdırılma ilə qeyd etdiyiniz ünvana gətirilir. Məhsulu qaytarmaq üçün isə 21 gün vaxt verilir. Fikrinizi dəyişdirsəniz, 21 gün qaytarma müddətiniz var.