Kondisioner satışı Vau.az saytında!
Məkanlarda ideal temperaturu yaratmağın ən asan yolu kondisioner quraşdırmaqdır. İstər isti havalarda, istərsə də soyuq havalarda kondisionerlər tələb olunan dərəcəni asanlıqla tənzimləyir. Onlar həmçinin havadakı nəmlik dərəcəsini də qoruyur. Kondisionerlər nəinki lazımi rütubət və temperatur səviyyəsini saxlayır, həm də havanın keyfiyyətini yaxşılaşdırır. Kondisionerlərdən süzülmüş təmiz havanı məkanda dövr edir. Bu təmiz havada çöldən gələn kir hissəcikləri, həddindən artıq toz və hətta qapı və pəncərələrdən içəri daxil olan bakteriyalar yoxdur. Xüsusilə çox insanların çalışdığı müəssisələrdə sağlam və təmiz mühit yaradır. Kondisonerlərin bu xüsusiyyətlərindən faydalanmaq üçün daimi olaraq texniki və təmir baxışından keçirmək vacibdir.
Kondisioner alarkən nələrə diqqət etməli?
Kondisioner satışı zamanı əldə etdiyimiz təcrübəyə, əsasən deyə bilərik ki, istehlakçıların böyük qismi yalnız qiymətə görə seçim edir. Kondisioner alarkən diqqət edilməli bir çox faktorları gözdən qaçırır. Seçim zamanı diqqət edilməli bir çox məqamlar var. Kondisioner qiymətləri nəzərə alınmalı olan bu məqamlara uyğun dəyişir. Onları nəzərdən keçirək:
- Enerji sərfiyyatı az olan modellərə üstünlük verin.
Müasir kondisionerlər enerji səmərəliliyi reytinqlərinə malikdir. Elektrik xərclərini azaltmaq məqsədilə enerji sərfiyyatı az olan kondisonerlər istehsal edilir. Qənaət nüansını nəzərə alaraq daha az enerji istehlak edən və temperaturu daha yaxşı tənzimləyən kondisioner seçməlisiniz.
- Səs testi etməyi unutmayın.
Kondisioner almadan əvvəl səs-küy testi etməlisiniz. İdeal temperaturu yaratsa belə, yalnız ventilyatorun səsini eşidəcəyiniz kondisioner sizin komfortunuza mane olacaq. Kondisioneri almazdan öncə iə salın və səs səviyyəsinin sizi narahat edib-etmədiyini yoxlayın. Belə bir şansınız yoxdursa, onun səs səviyyəsinin neçə desibel olduğuna baxa bilərsiniz. Standart kondisionerin səs səviyyəsi 60 desibeldən çox olmamalıdır.
- Hansı növ kondisioner alacağınızı dəqiqləşdirin.
Kondisionerlərin 2 növü var: Pəncərə (Window) tipli və divar (Split). Pəncərə tipli kondisionerlər bir istiqamətə hava üfürməkdə daha yaxşıdır. Bu növ kondisionerləri otağın mərkəzində yerləşdirmək daha məqsədəuyğundur. Yalnız bu halda onlar havanı otağın sağına və ya soluna bərabər şəkildə üfürür. Divar növ kondisionerlər isə havanı otağa bərabər paylayır. Bu 2 növdən asılı olaraq kondisioner qiymətləri dəyişir. Pəncərə növ kondisionerlər daha ucuzdur və quraşdırılması asandır. Divar növ kondisionerlər isə daha səssiz və estetikdir. Siz kondisioneri yerləşdirəcəyiniz məkana uyğun seçimi bu kriteriyalara, əsasən edə bilərsiniz.
- Havanın keyfiyyətinə və filtrlər çox vacibdir.
Kondisioner otaqdakı rütubəti azaltmaq, daha çox soyutmanı təmin etmək və daha çox rahatlıq üçün yaxşı nəmləndirici olmalıdır. Yaxşı nəm çıxaran kondisionerlər yay mövsümü üçün əla seçimdir. Diqqət etməli olduğunuz başqa bir məqam filtrdir. Yaxşı bir filtr daha yaxşı soyutmanı təmin edir və kondisionerin səmərəliliyini artırır.
- Məkana uyğun kondisioner seçimi edilməlidir.
