Cari halda aktiv məhsul mövcud deyil
Keyfiyyətli əl tozsoranları vau.az mağazasında!
Əl tozsoranları ənənəvi tozsoranın daha kiçik, portativ versiyasıdır. Bu tozsoranlar vərdiş etdiyimiz standartları dəyişib deyə bilərik. Artıq tozsoran dedikdə yalnız elektriklə işləyən, böyük modellər ağla gəlmir. Kompakt ölçüsü ilə fərqlənən tozsoranlar təmizlik sahəsinə yenilik gətirdi. Əl tozsoranları kiçik ölçülü, yığcam, daşına bilən və yüngüldür, evi/ofisi təmiz və tozsuz saxlamaq üçün istifadə edilə bilər. Ənənəvi təmizlik üsulunu yenisi ilə əvəz etmək istəyirsinizsə, vau.az saytında əl tozsoranlarını nəzərdən keçirin. Burada tozsoran qiymətləri də sizi qane edəcək.
Əl tozsoranlarının üstünlükləri nələrdir?
Ölçüləri kiçikdir.
Əl tozsoranları mətbəxdə və ya evinizin istənilən guşəsində dolabda, rəfdə saxlanılacaq qədər kiçikdir. Az yer tutması onu ortalıqda qalmaqdan xilas edir. Siz rahatlıqla əl tozsoranlarını istədiyiniz yerdə gizlədə bilərsiniz. Bu tozsoranın kiçik ölçüləri nəinki saxlamanı və daşınmanı asanlaşdırır, həm də çətin əlçatan yerlərin təmizlənməsinə imkan verir. Siz bu tozsoranlar istənilən küncü, dolabı və ya hər hansı orqanayzeri təmizləyə bilərsiniz.
Çəkisi yüngüldür.
Bir çox əl tozsoran modellərinin çəkisi beş kiloqramdan azdır. Bu çəki modeldən modelə dəyişsə də, onların hamısı kifayət qədər yüngül hesab olunur. Ağırlıq qaldırma ilə bağlı probleminiz olarsa və ya ağır çəki sizin üçün çətinlik yaradırsa, əl tozsoranlarını seçməyiniz tövsiyə edilir. Yüngül çəkisi müxtəlif yerləri təmizləməyi də asanlaşdırır. Siz sürətlə təmizliyi yerinə yetirə bilirsiniz. Kiçik ölçüləri və yüngül çəkisi bu tozsoranların istifadə rahatlığını da təmin edir.
Daşınması rahatdır.
Yığcam ölçüləri və yüngül çəkisi ilə əl tozsoranlarını daşımaq olduqca asandır. Həmçinin rahat tutacağı da onun daşınmasını asanlaşdırır. Tutacaq növü modeldən modelə dəyişsə də, hər birində erqonomik dizayn nəzərə alınıb.
Bundan əlavə, bir çox əl tozsoranları simsizdir, bu da onları daşımağı daha da asanlaşdırır. Simsiz olması tozsoranı daşıyarkən kabelin qarışmasından və ya əşyalara ilişməsindən azad edir. Kabelsiz tozsoran həm də təmizlənən məkanların limitsiz olması deməkdir. Siz onu istədiyiniz yerə özünüzlə daşıya bilərsiniz, üstəlik elektrikin olması vacib deyil.
Sürətli təmizləmələr üçün ideal seçimdir.
Sürətli təmizləmə hər an ehtiyac duyduğunuz bir mövzudur. İstər uşağınız evdə qırıntı töksün, istər qonaqlar gəlməzdən əvvəl hər hansı sahəni təmizləməli olun. Əl tozsoranı həmişə əlinizin altındadır. Bir neçə dəqiqə ərzində təmizliyi bitirmək sizə rahatlıqla yanaşı zövq yaşadacaq. Bəzi əl tozsoranları xüsusi olaraq ev heyvanlarının tükləri üçün, digərləri isə həm yaş, həm də quru qırıntıları təmizləmək üçün nəzərdə tutulub.
Ev heyvanlarının tüklərini rahatlıqla təmizləyir.
Həcmli tozsoranlar sərt ağac döşəmələrini təmizləmək üçün idealdır. Bununla belə ənənəvi tozsoranlardan istifadə edərək ev heyvanlarının tüklərini təmizləmək çətindir. Burada ev üçün portativ əl tozsoranı köməyinizə çatır. Əlverişli çətin künclərə asanlıqla çata bilir, beləliklə, astma və allergiya ehtimalını azaldır. Bu tozsoranlar yastıqlardan, xalçalardan və üzlüklərdən allergenləri, ev heyvanlarının tüklərini və toz gənələrini asanlıqla təmizləyə bilir. Döşəməni cilalayır, həmçinin pis qoxunu da yox edir.
Avtomobil təmizliyi üçün istifadə oluna bilir.
Əl tozsoranları avtomobillərinizi təmizləmək üçün də idealdır. Avtomobil kabinlərində bir sıra sağlamlıq problemlərinə səbəb ola biləcək çoxlu bakteriya, toz gənələri, viruslar var. Ona görə də avtomobilin kabinəsini tozsoranla təmizləmək mütləqdir. Ev və avtomobil üçün portativ tozsoran avtomobil salonunun oturacaqlarını və xalçalarını asanlıqla təmizləməyə imkan verir.
Əl tozsoranlarının qiyməti münasibdir.
Tozsoran qiymətləri modellərə və markalara görə fərqlənir. Əl tozsoranları münasib qiymətləri ilə fərqlənir. Tozsoran qiymətləri ilə vau.az saytından tanış ola bilərsiniz. Tozsoranlar bölməsində müxtəlif modellər və qiymətlər qeyd olunub.