Soyuducular Vau.az-da!
Soyuducular nəinki mətbəximizdə, hətta həyatımızda çox önəmli yerə sahibdir. Sağlamlığımızda böyük rol oynayan qidaların keyfiyyətli formada saxlanılması soyuducuların funksionallığından asılıdır. Yaşadığımız dönəmdə soyuducular qidaları dondurmaqla yanaşı, onları təzə və daha uzun müddət saxlamaq, enerjiyə qənaət etmək, internetə qoşulmaq kimi fərqli xüsusiyyətlərə malikdir. Soyuducu qiymətləri onların təklif etdiyi funksiyalara və digər meyarlara görə dəyişir. Siz tələb edilən ən vacib funksiyalara sahib ucuz soyuducular tapa bilərsiniz. vau.az saytında dünya brendlərindən geniş çeşiddə yüzlərlə növ münasib qiymətlərə malik soyuducular satılır.
vau.az ev, ofis və restoranlar üçün ən uyğun soyuducu satışı həyata keçirir.
Sizə uyğun soyuducular hansılardır?
Soyuducular bir-birindən istər dizaynına, istərsə də təklif etdiyi xüsusiyyətlərə görə dəyişir. Soyuducular qiyməti ilə də bir-birindən fərqlənirlər. Seçim edərkən bəzi məsələləri dəqiqləşdirsəniz, sizə lazım olan avadanlığı daha tez və uyğun qiymətə tapa bilərsiniz. İlk öncə sizin üçün vacib olan funksiyaları müəyyən etməlisiniz. Funksiyalar arasında enerjiyə qənaət etməsi daha çox üstünlük verilən nüanslardandır. Ucuz soyuducular axtaranlar üçün də qənaət baxımından enerji sərfiyyatı funksiyası xüsusi əhəmiyyət daşıyır. Daha sonra aşağıda suallar sizə lazım olan avadanlığı seçməkdə işinizi asanlaşdıracaq.
Soyuducu üçün ayrılan məkanın ölçüləri hansı aralıqda dəyişir?
Soyuducunu yerləşdirəcəyiniz məkanın ölçülərini təyin etməlisiniz. Soyuducuların hündürlüyü 85-200 sm, eni 50-90 sm, dərinliyi isə 60-65 sm ölçüləri arasında dəyişir. Məkan ensizdirsə, biz nazik qapılı, geniş və alçaqdırsa enli və hündürlüyü az olan avadanlıq seçməyinizi tövsiyə edirik. Düzgün seçimlə siz estetik cəhətdən gözəl interyer və geniş məkan yarada bilərsiniz. Avadanlığı yerləşdirəcəyiniz məkan genişdirsə, ikiqapılı böyük soyuducu seçimi sizə uyğun ola bilər.
Sizə lazım olan soyuducu tutumluluğu nə qədərdir?
Soyuducu seçərkən diqqət edəcəyiniz digər məqam onun həcmidir. Geniş ailələr üçün adətən ikiqapılı böyük soyuducular təklif edilir. Tək yaşayan və ya kiçik ailələr üçün isə orta tutumlu soyuducular kifayətdir. Soyuducunun tutumu litr ilə ölçülür. 1-2 nəfər üçün 200-400 litr, 3-4 nəfər üçün 450-600 litr, 5-dən yuxarı say üçün 700 litrlik avadanlıq tövsiyə olunur. Ofislər üçün isə mini soyuducular daha kompakt və əlverişli hesab olunur.
Soyuducuda dondurucu kameranın harada yerləşməsi sizin üçün əlverişlidir?
Son zamanlar soyuducu cihazlarında təklif edilən yeniliklərdən biri də dondurucu kameranın aşağıda yerləşməsidir. Soyuducu satışı ilə məşğul olan şirkətlərin hər biri artıq dondurucu bölmənin aşağıda yerləşdiyi soyuducular satır. Avadanlıq seçimi etməzdən əvvəl sizin üçün hansı formanın daha uyğun olduğunu müəyyən etməlisiniz. Əgər hazır yeməklərlə qidalanırsınızsa, bu o deməkdir ki, siz dondurucu kameradan daha çox istifadə edəcəksiniz. Belə halda onun yuxarıda yerləşməsi daha əlverişlidir. Əksinə, yeməkləri özünüz hazırlamağa üstünlük verirsinizsə, sizə dondurucu kamera sadəcə vacib ərzaqları yerləşdirmək üçün lazım olacaq. Bu zaman dondurucunun aşağıda olduğu soyuducular sizin üçün daha uyğun olacaq. Dondurucu kameranın bir, yaxud daha çox hissədən ibarət növləri də var. Özünüzə daha rahat variantı seçməyiniz mətbəxdə işinizi asanlaşdırar.