Bu, kondisioner alarkən nəzərə alınmalı vacib məqamdır. 1 tonluq kondisioner 40 kvadratmetrlik otağı effektiv şəkildə soyuda bilər, daha böyük otaq üçün isə 1,5-2 tonluq kondisionerə ehtiyacınız olacaq. Otağınız üçün düzgün ölçülü kondisioner seçmək, kondisionerdən optimal şəkildə istifadə edəcəyiniz üçün elektrik enerjisinə qənaət etməyə kömək edəcək.
- Soyutma sürətini nəzərə alın.
Tənzimlənən termostatlar, iki ventilyator və dəyişən sürətli kondisionerlər sizə günün müxtəlif vaxtlarında müxtəlif parametrlərdən istifadə etməyə imkan yaradacaq. Beləliklə, enerjiyə qənaət edə biləcəksiniz. Əvvəlcədən təyin edilmiş müxtəlif parametrlər daha çox enerjiyə qənaət etməklə daha yaxşı soyutmanı təmin edə bilər.
Bütün bu xüsusiyyətlərə, əsasən kondisioner qiymətləri dəyişir. Vau.az saytında hər büdcəyə uyğun kondisioner satılır. Onlayn mağazamızda kondisioner bölməsinə daxil olaraq istədiyiniz modelin qiymət və xüsusiyyətləri ilə tanış ola bilərsiniz.
Kondisioner qiymətləri hansı xüsusiyyətlərə görə dəyişir?
Kondisioner qiymətləri ilə tanış olarkən bir qədər təəccüblənə bilərsiniz. Onların qiymətləri geniş aralıqda dəyişir. Alıcılar çox zaman qiymətin keyfiyyətə təsir etdiyini düşünür və narahat olurlar. Kondisioner qiymətləri məhsulun xüsusiyyətlərinə, əsasən dəyişir. Qiymətə təsir edən müxtəlif amillər mövcuddur. Həmin amillər aşağıdakılardır:
Kondisioner növləri qiymətə təsir edir. Kondisioner növləri qiymətə təsir edən ilk amildir. Kondisionerlər aşağıdakı növlərə bölünür: Split (Divar) Kondisioner, Pəncərə Kondisioner, Mobil Kondisioner, Qonaq otağı Kondisioneri, Kaset tipli Kondisioner. Bu növlərin hər biri fərqli xüsusiyyətlərə malik olduğu kimi qiymətləri də müxtəlifdir. Məsələn, pəncərə kondisionerləri divar kondisionerləri ilə müqayisədə daha ucuzdur. Kondisioner almazdan öncə onu harada istifadə edəcəyinizi, otağın ölçüsünü və quruluşunu nəzərə almalısınız. Bu zaman daha rahat düzgün seçim edə bilərsiniz.
Kondisionerin iş qabiliyyəti də qiyməti müəyyən edən amillər sırasındadır. Yeni istehsaldan çıxmış kondisionerin qiymətini təyin edən ən önəmli amillərdən biri sistemin səmərəliliyidir. Yüksək SEER (Mövsümi Enerji Effektivliyi Nisbəti) reytinqinə malik kondisionerin ilkin qiyməti daha yüksək olacaq. Həmçinin onun aylıq enerji sərfiyyatı da daha az olacaq. Burada xərclər bir-birini kompensasiya edir. Kondisioner alarkən satış təmsilçilərindən SEER seçimlərini izah etmələrini və ona uyğun tövsiyələrini bildirmələrini xahiş edin. Bu sizin işinizi asanlaşdıracaq.
Kondisioner qiymətləri istehsalçının kim olduğundan birbaşa asılıdır.
Kondisioner sistemləri istehsal edən bir çox fərqli şirkət var. Bu şirkətlərin hər biri fərqli qiymət təklifi ilə çıxış edir. Markalar hər bir məhsulun xüsusiyyətlərinə, əsasən qiymət təyin edir. Burada məhsulun zəmanət müddəti və istifadə edilən detalların keyfiyyəti də nəzərə alınmalıdır. Siz istehsalçının təmin etdiyi zəmanətlərə və cihazın etibarlılığına baxmaq istəyə bilərsiniz. Brendləri onlayn araşdırmaq və digər istehlakçıların rəylərini oxumaq sizə məhsul barədə fikir verə bilər.
BTU (British thermal unit) dəyəri də qiymətə təsir edir. İngilis istilik vahidi (Btu) yanacaq və ya enerji mənbələrinin istilik tərkibinin ölçüsüdür. Bu suyun ən böyük sıxlığına (təxminən 39 F°) malik olan temperaturda bir funt maye suyun temperaturunu 1 F° artırmaq üçün tələb olunan istilik miqdarıdır.
