Paltaryuyan alarkən nələrə diqqət etməli?
Hər bir evin ayrılmaz hissəsinə çevrilmiş partaryuyanlar artıq təməl ehtiyac hesab oluna bilər. Ailə tərkibindən asılı olmayaraq artıq hər kəsin həyatında paltaryuyan maşın mühüm rol oynayır. Məhsulu seçərkən ən çox diqqət edilən məqamlardan biri də paltaryuyan maşın qiymətləri amilidir. Alıcıların böyük qismi qiymətə, əsasən qərar verir. vau.az saytında hər büdcəyə və kriteriyaya uyğun paltaryuyanlar yer alır. Məhsullar Bosch, Siemens, Samsung, Electrolux, LG, Hotpoint-Ariston, HAIER, Schaub Lorenz, Indesit, Whirlpool, HANSA, Midea brendlərinə məxsusdur və hər biri orijinaldır. Fərqli ödəmə üsulları – nağd, hissə-hissə, kreditlə və müxtəlif zəmanət şərtləri ilə bəyəndiyiniz paltaryuyan maşın seçimini vau.az saytından əldə edə bilərsiniz. Siz məhsulu seçdikdən sonra əməkdaşlarımız çatdırılma və quraşdırma xidmətlərini həyata keçirəcək.
Paltaryuyan seçərkən nələrə diqqət etmək lazımdır?
Paltaryuyan seçərkən diqqət etməli olduğunu bir çox məqam var. Məsələn, həssas yuma tələb edən nə qədər paltarınız var, maşını yerləşdirəcəyiniz yerin sahəsi nə qədərdir, geyimləri sürətli, yoxsa aşağı dövrədə yumağı sevirsiniz. Məhsulu seçmədən öncə bu kimi sualların cavabını dəqiqləşdirməlisiniz. Bu zaman düzgün seçim etmək sizin üçün daha asan olur.
Paltaryuyan maşın alarkən diqqət edilməli məqamlar aşağıdakılardır:
- Neçə kq-lıq paltaryuyana ehtiyacınız var? Kiçik ailələrdə 5-7 kq-lıq maşınlar kifayət edir. Böyük ailələr üçün isə 8-9 kq-lıq cihazlar daha çox tövsiyə edilir.
- Zəmanət müddətinə diqqət etmək olduqca vacibdir. Maşının hər hansı hissəsində problem çıxdıqda və ya dəyişməli olduqda onu yeniləmək üçün zəmanət şərtinin olması çox vacibdir. Zəmanət məhsulun aid olduğu brendə əsasən dəyişir. Həmçinin siz əlavə təklif edilən zəmanətdən də istifadə edə bilərsiniz.
- Qənaətlilik sizin üçün önəmlidirsə, maşının elektrik və su sərfiyyatına diqqət edin. Çox zaman bəzi alıcılar böyük kiloqramlıq maşınların daha çox su və elektrik sərf etdiyinə inanır. Qənaətcil olması tamamilə maşının enerji sinfindən asılıdır. A sinif paltaryuyanlar daha qənaətcil hesab olunur. Onun isə A+, A++, A+++ növləri mövcuddur. Ən az enerji və su sərf edən model A+++ ‘dır.
- Yeni model məhsulların bəzilərində xüsusi material örtük mövcuddur. Həmin örtük paslanmanın qarşısını alır. Bu modellərin qiyməti müəyyən qədər yüksək olsa da, onlar daha uzunmüddətli istifadə üçün uğurlu hesab olunur.
- Maşının təklif etdiyi proqramlara diqqət etməlisiniz. Siz geyim və əşyalarınıza, əsasən hansı proqramlara daha çox ehtiyacınızın olduğunu müəyyən edə bilərsiniz. Əvvəlki paltaryuyanı yenisi ilə əvəz edənlər üçün bu proqramları dəqiqləşdirmək daha asandır. Onlar nəyə ehtiyaclarının olduğunu daha yaxşı bilirlər. Proqramlar məhsulların çeşidlərinə görə tənzimlənir. Bununla yanaşı maksimum dərəcə, sıxma, yuma müddəti də vacib məqamlar sırasındadır. Xüsusilə, yaz və yay aylarında az kirli geyimlər üçün qısamüddətli yuma ideal seçimdir. Həmçinin həssas əşyalar üçün əllə yuma funksiyasının olması olduqca vacibdir.
Son model paltaryuyanlarda sonradan əşya əlavə etmə kimi funksiya da yaradılıb. Bu çox əlverişli hesab olunur. Diqqət etməli olduğunuz hissə isə neçə dəqiqə ərzində əlavə əşyanın yumaya daxil edilə bilməsidir. Bir çox paltaryuyan maşınlarda bu müddət 15 dəqiqə təyin olunub. Paltaryuyan maşın qiymətləri ilə maraqlandığınız zaman həmin funksiyalara uyğun qiymətlərin dəyişdiyini görə bilərsiniz. Özünüz üçün ən vacib funksiyaları seçərək daha münasib qiymətə ehtiyacınız olan məhsulu əldə edə bilərsiniz. Əlavə funksiyalarda yer alan ütü funksiyası da olduqca işinizi asanlaşdırır. Bu zaman geyimlər demək olar ki, qırışmır.
