Cari halda aktiv məhsul mövcud deyil
Multifunksional fenlər sizə niyə lazımdır?
Fen axtarışları zamanı qarşınıza müxtəlif məqsədlər üçün istifadə edilən fərqli modellər çıxacaq. Buraya hava fenləri, daraqlı fenlər, multifunksional fenlər, saç düzləşdiricilər, saçburanlar daxildir. Hər bir model haaqqında ətraflı məlumat əldə edib tələblərinizə uyğun məhsulu tapa bilərsiniz. Ən yaxşı fen seçimi üçün vau.az saytına baxa bilərsiniz.
Multifunksional fenlər bir neçə saç düzümü üçün istifadə edilə bilən məhsullardır. Bu fenlərin bir neçə başlığı olur. Başlıq sayı modelin növünə görə dəyişir. Hər bir başlıq fərqli saç düzümü üçün nəzərdə tutulur. Belə fenlər ilə siz həm saçınızı quruda, həm düzləşdirə, həm də bura bilərsiniz. Əgər saçlarınızı evdə fərqli formalarda toplamaq istəyirsinizsə, multifunksional fenlər sizin üçün ən yaxşı seçimlərdən biridir.
Multifunksional fenlər ilə həcmli saçlar!
Uğurlu saç stili üçün düzgün addımları izləmək vacibdir. İstədiyiniz saç düzümünü seçin və aşağıdakı addımları izləyin.
1. Sizin üçün rahat feni seçin.
İstifadə edəcəyiniz fenin erqonomik quruluşda olması çox vacibdir. Əks halda tez-tez istifadə olunan bir cihaz olduğu üçün qolunuz yorula bilər. Bu diskomfortu yaşamamaq üçün əlinizdə tutduğunuz zaman rahat olan məhsulu seçin. Fenin çəkisi də rahatlıq baxımından önəmlidir. Ağır feni hər gün istifadə etsəniz, özünüzü məşqdən çıxmış kimi hiss edə bilərsiniz. Ona görə aşağı çəkisi olan fenlərə üstünlük verin.
2. Saçınıza uyğun fırça seçin.
Multifunksional fenlərin müxtəlif başlıqları olur. İstədiyiniz saç düzümünə və saç növünüzə uyğun olanını seçməyə diqqət etməlisiniz. Bu istifadə edəcəyiniz fırça üçün keçərlidir. İstifadə edəcəyiniz fırçanın ölçüsü və növü çox vacibdir. Tük quruluşuna və saçınızın uzunluğuna uyğun, istiliyi asanlıqla ötürə bilən bir fırça istifadə etməlisiniz. Əks halda saç quruluşunuza uyğun olmayan fırçalar ilə saçlarınızı formaya salmaq daha çətin olacaq.
3. Fendən istifadə etmədən öncə saçınızı ilıq su ilə durulayın.
Bunu saçlara qulluq addımlarının ən vacibi kimi qeyd edə bilərsiniz. İlk növbədə saçınızın təmiz olduğundan əmin olmalısınız. Şampun vurduqdan sonra saçınızı durulamalısınız. Durulama prosesinin sonuna yaxın soyuq sudan istifadə edərək daha parlaq görünüş əldə edə bilərsiniz. Əks halda qaynar su ilə yuduğunuz saçlarınız qısa müddətdə yağlı görüntü verə bilər. Buna görə saçınızı ilıq su ilə yumalısınız.
4. Saçlarınızı tam qurulayın.
Saçınızı yuduqdan sonra dəsmalla qurutma mərhələsində dəsmalı davamlı olaraq saça çəkmək olmaz. Belə hal saçlarınızın köhnəlməsinə və qırılmasına səbəb ola bilərsiniz. Dəsmalla saçlarınızı yumşaq hərəkətlərlə qurutmalısınız. Saçlarda nəmlik qalarsa, bu da qırılmaya səbəb ola bilər.
5. Saçlarınızı qurutmağa dibdən başlayın.
Fenlə qurutmadan əvvəl saçınızı yuyun, sonra qurutma prosesinə saç diblərindən başlayın. Qurutma üçün başınızı aşağı əyin. Aşağıdan yuxarıya doğru getmək saçları daha asan parıldadacaq və qurudacaq.
6. Nəmli və buxarlı mühitdə saçınızı qurutmayın.
Saçlarınızın elektrikləşməsini və şişməsini istəmirsinizsə, nəmli mühitlərdə qurutmayın. Quru bir yerə keçin və saçınızı orada qurutun. Rütubətli mühitdə olan saçlar quruduqda şişir və xoş olmayan görünüş alır.
Saçlara qulluq üçün yuxarıda qeyd olunanları tətbiq edin. Bunlarla yanaşı müxtəlif saça qulluq vasitələri də istifadə edə bilərsiniz. Belə halda saçlarınız arzuladığınız kimi parlaq, yumşaq və həcmli olacaq. Həmçinin saç qırılmalarınız da olmayacaq. Multifunksional fenlər ilə siz saçınızı həm quruda, həm də formaya sala bilərsiniz. Bu fenlər işinizi asanlaşdırmaqla yanaşı, həm də büdcənizə qnaət etmək imkanı yaradır. Fərqli saç düzümləri üçün müxtəlif fenlər almağınıza ehtiyac qalmır. Vau.az saytından bəyəndiyiniz multifunksional fenləri sərfəli qiymətlərlə əldə edə bilərsiniz.