No frost soyuducu nədir?
Soyuducu seçərkən tez-tez no frost sisteminin adını eşidəcəksiniz. No frost yeni növ soyuducularda dondurucu kameraların özəlliyidir. Bu xüsusiyyətə sahib avadanlıqlarda kamerada ventilyasiya sistemi mövcuddur və onun sayəsində hava daim sirkulyasiya edir. Nəticədə dondurucu kamerada buz yaranmır, lakin ərzaqlar donur. No frost texnologiyasına sahib avadanlıqlar ən yaxşı soyuducular hesab olunur. Rahatlığınız üçün no frost funksiyasına sahib avadanlığı seçməyinizi tövsiyə edirik.
Dijital soyuducuların özəlliyi nədir?
Ən son avadanlıqlarda gözəçarpan özəlliklərdən biri dijital funsionallığın olmasıdır. Bu funskiya sizə soyuducunu vifi vasitəsilə tablet və ya telefona qoşmaq imkanı yaradır. Beləliklə, siz harada olmağınızdan asılı olmayaraq soyuducunuzda hansı qidaların olduğuna telefonunuzdan baxa bilərsiniz. Həmçinin mövcud ərzaqlarla hazırlaya biləcəyiniz fərqli reseptlər tapa bilərsiniz. Burada müxtəlif fotolar və qeydlər də yerləşdirmək mümkündür. Əgər işgüzar həyat tərziniz varsa, dijital funksiyalı avadanlıqlar sizin üçün ən yaxşı soyuducular ola bilər. vau.az saytında kreditlə soyuducular müxtəlif qiymət və zəmanət şərtləri ilə təklif olunur. İstədiyiniz özəllikləri müəyyənləşdirdikdən sonra siz vau.az saytında soyuducular bölməsindən Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinə məxsus avadanlıq seçiminizi edə bilərsiniz. Siz seçiminizi tamamladıqdan sonra əməkdaşlarımız quraşdırma xidməti üçün qeyd etdiyiniz ünvana yaxınlaşacaqlar.
Ucuz soyuducular haqqında bilmədikləriniz
Ucuz soyuducular müştərilərin soyuducu axtarışı zamanı əsas istəklərindən biridir. Soyuducu satışı təşkil edən şirkətlər müştərilərin bu istəklərinizi nəzərə alaraq ucuz soyuduclar da istehsal edirlər. Burada əsas məqsəd müştərilərin tələbini qarşılayan keyfiyyətli məhsulu sərfəli qiymətə təklif etməkdir. Soyuducu qiymətləri bir-birindən kəskin fərqlənir. Soyuducunun modeli, iş mexanizmi, dizaynı, funksiyaları qiymət dəyişikliyində əsas rol oynayır. Sərfəli qiymətə soyuducu əldə etməyin digər bir üsulu endirim vaxtlarını dəyərləndirməkdir. Soyuducu satışı ilə məşğul olan brendlər müəyyən aralıqlarda böyük endirim elanı verirlər. Bu endirim qısamüddətli olur və keyfiyyətli məhsulları ucuz qiymətə əldə etmək şansı yaranır. Əgər soyuducu axtarışındasınızsa, saytımızda baş verən yenilikləri izləməyi unutmayın.
Ən yeni texnoloji avadanlıqlarda seçimlər olduqca geniş aralıqda dəyişir. Burada fərqli brendlər, müxtəlif modellər, qiymət fərqləri, dizayn, həcm, funksiyalar bir-birindən kifayət qədər fərqlidir. Siz öncə təyin etməlisiniz ki, bu xüsusiyyətlərdən hansılar sizin üçün vacibdir. Məsələn, ucuz olması və dizaynı, yaxud qiyməti və həcmi. Həcmi böyük olan soyuducular nisbətən daha yuxarı qiymətə satılır. Belə hallarda sərfəli olan məhsulu tapmaq üçün soyuducu qiyməti və funksiyalarına baxırıq. Böyük həcmli soyuducularda hansı funksiyalara görə qiymət dəyişir, bu funksiyalardan hansıları sizin üçün vacibdir?, ya da əksinə Hansı funksiyalara ehtiyacınız yoxdur?. Bu suallara cavab tapdıqdan sonra siz böyük həcmli və sərfəli soyuducu əldə edə bilərsiniz.