BTU kondisionerlərin soyutma və isitmə qabiliyyətini bildirən dəyərdir. İqlim və ərazinizin ölçüsündən asılı olaraq müxtəlif seçimlər mövcuddur. Siz məkana və istifadə məqsədinə uyğun məhsul seçimi etməlisiniz. Yay ayları çox isti keçirsə və ərazi böyükdürsə, 24000 BTU kondisioner seçə bilərsiniz. Əksinə, soyuq və kiçik ərazilərdə isə 12000 BTU-lu kondisionerə üstünlük verə bilərsiniz. Müxtəlif hesablama alətləri ilə hansı tutumun sizin üçün daha uyğun olduğunu müəyyən edə bilərsiniz.
Kondisioner qiymətləri qeyd olunan amillərə uyğun olaraq dəyişir. Büdcəyə uyğun kondisioner almaq prosesin bir hissəsidir. Növbəti mərhələ düzgün quraşdırmadır. Yanlış quraşdırılmış kondisioner səmərəsizliyə, nasazlıqlara meylli ola və əlavə xidmət tələb edə bilər. Kondisioner şirkəti tərəfindən verilən quraşdırma zəmanətləri ilə tanış olduğunuzdan əmin olmalısınız. Vau.az onlayn mağazasından kondisioner aldığınız zaman şirkət əməkdaşları çatdırılma və quraşdırma prosesini yerinə yetirir. Beləliklə siz əlavə xərcdən və narahatlıqdan azad olursunuz.
Vau.az onlayn mağazasında kondisioner qiymətləri
Vau.az onlayn mağazasında müxtəlif büdcələrə uyğun kondisioner satılır. Kondisionerlər bölməsinə daxil olaraq kondisioner qiymətləri və xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Burada təklif edilən hər bir məhsul orijinaldır və xüsusi zəmanət müddətinə malikdir. Geniş məhsul çeşidi ilə onlayn mağazamızda tanış ola, bəyəndiyiniz modeli sifariş edə bilərsiniz. Məhsullar əməkdaşlarımız tərəfindən qısa müddətdə ünvanınıza çatdırılacaq. Hər hansı sualınız olarsa, onlayn media kanalları üzərində bizə yaza bilərsiniz.
Vau.az onlayn mağazasında hansı növ kondisioner satışı həyata keçirilir?
Vau.az onlayn mağazasında dünyanın məşhur brendlərinin məhsulları satışa çıxarılır. Burada Samsung, LG, Timberk, HAIER, Panasonic, Mitsubishi şirkətlərinin istehsalı olan kondisionerlər satılır. Kondisioner satışı mağazamız tərəfindən onlayn qaydada həyata keçirilir. Məhsullarla tanış olmaq üçün vau.az saytında kondisioner bölməsinə baxa bilərsiniz. Burada kondisioner qiymətləri və xüsusiyyətləri qeyd olunub. Vau.az 3 formada ödəniş imkanı təklif edir: nağd, hissə-hissə və kreditlə. Təklif edilən hər bir məhsul orijinaldır və xüsusi zəmanət müddətinə malikdir.
Kondisioner satışı zamanı ən çox qarşılaşdığımız suallar hansılardır?
Kondisioner satışı zamanı ən çox qarşılaşdığımız suallardan biri onun istifadəsi ilə bağlıdır. Kondisioner istifadə edərkən nələrə diqqət etməliyik?
Biz tez-tez kondisionerin ziyanlı olduğu barədə fikirlər eşidirik. Bunun səbəbi ondan düzgün istifadə etməməkdir. Sağlamlıq üçün müəyyən göstərişlər mövcuddur: Kondisionerin temperatur rejimi 23 dərəcədən aşağı olmamalı, rütubət səviyyəsi 50% olmalıdır. Kondisionerin qarşısında tərli oturmamalı, kondisionerin istiqaməti üzə və sinəyə doğru olmamalıdır. Tərli isti havadan kondisionerli mühitə girdiyimiz zaman bədənimizdə birdən buxarlanma baş verir. Bu, bel və boyun əzələlərində sərtliyə və ağrıya səbəb olur. Xüsusən də uşaqlar və qocalar birdən soyuq mühitə daxil olduqda onların bədən müqaviməti azalır.
Kondisioner satışı zamanı qarşıladığımız digər bir sual belədir: Məkana uyğun kondisioneri necə seçməliyəm?
