Trimmer Qiymetleri
Trimmerlər saç və saqqal üçün istifadə edilən alətlərdən biridir. Şəxsi baxım vasitələri böyük diqqət və həssaslıqla seçilməlidir. Burada həm gigiyenik xüsusiyyətlər, həm rahatlıq, həm də arzu edilən nəticənin əldə edilməsi mühüm rol oynayır. Ən yaxşı trimmer isə ehtiyacınızı düzgün şəkildə qarşılayan modeldir. Düzgün trimmer seçmək üçün aşağıdakı addımları izləyə bilərsiniz:
Düz, yoxsa yumru başlıqlı trimmer sizə daha uyğundur?
Əgər aləti həm saçınız, həm də saqqalınız üçün istifadə edəcəksinizsə, düz başlı modelləri seçməlisiniz. Bu modellər uzunluğu tənzimləməyə imkan verir. Aparatın köməyi ilə edəcəyiniz parametrlərlə saçlarınızı istədiyiniz şəkildə və modeldə kəsdirə bilərsiniz. Fırlanan (yumru) başlıqlı təraş maşınları isə yalnız saqqal qırxmaq üçün istifadə olunur. Bu maşınların üstünlüklərindən biri də üzünüzün əyrilərinə daha yaxşı uyğunlaşa bilməsidir. Onlar üzünüzün müxtəlif nöqtələrində daha asan hərəkət edir. Əgər saqqallarınız bir istiqamətə uzanırsa, düz başlıqlı təraş maşınlarını seçə bilərsiniz. Ancaq saqqallarınız üzünüzün müxtəlif nöqtələrində müxtəlif istiqamətlərdə uzanırsa, fırlanan başlıqlı maşınlar sizin üçün daha yaxşı alternativ ola bilər.
Yaş, yoxsa quru halda istifadə edəcəksiniz?
Trimmerlər yaş və ya quru halda istifadə edilən olmaqla 2 növə bölünür. Yaş təraş maşınları adından da göründüyü kimi su ilə təmasda olan elektron cihazlardır. Onlar sudan təsirlənmir. Siz hətta yaş təraş maşınlarını suyun altında tutaraq təmizləyə bilərsiniz. Yaş təraş maşınları həssas dərisi olanlar üçün daha çox tövsiyə olunur. Həmçinin uzun müddət ülgücdən istifadə edən və ilk dəfə maşın istifadə edəcək şəxslər üçün də bu maşınlar faydalı ola bilər. Çünki bu maşınlar dərinizdə yarana biləcək qıcıqlanma problemlərini minimuma endirir. Şəxsi baxım zamanı üz həssaslığı maksimum dərəcədə nəzərə alınmalıdır. Əks halda xoşagəlməz problemlərlə qarşılaşa bilərsiniz. Ona görə də keyfiyyətli və orijinal məhsul əldə etdiyinizdən əmin olmalısınız. Dəriniz çox həssas deyilsə və təraşı tez bitirmək istəyirsinizsə, quru təraş maşınlarını seçə bilərsiniz. Su və sabuna toxunmadan təraş etdiyiniz üçün işinizi daha tez bitirə bilirsiniz. Bunlara əlavə olaraq bazarda həm quru, həm də yaş təraş edə bilən maşınlar da mövcuddur. İstənilən növ trimmerlər ilə vau.az saytından tanış ola bilərsiniz.
Naqilli, yoxsa şarj edilən trimmer sizin üçün əlverişlidir?
Batareyalı trimmerlər uzun müddət elektrik enerjisinin olmadığı və onları doldura bilməyəcəyiniz mühitlərdə istifadə üçün idealdır. Səyahət zamanı istifadə üçün təraş maşını axtarışındasınızsa, şarjlı modelə üstünlük verməyiniz tövsiyə olunur. Şarj edilə bilən saç və saqqal təraş maşını seçəcəksinizsə, bu zaman şarj müddəti vacibdir. Seçim zamanı bu məqama diqqət etməlisiniz. Əgər belə bir tələbəniz yoxdursa və elektrik problemi yaşamırsınızsa, naqilli trimmerlər əldə edə bilərsiniz. Bəzi modellərdə kəsilmiş tüklər çölə atılmır, ancaq kameraya yığılır. Bu xüsusiyyəti olan təraş maşınları seçərək daha rahat istifadə edə bilərsiniz. Bəzi modellərdə kəsilmiş tüklər çölə atılmır, içəridə yerləşən kameraya yığılır. Bu xüsusiyyəti olan təraş maşınları seçərək rahatlığınızı təmin edə bilərsiniz. Təraş maşınının səsi bəzən çox yüksək ola bilər. Buna görə də əgər səsə qarşı həssassınızsa, trimmer seçərkən səsi az olan modellərə üstünlük verə bilərsiniz.
Şəxsi baxım vasitələri seçərkən keyfiyyəti ilə yanaşı onun dizaynına, yəni rahatlığına da önəm verməlisiniz. Əgər seçdiyiniz trimmer əlinizə rahat yerləşmirsə, siz istifadə çətinliyi yaşaya bilərsiniz. Buna görə də məhsulu almazdan əvvəl onun ölçülərinə də diqqət etməyiniz tövsiyə olunur. Vau.az saytına daxil olaraq şəxsi baxım vasitələri bölməsində böyük çeşiddə trimmerlər ilə tanış ola bilərsiniz. Burada istədiyiniz modeli tapmaq çox asandır.
Vau.az – toxunuşla gələcək!