Qeyd olunanlar sizin üçün çox gələ bilər, amma bunu etmək olduqca asandır. vau.az saytına daxil olursunuz və soyuducular bölməsinə daxil olursunuz. Burada ucuzdan-bahaya filtrini aktivləşdirirsiniz. Sizin büdcə limitinizə daxil olan soyuducuları nəzərdən keçirirsiniz. Sonda 2, yaxud 3 soyuducu seçiminiz olacaq. Onları müqayisə edərək sizin üçün ən yaxşı varianta qərar verə bilərsiniz. vau.az müştərilərin istəyini nəzərə alaraq brendlərinə məxsus ən yaxşı soyuducular təklif edir.
Ucuz soyuducular keyfiyyətlidirmi?
Yəqin ki, ucuz soyuducu axtarışınız zamanı bu sual sizi narahat edən məsələlərdən biridir. Əvvəla onu bilmək lazımdır ki, soyuducu qiymətləri keyfiyyətə görə deyil, təklif etdiyi özəlliklərə görə dəyişir. Münasib qiymətə soyuducu tapmaq üçün siz ilk öncə seçiminizdə mütləq şəkildə yer alan xüsusiyyətləri müəyyən etməlisiniz. Ola bilər çox geniş çeşiddə funksiyalara sahib soyuducu satılır, amma o funksiyaların bir çoxu heç sizə lazım deyil. Həmin funksiyaların olmaması qiymətdə böyük fərq edəcək və siz soyuducunu uyğun qiymətə əldə edə biləcəksiniz. Qiymətə təsir edən digər nünans soyuducunun həcmidir. Əgər böyük soyuducu sizin üçün vacib deyilsə, mini soyuducular üzrə axtarış edə bilərsiniz. Mini soyuducular daha kompaktdır və onları daha münasib qiymətə əldə edə bilərsiniz.
Qənaətcil soyuducular hansılardır?
Ucuz soyuducular axtarışındasınızsa, mütləq şəkildə soyuducunun hansı enerji sinfinə aid olduğuna diqqət etməlisiniz. Bu seçimi etmək büdcəyə daim qənaət etmək deməkdir. Soyuducu uzunmüddətli istifadə olunan məhsuldur və enerjiyə sərfiyyatı az olan avadanlığı seçmək uzunmüddətli qənaət üçün əla fürsətdir. A sinfinə aid olan soyuducular digərləri ilə müqayisədə enerjini daha az istifadə edir. Onların enerji sərfiyyatı belədir: A sinfinə aid soyuducular illik 550 kVatt enerji sərf edir, A+++ sinfinə aid modellər isə illik orta hesabla 280 kVatt enerji sərfiyyatına malikdir. Biz sizə mümkün qədər A+++ soyuducu almağınızı tövsiyə edirik. Saytımızda bu xüsusiyyətə malik fərqli tanınmış brendlərə məxsus soyuducular yer alır. Onların hər biri yüksək keyfiyyətə sahibdir.
vau.az saytına daxil olaraq siz büdcənizə uyğun, fərqli zəmanət şərtlərinə sahib, kreditlə soyuducular əldə edə bilərsiniz. vau.az Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinə məxsus soyuducu satışı həyata keçirir. Burada siz büdcənizə uyğun keyfiyyətli soyuducu modellərini tapa bilərsiniz.
Soyuducu qiymətləri Vau.az-da Sərfəlidir
Soyuducu qiymətləri olduqca fərqli aralıqlarda dəyişir. Çox zaman müştərilər qiymətlə keyfiyyəti müqayisə edirlər. Soyuducuların qiyməti keyfiyyətinə görə deyil fərqli amillərə görə dəyişir. Qiymətə təsir edən bir çox amillər var. Məsələn, həcmi, modeli, brend, dizayn və s. Soyuducu qiymətləri haqqında ümumi məlumat əldə etmək üçün vau.az saytına daxil ola bilərsiniz. Burada dünyanın müxtəlif brendlərindən hər qiymətə soyuducu satışı həyata keçirilir.