Düzgün tutuma sahib kondisioneri seçmək enerjiyə qənaət edir. Lazım olduğundan daha çox tutumu olan kondisioner daha çox elektrik istehlakına səbəb olur. Kondisionerlərdə BTU/h dəyəri də vacibdir. Bu dəyər bir saat ərzində kondisionerin ətraf mühitdən daşıdığı istilik miqdarıdır. Evlərdə 9 min 600, 12 min və 14 min BTU kimi dəyəri olan kondisionerlərdən istifadə edilir. Bu dəyər təyin edilərkən kondisionerin istifadə ediləcəyi otağın sahəsi, pəncərələrin ölçüsü və istiqaməti, pərdə və jalüzlə bağlı olub-olmaması, neçə nəfər üçün nəzərdə tutulduğu ilə bağlı meyarlara diqqət edilir.
COP cihazın istilik səmərəliliyi haqqında məlumat verir. Əgər siz kondisionerinizin qışda yaxşı isitməsini istəyirsinizsə və ya yüksək elektrik haqqı ödəmək istəmirsinizsə, yüksək COP dəyəri olan kondisioner seçməlisiniz. Kondisionerdə COP dəyəri nə qədər yüksək olarsa, kondisioner bir o qədər səmərəli işləyər.
Kondisioner satışı zamanı həmçinin onun təmizliyi ilə bağlı tez-tez suallar eşidirik. Sağlam və təmiz hava üçün mütəmadi olaraq kondisionerlərin baxımın həyata keçirilməlidir. İstilik və ya soyutma baxımından düzgün olmayan temperatur dəyərlərində işləyən, mütəmadi olaraq təmir olunmayan və təmizlənməyən, ətraf mühitə uyğun olmayan hava axını yaradan kondisionerlər sağlamlıq üçün ciddi risklər yarada bilər. Kondisioner rahatlıq vasitəsidir, düzgün istifadə edildikdə sağlam yaşayış mühiti yaradır. Kondisionerin ziyanlı olması ilə bağlı fikirlər tez-tez səsləndirilir.
Kondisioner ziyanlı deyil, onu düzgün istifadə etmək vacibdir. Nun filtrlərini tez-tez təmizləmək önəmlidir. Filtrlərin təmizlənməsi divara quraşdırılmış kondisionerlərdə ətraf mühitin tozluluğundan asılı olaraq 15 gündə bir, tavan kondisionerlərində isə ildə bir dəfə aparılmalıdır. Bu vaxtlar ətraf mühitin tozluluğundan asılı olaraq dəyişə bilər. Onun hissələrinə müntəzəm texniki qulluq və texniki qulluq onun effektiv işləməsi üçün çox vacibdir. Kondisionerə xidmət və təmizlənmədə səhlənkarlıq soyutma qabiliyyətinin azalmasına və qurğunun zədələnməsinə səbəb olacaq. Çirkli və tıxanmış hava filtrləri normal hava axınının qarşısını alır və kondisioner sisteminin soyutma qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır. Bütün bu nüanslara diqqət etdiyiniz zaman kondisionerlərdən gözlədiyiniz performansı ala bilərsiniz.
Vau.az onlayn formada kondisioner satışı həyata keçirilir. Suallarınıza cavab almaq və ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz.
Vau.az onlayn mağazasında hansı brendlərin istehsalı olan kondisionerlər satılır?
Onlayn mağazamızda tanınmı brendlər tərəfindən istehsal edilən kondisionerlər satılır. Samsung, LG, Timberk, HAIER, Panasonic, Mitsubishi kimi iri şirkətlərə məxsus kondisioner modellərini mağazamızdan əldə edə bilərsiniz. Saytımızdan məhsul sifariş etməyin 2 üsulu var:
1. Qeydiyyatdan keçib şəxsi kabinetinizi yaradırsınız. Daha sonra bəyəndiyiniz məhsulu səbətə əlavə edib, sifariş et düyməsini sıxırsınız. Qeyd etdiyiniz ünvana sifarişiniz çatdırılır.
2. Sosial media kanalları üzərindən və ya telefonla əlaqə saxlayaraq sifarişinizi bildirirsiniz. Bu zaman bizim əməkdaşlar tərəfindən sifariş qeydə alınır və ünvanınıza çatdırılır.
Məhsul alışı zamanı 3 fərqli ödəmə imkanı təklif edirik: nağd, hissə-hissə və kreditlə.
