Saçqırxanlar haqqında
Saça qulluq vasitələri arasında yer alan məşhur cihazlardan biri də saçqırxanlardır. Saçqırxanlar daha az vaxtda saçınızı düzəltmək imkanı verir. Xüsusilə son illərdə istehsal edilən modellər müxtəlif başlıqlar ilə işi daha da asanlaşdırır. Uşaqlar saç qırxan zaman bir qədər səbirsiz olurlar. Bu zaman az vaxt sərf edərək onların sevimli saç düzümünü əldə etmək üçün keyfiyyətli saçqırxanlardan istifadə edə bilərsiniz. Vau.az onlayn mağazasında Vitek, Scarlett, Polaris, Philips, Braun, Zelmer brendlərinə məxsus saçqırxanlar satılır.
Saçqırxan seçərkən nələrə diqqət etmək vacibdir?
Saça qulluq vasitələri arasında yer alan saçqıranların müxtəlif modelləri mövcuddur. Onlar iş rejiminə və xüsusiyyətlərinə görə fərqlənir. Ən yaxşı model isə sizin rahatlığınızı təmin edən cihazdır. Bu model necə seçmək lazımdır ətraflı müzakirə edək.
Saçqırxanların yaş və quru halda istifadə edilən bilən növləri var. Yaş halda istifadə edilənlər sudan təsirlənmir. Onları, hətta suyun altında təmizləmək mümkündür. Yaş saç kəsimi maşınları həssas dərisi olanlar üçün daha çox tövsiyə olunur. bu maşınlar dərinizdə yarana biləcək qıcıqlanma problemlərini minimuma endirir. Dərisi çox həssas olmayanlar üçün quru saçqırxan maşınları alternativ ola bilər. Quru cihazlar ilə suya və köpüyə toxunmadan saç kəsimi edildiyi üçün daha az vaxtda işinizi bitirə bilərsiniz. Vau.az onlayn mağazasında hər iki növ saça qulluq vasitəsi satılır. Nəzərdən keçirə bilərsiniz.
Saç qırxmaq üçün istifadə edilən cihazlar batareya və ya şarjla işləyən növlərə bölünür. Batareya ilə işləyən maşınları uzun müddət elektrik enerjisinin olmadığı və şarj edə bilməyəcəyiniz mühitlərdə istifadə üçün idealdır. Şarjlı saçqırxanların həm simli, həm də simsiz istifadə edilə bilən modelləri var. Sizin üçün rahat olan modeli seçə bilərsiniz. Şarj edilə bilən saç maşını seçəcəksinizsə, doldurma vaxtları vacibdir. Şarj müddətini araşdıraraq qərar verməyinizi tövsiyə edirik.
Alacağınız saçqırxan modelinin erqonomik quruluşuna diqqət edin. Bu cihaz əlinizə rahat yerləşməlidir. Siz onu hərəkət etdirərkən narahatlıq yaşamamalısınız. Əgər maşını əlinizdə rahat tuta bilməsəniz, saçın müxtəlif hissələrini düzəldərkən çətinlik yaşayacaqsınız. Bu zaman həmçinin maşının yüngül olması da önəmlidir. Xüsusilə, tez-tez səyahət edirsinizsə, daha yüngül saçqırxan seçməyə diqqət edin.
Bəzi modellərdə kəsilmiş tüklər çölə atılmır, ancaq xüsusi qaba yığılır. Bu xüsusiyyətə malik saçqırxan maşınları seçərək daha rahat istifadə edə bilərsiniz.
Titan başlıqlı saç kəsimi maşınları bir az daha uzun ömür vəd edir. Maşınınızı uzun müddət istifadə etmək niyyətindəsinizsə, bu xüsusiyyəti olan modelləri almağa diqqət edə bilərsiniz. Bəzi modellərin səsi bəzən çox yüksək ola bilər. Buna görə də əgər səsə qarşı həssassınızsa, cihazı seçərkən səsi az olan modellərə üstünlük verə bilərsiniz.
Qeyd olunan xüsusiyyətlər hər bir saçqırxan modelində qarşılaşacağınız özəlliklərdir. Sizin üçün ən vacib olanları qeyd edib, ona uyğun cihazı seçməyiniz tövsiyə olunur. Vau.az saytında hər modeldə saçqırxan satılır. Əgər sizin üçün cihazın dizaynı önəmlidirsə, modern və erqonomik modellərə baxa bilərsiniz. Onlayn mağazamızda tanınmış brendlərin orijinal məhsulları yer alır. Saçqırxanlar bölməsinə daxil olaraq fərqli modelləri nəzərdən keçirə bilərsiniz. Məhsulu əldə etdiyiniz zaman sizə 3 fərqli ödəmə forması təklif edilir: nağd, hissə-hissə və kreditlə. Hissə-hissə ödəmə imkanında siz məbləği 12-24 aya (məhsula görə müddət dəyişir) ödəyə bilərsiniz. Seçilmiş məhsulları ilkin ödənişsiz, komissiyasız və faizsiz şərtlərlə əldə edə bilərsiniz. Bu şərtlər haqqında ətraflı məlumat əldə etmək üçün vau.az saytını və ya sosial media hesablarını nəzərdən keçirməyinizi tövsiyə edirik. Hər hansı sualınız olarsa, *2030 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.