Soyuducu qiymətləri, əsasən aşağıdakı xüsusiyyətlərə görə dəyişir:
- İlk öncə onu nəzərə alın ki, sizin alacağınız soyuducunun qiyməti istəklərinizdən və kriteriyalarınızdan asılıdır. İşdə olarkən soyuducuda hansı ərzaqların olduğuna baxmaq istəyirsinizsə, bir qədər bahalı qiymətə razılaşmalı olacaqsınız. Yox sadəcə qidaları xarab olmadan saxlanılmasını istəyirsinizsə, ucuz soyuducular tapa bilərsiniz. Yəni, sizin soyuducudan olan gözləntinizə uyğun o da sizə qiymət təklifi edir.
- Soyuducu qiymətləri həm də onun həcminə görə dəyişir. Balaca soyuducular daha sərfəli qiymətə təklif olunur, böyük soyuduculara baxdıqda isə qiymətlərin daha yüksək olduğunu görə bilərsiniz. Son zamanlar 4 qapılı soyuducu satışı kifayət qədər diqqət çəkir. Uzunmüddətli bazarlıq edən və ya geniş ailələr üçün bu seçim daha əlverişli hesab olunur.
- Qiymətə təsir edən digər amil soyuducunun modelidir. Siz bir modelin qiymətini müəyyən müddət izləsəniz, onda qiymət dəyişikliyi müşahidə edərsiniz. Bu o deməkdir ki, həmin modelin aid olduğu brend artıq bir üst model istehsal edib. Yeni model artıq müəyyən xüsusiyyətlərə görə fərqləndiyi üçün onun qiyməti daha yüksək olacaq.
- İstehsal ili də qiyməti dəyişən faktorlara aiddir. Ən yaxşı soyuducular köhnə istehsal ilinə aid olduğu zaman onların qiyməti daha aşağı təyin olunur. Beləliklə, siz yüksək keyfiyyətli soyuducunu sərfəli qiymətə əldə edə bilirsiniz.
Ən yaxşı soyuducular hansı xüsusiyyətlərə sahibdir?
Son vaxtlar istehsal olunan soyuducular 2 əsas xüsusiyyəti ilə fərqlənir: enerjiyə qənaət etməsi və no frost olması. Artıq müştərilər üçün də bu xüsusiyyətlər böyük əhəmiyyət kəsb edir. Hətta ən yaxşı soyuducular üçün müraciət edən müştərilər ilk bu xüsusiyyətlər haqqında soruşurlar. Enerjiyə qənaət edən soyuducular A nəslinə aid olanlardır. Onlar da öz növbəsində enerjiyə az və ya çox qənaət edən modellər olaraq A, A+, A++, A+++ növlərə bölünür. A+++ enerji sərfiyyatı ən aşağı olan modeldir. Bu tip soyuducuların illik orta enerji sərfiyyatı 280 kVatt-dır. Ümumilikdə A sinfinə aid olanların enerji sərfiyyatı isə 550 kVatt təşkil edir. Büdcənizə qənaət etmə imkanı verdiyi və enerji mənbələrini qoruduğu üçün A sinfi soyuducuları ən yaxşı hesab olunur.
Ən yaxşı soyuducular üçün səciyyəvi olan digər xüsusiyyət no frost olmasıdır. No frost yeni istehsal olunan soyuduculara aid xüsusiyyətdir. Bu tip soyuducularda dondurucu kamerada ventilyasiya sistemi olur və o daim hava sirkulyasiyasını təmin edir. Nəticədə dondurucu kamerada buz yaranmır, lakin bütün ərzaqlar donur. Köhnə soyuducularda dondurucu hissəsində tez-tez buzu açmaq üçün cərəyandan ayırmaq, bir müddət buzun açılmasını gözləmək və dondurucu kameranı təmizləmək tələb olunurdu. No frost isə bunu özü avtomatik edir. Bunu nəzərə aldıqda niyə no frostun ən yaxşılar sırasında olduğunu təxmin etmək çətin deyil.
