Cari halda aktiv məhsul mövcud deyil
Çörəkbişirən xəmiri yoğurur və bişirir. Siz yalnız lazım olan ərzaqları maşına daxil edirsiniz və düyməni sıxırsınız. Geri qalan hər şey çörəkbişirənin ixtiyarındadır. Qısa müddət ərzində maşın sizə istədiyiniz xəmiri, çörəyi və ya digər təamı təqdim edəcək. Çörəkbişirənlər ilə həm də müxtəlif xəmirlər hazırlamaq mümkündür. Məsələn, pizza. Çörəkbişirən maşınlar xüsusilə COVID 19 pamdemiyası zamanı daha çox diqqət mərkəzində idi. Bunun əsas səbəbi digər insanlarla təmasdan qaçmaq və virusun yayılmasını minimuma endirmək idi. Çörək gündəlik ehtiyac məhsullarından biri olduğu üçün evinizdə çörəkbişirən maşının olması sizin üçün rahatlıqdır. Üstəlik onun istifadəsi olduqca asandır.
Çörəkbişirən almazdan əvvəl bu məqamlara diqqət edin:
- İlk öncə nə qədər çörək ehtiyacınızın olduğunu düşünün. Bəzi çörək maşınları yalnız bir dövrədə 500 qramlıq rulon bişirə bilər, digərləri isə 1,5 kq və ya daha çox çəkidə çörək bişirə bilər. Adambaşına təxminən 250-300 qram çörək.
- 1-2 nəfər üçün 500-750 qram hazır xəmir verən çörəkbişirən tələb olunur.
- 3-4 nəfərlik bir ailə üçün 800-1300 qram çörəkbişirən bir soba kifayətdir.
- Böyük bir ailə üçün (4 nəfərdən çox) 1,5 kq xəmir hazırlayan soba lazımdır.
- Çörəkbişirən alan zaman diqqət etməli olduğunuz bir digər məqam proqramların sayıdır. Aşağı qiymətə olan çörəkbişirənlərdə 7-12 proqram, daha bahalı modellərdə isə 12-20 proqram olur. Çörəkbişirən qiyməti proqramların sayına, əsasən dəyişir. Hər hansı bir çörək maşınının əksər proqramları müxtəlif çörək növləri bişirmək üçün nəzərdə tutulmuşdur: buğda, çovdar, kəpək, şirin, fransız bageti, cem, keks. Çörəkbişirməyə əlavə olaraq tez-tez xəmir yoğurmaq, mayasız xəmir hazırlamaq və tort bişirmək kimi proqramlar yer alır.
- Diqqət etməli olduğunuz digər məqam cihazın gücüdür. Onların gücü 450 ilə 1600 vatt arasında dəyişə bilər. Güc nə qədər yüksəkdirsə, soba bir o qədər tez bişirir. Çörəkbişirən qiyməti həmçinin maşının gücünə görə də dəyişir. Çörək hazırlamaq üçün nə qədər vaxt sərf etmək istədiyinizi müəyyənləşdirib ona uyğun vatt gücünü təyin edə bilərsiniz. Əgər sürətlə çörək bişirmək istəyirsinizsə, yüksək gücə model seçməlisiniz. Vatt gücü ilə yanaşı həmçinin cihazın hazırlanmasında istifadə edilən materiallara da diqqət edin. Burada 2 növ materialdan istifadə edilir: alüminimum və polad. Alüminium qab daha ucuzdur, lakin daha tez köhnəlir. Polad qab daha davamlıdır, lakin cihazın qiymətini əhəmiyyətli dərəcədə artırır. Korpus materialına gəldikdə isə burada seçim məsələsi şəxsi istəklərdən və büdcədən asılıdır, çünki bu, işin keyfiyyətinə və davamlılığına təsir göstərmir. Onun paslanmayan polad korpusu daha möhkəmdir, daha yaxşı görünür, lakin cihazı daha ağır və daha bahalı edir. Həmçinin cilalanmış polad barmaq izləri buraxır. Plastik korpus daha yüngül, təmizlənməsi asan, daha ucuzdur, lakin aşınmaya daha az davamlıdır.
- Çörək maşını xəmir yoğurma mərhələsində səs-küylü ola bilər. Bu, xüsusilə gecələr daha çox hiss olunur. Ona görə də çörək maşını alarkən səs səviyyəsinin 55-60 dB-dən çox olmamasına diqqət edin.
Beləliklə, yaxşı çörəkbişirən seçmək üçün onun bütün xüsusiyyətlərini nəzərdən keçirməlisiniz. Vau.az saytında müxtəlif modellərdə fərqli xüsusiyyətlərə malik çörəkbişirənlər yer alır. Onlayn mağazamızda siz Panasonic, Fakir, Sencor, Tefal markalarına məxsus məhsullar tapa bilərsiniz. Onlar xüsusiyyətləri ilə yanaşı, həm də dizaynlarına görə fərqlənir. Bəyəndiyiniz modeli seçərək onlayn sifariş edə bilərsiniz. Hər hansı sualınız olarsa, *2030 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əməkdaşlarımız suallarınızı cavablamağa hər zaman hazırdır.
Vau.az – toxunuşla gələcək!