Epilyator Qiymetleri
Epilyatorlar fərqli modellərə bölünür və onların hər birinin müxtəlif özəllikləri mövcuddur. Ümumiyyətlə şəxsi baxım vasitələri seçim zamanı xüsusi diqqət tələb edir. Bu vasitələri seçərkən hər bir detala diqqət etmək çox vacibdir. Epilyator almazdan öncə bunları bilsəniz, seçim etmək sizin üçün asan olacaq.
-
Epilyatorlar yaş və ya quru dəridə istifadə edilənlər olaraq iki yerə bölünür. Hansı modelin sizin üçün daha rahat olduğunu müəyyənləşdirin. Ağrıya dözümlü deyilsinizsə, suda istifadə edilə bilən modelə üstünlük verə bilərsiniz. Onu unutmamaq lazımdır ki, epilyatorların quru dəridə istifadəsi daha uzunmüddətli təsir yaradır.
-
Alacağınız alətin fərqli başlıqları olmalıdır. Gigiyenik baxımdan bədəninizin və üzünüzün müxtəlif hissələri üçün ayrı başlıqları olan epilatora üstünlük verməlisiniz. Məsələn, Braun üz üçün epilyator məhz üz dərisinin incəliyinə, quruluşuna uyğun hazırlanıb.
-
Alacağınız epilyatorun başlığının çıxarılıb taxılmasına diqqət edin. Təmizlik baxımından başlığı çıxarılan alətlər daha çox tövsiyə olunur. Bu zaman başlığı çıxarmaq və yumaq mümkündür. Vau.az saytında epilyatorlar bölməsində belə modellər ilə tanış ola bilərsiniz.
-
Batareya ilə işləyən və naqilli modellər var. Öz rahatlığınızı nəzərə alaraq bu modellərdən birini seçə bilərsiniz. Epilator qiyməti bu xüsusiyyətə əsasən dəyişə bilər.
-
Başlıqlar ikiqatlı və təkqatlı olur. İkiqatlı başlıqlı epilyator daha sürətlidir, yəni proses daha tez başa çatır. Tək qatlı epilyatorlarda isə başlıqlardakı alətlərin sayı daha az olduğundan proses uzun çəkir, ağrı dərəcəsi isə daha azdır.
Unutmayın ki, ən yaxşı epilyator dərinizə uyğun və rahatlığınızı təmin edən modeldir. Ona görə də epilyator seçmədən öncə dərinizin xüsusiyyətlərini nəzərdən keçirin. Effektiv nəticə ilə yanaşı ağrı dərəcəsini də nəzərə almağı unutmayın.
Əgər epilyatoru suyun altında istifadə edəcəksinizsə, daha yaxşı nəticə üçün təxminən 5 dəqiqə ilıq suda dincəldikdən sonra epilyasiyaya başlayın. Bu zaman həm ağrı az olur, həm də tükləri tutmaq asanlaşır. Epilyatoru quru dəridə istifadə edəcəksinizsə, dəriniz tamamilə quru və yağsız olmalıdır. Bunun üçün epilyasiyadan əvvəl xüsusi salfetlərlə dərini təmizləyə bilərsiniz. Bəzi hallarda epilyator istifadəsindən sonra xırda tüklər dərinin altına doğru yönəlir. Bunun qarşısını almaq üçün hər bir neçə epilyasiya prosesindən sonra ilıq duşda süngərlə dərinizə pilinq edin. Bu həmin tüklərin qara nöqtələr şəklində toplanmasının qarşısını alacaq. Həmçinin epilyasiyadan sonra bədəndə qızarmalar ola bilər. İlk istifadə zamanı bu qızarmalar bir az çox görünə bilər, növbəti dəfələrdə isə dərinin daha sakit olduğunu görə bilərsiniz. Bəzi epilator markalarının sürət tənzimləmə variantları var. Bu variantlardan ən aşağısını seçmək daha yaxşı olar. Zamanla ağrıya alışdıqca sürət parametrini artıra və cihazı daha sürətli istifadə etməyə başlaya bilərsiniz.
- Epilatordan istifadə edərkən ağrı hiss edirsinizsə, apteklərdə satılan epilyatordan əvvəl məhsullar üçün nəzərdə tutulmuş kremlərdən və ya spreylərdən alıb istifadə edə bilərsiniz.
- Epilyasiya edəcəyiniz dəri sağlam olmalıdır. Əgər yara və qabıq kimi dəri problemləriniz varsa, epilatordan istifadə etməkdən çəkinməlisiniz. Belə halda epilatordan istifadə etsəniz, dəriniz daha çox qıcıqlanacaq və daha çox ağrı hiss edəcəksiniz.
- Epilyasiya zamanı olduğunuz yerin temperaturu da vacibdir. Yer nə çox soyuq, nə də çox isti, normal otaq temperaturunda olmalıdır. Əks halda qırılmalar və ya ağrı ola bilər.
- Epilyasiya tətbiqi üçün tüklərin müəyyən uzunluqda olması vacibdir. Buna görə də çox qısa tüklər bir az uzandıqdan sonra epilyatorla alınmalıdır.