Əgər siz ən yaxşı soyuducunu əldə etmək istəyirsinizsə, bu iki xüsusiyyəti nəzərə almağınız tövsiyə olunur. Qiymətlərin sizin üçün yüksək olduğunuz düşünürsünüzsə, kreditlə soyuducular təklifindən faydala bilərsiniz. vau.az saytında qeyd olunan xüsusiyyətlərə sahib Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinə məxsus avadanlıqlar kreditlə soyuducular xüsusi zəmanət şərtləri ilə təklif olunur. Bu sizin üçün keyfiyyətli və sərfəli olacaq.
vau.az saytında soyuducu satışı necə təşkil olunub?
vau.az işinizi asanlaşdıracaq, çünki burada dünya brendlərinə məxsus ən yaxşı soyuducular satılır. Sayta daxil olub soyuducular bölməsini açırsınız. Fərqli kriteriyalar üzrə seçimlərinizi edirsiniz. Buraya daxildir: istehsalçı, yəni soyuducu satışı edən brend, əritmə sistemi, dondurucu kameranın yerləşməsi, rəngi, həcmi, ölçüləri və növü. Bu kriteriyalar sizə çox görünə bilər, amma onları qeyd edərək sizə lazım olan soyuducunu daha asan tapa bilərsiniz. Hətta məsləhət görərdik, mətbəxin ölçüsünə və dizaynına, əsasən ilk öncə bu kriteriyaları müəyyən edəsiniz. Soyuducu qiymətləri bölməsində maksimum büdcəni də əlavə etməyiniz seçimləri azaldır və lazım olan məhsula sizi daha qısa yoldan aparır. Bu filtrlər nəticəsində çıxan soyuducuları dəyərləndirirsiniz və istədiyiniz növü seçirsiniz. Daha sonra nağd alış qiymətini və bu zaman endirimin olub-olmadığını, kreditlə soyuducu satış qiymətinə baxa bilərsiniz. Kreditlə satışı seçdiyiniz zaman aylıq hissə-hissə ödəniş funksiyası aktivləşir və aylıq ödəyəcəyiniz məbləğ göstərilir. Burada qiymət seçdiyiniz aya uyğun dəyişir.
vau.az saytında hər növ soyuducu satılır
Çox zaman müştərilər istədikləri soyuducunu tapa bilməyəcəklərindən narahat olurlar. vau.az saytı sizə tanınmış brendlərin (Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA) hər növ modellərini sərfəli qiymətə təklif edir. Bizə müraciət edərək siz kreditlə soyuducular, nağd və hissə-hissə ödəmə imkanları əldə edə bilərsiniz. Onlayn mağazamızda ən yaxşı soyuducular xüsusi zəmanət şərtləri ilə təklif olunur. vau.az fərqli xüsusiyyətlərə və dizayna sahib hər növ soyuducu satılır, sayta daxil olub ətraflı şəkildə nəzərdən keçirə bilərsiniz.
Soyuducu qiymətləri necə dəyişir?
Soyuducu almaq qərarına gəlmisiniz və qiymət məsələsi sizi maraqlandıran əsas mövzulardan biridir. vau.az saytında qiymətləri nəzərdən keçirərkən bir-birindən fərqlənən məbləğlərlə tanış olursunuz. Bu zaman sizi maraqlandıran əsas sual: Soyuducu qiymətləri necə dəyişir? Soyuducu qiymətləri avadanlığın sizə təklif etdiyi imkanlara uyğun dəyişir. Məsələn, siz ən yeni xüsusiyyətlərə sahib soyuducu axtarırsınızsa, bu zaman qiymət nisbətən yüksək olacaq. Sadəcə keyfiyyətli və əlavə funksiyaları olmayan avadanlıq sizin üçün kifayət edirsə, o zaman ucuz soyuducular bölməsindən istədiyiniz avadanlığı münasib qiymətə əldə edə bilərsiniz. Göründüyü kimi soyuducu qiymətləri keyfiyyətə görə yox, verdiyi imkanlara görə dəyişir. Funksiyalarla yanaşı son vaxtlar istehsal edilən soyuduclarda qiymət dəyişməsinin əsas səbəbi onun dizaynıdır. vau.az saytında fərqli rənglərdə və dizaynda yeni növ soyuducular görə bilərsiniz. Bu o deməkdir ki, soyuducular sadəcə qidaların saxlanma yeri deyil, həm də interyerin ayrılmaz parçasıdır. Rəng, dizayn, forma estetik cəhətdən önəmli olan faktorlardır. Soyuducu mətbəx detallarını tamamlayan parçalardan olmalıdır. Soyuducu satışı zamanı qiymətə təsir edən amillərdən digəri onun modelidir. Yüksək keyfiyyətli, lakin köhnə ildə istehsal olunmuş modellər ucuz soyuducular kateqoriyasına aid edilir. Bunun səbəbi yeni çıxan soyuducularda yeni özəlliklərin olması və onun diqqət mərkəzinə çevrilməsidir. Qiymət dəyişikliyinin digər əsas faktoru da həcmdir. Böyük soyuducular həcminə görə daha yüksək qiymətə satılır. Balaca soyuducular və mini soyuducular isə daha münasib qiymətə təklif olunur.
