Daraq fenlər – daha az vaxtda daha mükəmməl nəticə!
Saçını düzləşdirməyə saatlar sərf edən və yorulan hər kəsə bu məqaləni oxumağı tövsiyə edirik! Yazıda daraq fenlər və onların həyatınızı necə asanlaşdıracağından danışacağıq. Bu möhtəşəm məhsullar 10-15 dəqiqə ərzində saçınızı istədiyiniz formaya gətirməyinizə kömək edəcək. Onları super qəhrəmanlar adlandıraq? İstifadədən sonra adlandıracağınıza inanırıq.
Daraq fen modelləri necə fərqlənir?
- İstədiyiniz nəticəni dəqiqələr ərzində əldə edə bilərsiniz. Səhər işə tələsirsiniz və saçlarınız səliqəsizdir. Daraq fen ilə 10, hətta 5 dəqiqə ərzində saçınızı düzləşdirə və ya hər hansı formaya sala bilərsiniz. Əgər daraq feniniz varsa, saçınızı düzləşdirmək üçün saatlar sərf etməyə ehtiyac qalmır.
- Sizin üçün vaxt dəyərlidir. Hər gün saatlarla saçınızı düzləşdirməyə vaxt itirməyi xoşlamırsınız. Daraq fen ilə bir neçə dəqiqədə saçlarınız hazırdır! Səhərlər saçınızı düzləşdirdikdən sonra, hətta kofe içməyə belə vaxtınız qalacaq.
- Gözəllik salonuna sərf etdiyiniz büdcəni istirahətə xərcləmək necə səslənir? Daraq feniniz varsa, keratin və ya saç düzləşdirmək üçün gözəllik salonuna getməyə ehtiyac yoxdur. Daha yaxşı nəticəni özünüz evdə əldə edə bilərsiniz.
- Daraq fenlər saç düzləştirici digər vasitələr ilə eyni, hətta daha yaxşı nəticə əldə etməyə imkan verir. Bunu edərkən saçlarınız yanmır və zərər görmür. Daraqlı fen saça ziyan vermədən onu düzləşdirir. Araşdırmalar göstərir ki, saç düzləşdiricilər saçlara zərər verir, saçların qırılmasına və hətta tökülməsinə səbəb olur. Saç düzləşdiricilərin başqa bir zərəri isə saçları seyrəltməsi və böyüməsinə mane olmasıdır. Saç düzəldən daraq isə saçları minimum zərərlə düzəltməyə kömək edir. Saç düzləşdirən daraqlar son illərdə saçlarını düzəltmək istəyənlərin məşhur məhsullarıdır. Onlar həm sərfəli, həm də istifadəsi asandır. Daraqlı fen yalnız saç düzləşdirilməsi üçün deyil, həm də müxtəlif formalar vermək üçün istifadə edilir. Fenin üzərində müxtəlif başlıqlar olur. Bu başlıqlardan istifadə edərək saçınıza müxtəlif formalar verə bilərsiniz.
Daraq fenlər necə istifadə olunmalıdır?
Saçınız yaşdırsa, düzləşdirmədən öncə qurudun. Bu cür məhsullar nəm saçlara daha çox zərər verdiyi üçün prosedurdan əvvəl saçınızı öz-özünə qurumağa buraxa bilərsiniz. Vaxt məhdudiyyətiniz varsa, onu fen ilə quruda bilərsiniz. Saçınızın yaxşıca quruduğundan əmin olduqdan sonra düzləşdirmə prosesinə keçə bilərsiniz. Unutmayın ki, yüksək temperatur nəm saçlara daha çox zərər verə bilər. Saçınız çox qalın və ya buruq deyilsə, daha aşağı dərəcədən istifadə etməyiniz tövsiyə olunur.
Saçlarınızı adi daraqla darayın. Yadda saxlamaq lazımdır ki, saç düzəltmə tarağı adi daraqdan fərqlidir. Saçlarınız dolaşıqdırsa, onları düzəltmədən əvvəl adi daraq və ya fırça ilə açmaq, düzləşdirmə zamanı işinizi asanlaşdıracaq. Saçınızı hissələrə ayırın və düzləşdirin. Düzləşdirməyə başlamazdan əvvəl saç tipinizə uyğun temperaturu təyin edin. Darağın temperaturunu tənzimləyərkən əvvəlcə onu aşağı temperatura qoyun və lazım olduqda istiliyi artırın.
Düzləşdirməyə başlayın. Əgər darağın dişləri saçınızdan görünmürsə, deməli çox saç götürmüsünüz. Bu zaman istədiyiniz ideal nəticəni əldə etmək çətinləşəcək. Ona görə hissələri nə çox, nə də az götürməməyə çalışın. Saçınızı yeni düzləşdirdikdə əlinizlə toxunmayın. İstifadəsi bitdikdən sonra daraqlı feni bez ilə təmizləyin. Daraq fenlərdə istilik bərabər paylandığı üçün saç telinin üstündən bir neçə dəfə keçmək kifayət edər. Bu, xüsusilə səhər saatlarında saçınıza sərf etdiyiniz vaxtı azaldacaq. Bundan əlavə saçınızı düzləşdirici kimi sıxmadığı üçün istilikdən daha az zədələnəcək.
Daraq fen qiyməti və modelləri ilə vau.az onlayn mağazamızdan tanış ola bilərsiniz. Burada müxtəlif brendlərin istehsalı olan daraq fen modelləri yer alır. Fərqli modellər arasında ehtiyacınız olanı asanlıqla tapa bilərsiniz.