Vau.az onlayn mağazasında kondisioner qiymətləri böyük aralıqda dəyişir. Bunun səbəbi fərqli brendlərə məxsus geniş çeşiddə məhsul təklifinin olmasıdır. Vau.az saytında kondisioner bölməsinə daxil olaraq qiymətlər ilə ətraflı şəkildə tanış ola bilərsiniz. Onlayn mağazamızda hər büdcəyə uyğun kondisionerlər satılır. Axtardığınız modeli daha asan tapmaq üçün filtlərdən istifadə edə bilərsiniz. Məsələn, kondisioner qiymətləri filtri ilə siz axtardığınız büdcəyə uyğun kondisioner modellərini bir toxunuşla görə bilərsiniz.
Kondisioner necə təmizlənməlidir?
Evin birbaşa havasına təsir edən bu cihaza nə qədər düzgün qulluq edilərsə, bir o qədər sağlam nəfəs almaq mümkündür. Kondisionerin təmizliyini periodik olaraq nəzarətdə saxlamaq mütləqdir. Onun bəzi hissələrini özünüz təmizləyə, texniki baxımdan həssas detallarını təmizləmək üçün isə mütəxəssislərə müraciət edə bilərsiniz. Kondisionerdə təmizlənməsi vacib olan hissələrdən biri filtrlərdir. Filtrləri özünüz təmizləyə bilərsiniz. Bu zaman diqqət edilməli olan məqamlar aşağıdakılardır:
- Filtrləri axar suyun altında yuyun.
- Vakuum təmizliyi üçün tozsorandan istifadə edin.
- Filtrlər isti su ilə təmizləyirsinizsə, suyun temperaturunun 50 dərəcədən çox olmamasına diqqət edin.
- Hava filtrlərini yuyarkən fırçalamayın.
- Yuduğunuz filtrləri günəşdə qurutmayın.
- Hava filtrlərini asaraq qurutmağa çalışmayın.
- Kondisionerləri filtrsiz işə salmayın.
Hava filtri bütün kondisionerlərin ön panellərində yerləşir. Paneldəki yuvaya yerləşdirilmiş filtrlər kondisionerlərin strukturlarına görə asan quraşdırılan xüsusiyyətə malikdir. Əsasən yuyula bilən süngər filtrləri təmizlədikdən sonra eyni şəkildə yerləşdirə bilərsiniz. Kondisionerin hava filtrini bu yolla 15 gündən bir təmizləməyə diqqət edin. Əks halda toz və kir toplamış filtrlər havanın ideal dövriyyəsinə mane olacaq. Beləliklə, siz kondisionerdən gözlədiyiniz performansı ala bilməzsiniz. Həmçinin nəfəs aldığınız hava kifayət qədər təravətli olmaz.
Fərqli kondisioner modellərində ion texnologiyaları və qabaqcıl filtrləmə xüsusiyyətləri var. İon texnologiyaları və qabaqcıl filtrləmə xüsusiyyətlərinə malik kondisionerlər xəstəlik yaradan bakteriya, mikrob və virusları aradan qaldırır. Kondisioner modelləri nəm alma, özünü təmizləmə, isitmə və soyutma kimi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər modeldən modelə fərqlənir.
Vau.az onlayn mağazasında qeyd olunan xüsusiyyətlərə malik kondisionerlər satılır. Quruluş baxımından kondisionerlər inverter və portativ olmaqla iki fərqli model təklif edir. İnverter kondisioner və portativ kondisioner modelləri fərqli xüsusiyyətlərə malikdir. İnverter kondisioner modelləri istifadə olunduğu mühiti daha sağlam hava ilə təmin edir. Çox səssiz işləmə xüsusiyyətlərinə malikdir. Böyük otaqlar üçün ən ideal kondisioner modelləri arasındadır. Hava keyfiyyətini yaxşılaşdırmağa kömək edir və yüksək performans göstərir.
Portativ kondisionerlər ümumiyyətlə kiçik strukturlara malikdir. Bu strukturlar sayəsində istifadəçilərə asan daşınma imkanı təqdim edir. Portativ kondisionerlər geniş istifadə sahəsinə malikdir. Yay və qış aylarında müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Divara və ya tavana montaj kimi xüsusiyyətləri olmadığı üçün istənilən mühitdə rahatlıqla istifadə edilə bilər. Mağazamıda qeyd olunan bütün xüsusiyyətləri özündə birləşdirən kondisionerlər satılır. Vau.az saytına daxil olaraq hər bir model haqqında ətraflı məlumat əldə edə bilərsiniz.