Mətbəxiniz üçün ən yaxşı soyuducular hansılardır?
Ən yaxşı soyuducu sizə tələb etdiyiniz imkanları təklif edən avadanlıqdır. Lakin son zamanlar artıq soyuducular insanların tələbini üst səviyyədə qarşılayır. Soyuducu modellərinin eksteryer dizaynı ilə yanaşı interyerində də yeni imkanlar əldə edilib. Soyuducunun daxilində rəflərin sayı və genişliyi, ağırlığa dayanıqlılığı üzrə fərqli modellər istehsal edilməyə başlanıb. Bu xüsusiyyətlərdə seçim tamamilə sizdən asılıdır. Zövqünüzə uyğun modeli asanlıqla seçə bilərsiniz. Yeni texnoloji avadanlıqların yaratdığı imkanlardan biri də qidaların saxlanma yerlərinin müxtəlifliyidir. Soyuducu satışı ilə məşğul olan fırmalar artıq daha xırda detallara diqqət edir Məsələn, son illərdə təqdim edilən ən yaxşı soyuducular qidalar üçün fərqli saxlanma imkanları təqdim edir. Həmin soyuducularda meyvə və tərəvəzləri təravətli saxlayan işıq sistemi quraşdırılıb. Bu qidaları uzun müddət ilk günkü qədər yeni saxlamağa imkan verir.
Yeni avadanlıqların bizə yaratdığı imkanlardan biri də antibakterial özəllikdir. Antibakterial özəllik nədir? Uzunmüddətli bazarlıq etdikdə həmin qidalar soyuducuda qalıb xarab ola bilər. Antibakterial özəlliyə sahib soyuducularda isə bu funksiya kif, göbələk və bakteriyaların yaranmasının qarşısını alır. Həmçinin soyuducuda pis qoxunun yaranmasına imkan yaratmır. Buna görə də soyuducu alarkən antibakterial funksiyanın olmasına diqqət etməyiniz sizin üçün faydalı olar. Bəzi brendlər fərqli saxlama texnologiyasına sahib soyuducu satır. Burada səhər yeməyi bölməsi, ət və balığın saxlanılması üçün xüsusi bölmələr yer alır. Bundan əlavə məhsullarda buz maşını, su paylayıcı kimi hissələr də ola bilər. vau.az saytına daxil olaraq siz sadalanan xüsusiyyətlərin hər birinə sahib fərqli soyuducu modelləri ilə tanış ola bilərsiniz.
Soyuducu satışı Vau.az-da!
Soyuducu satışı daha çox rəsmi distribüterlər tərəfindən təşkil olunur. Distribüterlər brendin orijinal məhsulların satışı ilə məşğul olur. Bu səbəbdən məhsullarn keyfiyyət və zəmanətinə görə narahat olmağınıza dəyməz. vau.az saytı da orijinal soyuducu satışı ilə məşğuldur. Saytımızda siz dünya brendlərindən olan ən yaxşı soyuducular ilə tanış ola bilərsiniz. Burada Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinin istehsal etdiyi hər növ soyuducu modellərini tapmaq mümkündür. vau.az sizə kreditlə soyuducular təklif edir. Əgər bəyəndiyiniz soyuducu büdcənizi aşırsa, bu təklifdən faydalana bilərsiniz. Əgər sizin üçün üstün funksiyalı və yeni model soyuducu olması xüsusi əhəmiyyət daşımırsa və sadəcə keyfiyyətli avadanlıq axtarışındasınızsa, o zaman ucuz soyuducular üzrə axtarış etməyinizi tövsiyə edirik.
vau.az hansı növ soyuducu satışı ilə məşğuldur?
İstənilən növ soyuducu modelini vau.az saytında tapa bilərsiniz. Burada ən yeni 4 qapılı soyuducu növlərindən balaca soyuducu növlərinə qədər bütün məhsul çeşidləri yer alır. Soyuducu satışı onlayn mağazamızda bu brendlərin məhsullarını əhatə edir: Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA
Son illər soyuducular artıq insanlara üst səviyyədə imkanlar təklif edir. Yeni imkanlar soyuducu qiymətləri müəyyən olunarkən təsir edən amillərdən biridir. Yeni növ soyuducular insanlara yüksək həyat imkanları təklif edir. Bu yeniliklər arasında dijital funksiyalar da yer alır. Həmin funksiyaya sahib soyuducular internetə bağlanma imkanı nəticəsində istənilən məsafədən soyuducunun içərisinə baxmağa şərait yaradır. Beləliklə, siz “Görəsən evdə filan ərzaq var idi?” sualından azad olursunuz. Yeni funksiyalar arasında alarm qoşmaq, qeyd aparmaq, musiqi də yer alır. Sanki siz bir əşya əldə etmir, mətbəx dostu qazanırsınız.
Daha sonra siz mağazamızda A sinfi soyuducular ilə tanış ola bilərsiniz. Bu soyuducuların əsas özəlliyi enerji sərfiyyatına qənaət etməsidir. Sinfin daxilində də növləri var: A, A+, A++, A+++. Ən sərfəli növü A+++ modelidir. A sinfinə aid soyuducular illik 550 kVatt enerji sərf edir, A+++ sinfinə aid modellər isə illik orta hesabla 280 kVatt enerji sərfiyyatına malikdir.
Yeni dövr soyuducular arasında no frost əritmə sistemi də xüsusilə fərqlənir. Bu sistemə sahib soyuducuların dondurucu kamerasında ventilyasiya sistemi yerləşir və nəticədə daim hava sirkulyasiyası gedir. Buna görə də dondurucu kamerada buz yaranmır, ancaq qidalar donmuş vəziyyətdə olur. Bu yenilik insanları müəyyən vaxtdan bir dondurucu kameranı buzlardan təmizləmək işindən xilas edir. No frost sisteminə sahib avadanlıqlar ən yaxşı soyuducular hesab olunur. vau.az saytı bütün bu xüsusiyyətlərə sahib geniş çeşiddə soyuducu satır.
Soyuducular necə təmizlənməlidir?
Soyuducu satışı ilə məşğul şirkətlərin məsuliyyətlərindən biri də alıcılara soyuducunun təmizlənməsi haqqında məlumatlandırmaqdır. Hər gün istifadə olunan bu avadanlıqlar tez-tez çirklənir. Onları düzgün təmizləmək sağlamlığınız üçün vacibdir. İstər böyük avadanlıqlar olsun, istərsə də mini soyuducular. Hər birinin təmizlənməsinə xüsusi diqqət etmək lazımdır.
- Soyuducular təmizlənməzdən əvvəl riski aradan qaldırmaq üçün cihaz mütləq şəbəkədən ayrılmalıdır.
- Soyuducunun daxili səthini və rəflərini təmizləyərkən sirkə istifadə edə bilərsiniz. 1 litr suya 1 xörək qaşığı sirkə tökmək kifayətdir. Soyuducunun içini hazırladığınız sulu məhlulla silə və sonra qurulamaq lazımdır.
- Həmçinin təmizlik zamanı sodadan istifadə edə bilərsiniz. Soda soyuducuda yaranacaq pis qoxuların və bakteriyaların yaranmasının qarşısını alır.
- Aldığınız meyvə və tərəvəzləri birbaşa soyuducuya qoymaq tövsiyə edilmir. Yaxşı olar ki, onları yuyub qurudaraq fərqli saxlama qabında soyuducuya yerləşdirəsiniz. Beləliklə, qidaların paketlərindəki çirk və bakteriyaların kabinetdəki digər qidalarla çirklənməsinin qarşısı alınır.
- Soyuducunun təmizlənməsi yalnız daxili səthlərdən ibarət deyil. Xarici səthi və ayrılan hissələri də mütəmadi olaraq təmizlənməlidir. Xarici səthi təmizləyərkən sərt kimyəvi məhlullardan çəkinmək lazımdır. Eyni zamanda xarici səthdə heç bir kimyəvi qalığın qalmaması üçün quru bir parça ilə yaxşıca qurudulmalıdır.