İstəklərinizə uyğun hər növ məhsulu vau.az saytından asanlıqla əldə edə bilərsiniz.
vau.az saytında hansı paltaryuyan maşın növləri var?
vau.az saytında istədiyiniz növ paltaryuyan maşın növünü tapa bilərsiniz. Burada ən münasib qiymətə təklif olunan paltaryuyanlar, üstün funksiyalı yeni modellər, dünyanın tanınmış brendlərindən məhsullar yer alır. Saytımızda yer alan hər bir məhsul orijinaldır. vau.az saytında məhsul alışı olduqca sərfəli şərtlərlə təklif olunur. Əldə etdiyiniz hər bir paltaryuyan maşın üçün xüsusi zəmanət şərtləri mövcuddur. Məhsul əldə etdiyiniz zaman ödəmə formasının seçimi isə tamamilə sizdən asılıdır. Nağd, hissə-hissə və kreditlə ödəmə formalarından özünüzə uyğun olanı seçə bilərsiniz.
Paltaryuyan maşınlar hansı özəllikləri təklif edir?
Paltaryuyanlar, xüsusilə son dövrlərdə istehsal olunan məhsullar təklif etdiyi funksiyaların çoxluğu ilə fərqlənir. Bu özəlliklərin hər biri həyat tərzini asanlaşdırmaq üçün nəzərdə tutulub. Paltaryuyan maşın qiymətləri də məhz həmin özəlliklərə, əsasən müxtəlif aralıqda dəyişir.
- Paltaryuyanın tutumu. Əvvəllər istehsal edilən aşağı tutumluluğa sahib modellərlə yanaşı indi 9 kiloqrama qədər əşya yuma imkanına sahib məhsullar da mövcuddur. Tutumluluğu yüksək olan bu modellərdə yorğan, ədyal və bu kimi irihəcmli əşyaları yumaq mümkündür. Bu paltaryuyan modelləri yüksək tutumluluqla yanaşı güclü sıxma qabiliyyətinə də malikdir, məsələn, 1400 rpm. Sıxma qabiliyyəti güclü olduqda əşyalar yuyulmadan sonra daha quru çıxır. Nəticədə ağır əşyaları uzun müddət qurutmaq üçün saxlamağa ehtiyac qalmır.
- Bəzi paltaryuyan modelləri qurutma funksiyasına da sahibdir. Xüsusilə, işgüzar insanların üstünlük verdiyi bu modellər şəxsi qurutma özəlliyi nəticəsində əşyaları yumadan sonra birbaşa istifadə etmək mümkün olur. Əlavə qrutmağa ehtiyac qalmır. İnsanların həyatını asanlaşdıran bu funksiya gün keçdikcə daha çox istehsalçı tərəfindən tətbiq edilməyə başlanır.
- AddWash funksiyası. Son illərdə paltaryuyanlar AddWash özəlliyi ilə də fərqlənir. Tez-tez adını eşitdiyiniz bu funksiya müxtəlif istehsalçılar tərəfindən fərqli formada təqdim edilir. Məsələn, Samsung paltaryuyanlarında AddWash xüsusi əlavə qapı ilə tətbiq edilir. Əşyaları yumağa atdıqdan sonra unutduğunuz hər hansı geyim və ya əşya olarsa, onu buradan əlavə edə biləriniz. Bosch paltaryuyanlarında isə bu funksiya üçün əlavə qapı yerləşdirilməyib. Sadəcə pauza düyməsini sıxaraq yumanı dayandıra və unudulan əşyaları maşına əlavə edə bilərsiniz. Diqqət etməli olduğunuz məqam odur ki, AddWash funksiyası istənilən zaman aktiv qalmır. Sadəcə əsas yumaya qədər əşyaları əlavə etmək mümkündür. Məsələn, əşyaları maşına atdıqdan sonra 15 dəqiqə ərzində siz nəyisə əlavə edə bilərsiniz.
- Həmçinin son illərdə paltaryuyanlar anti-allergik funksiyası ilə də fərqlənir. Maşınların anti-allergik proqramları sayəsində əşyalar gigiyenik qaydada yuyulur. Bu modellər buxarla yuma, əlavə durulama və suda gözlətmə kimi bir çox xüsusiyyətlərə malikdir.
- Enerjiyə qənaət edən yeni model paltaryuyan maşınlar. Paltaryuyan maşınların enerjiyə qənaət edən yeni modelləri mövcuddur. Onlar A sinfinə aid paltaryuyanlar adlandırılır. Bu sinfə daxil olan modellərin enerji sərfiyyatı daha aşağı olur. Nəticədə tez-tez istifadə olunan məhsulda enerjiyə qənaət etmiş olursunuz. A sinfinin A+, A++, A+++ növləri vardır. Ən qənaətcil modeli A+++ hesab olunur. Əgər sizin üçün enerji sərfiyyatının aşağı olması vacibdirsə, siz A sinfi məhsullarına üstünlük verə bilərsiniz.
Paltaryuyan maşın qiymətləri onların təklif etdiyi imkanlara uyğun dəyişir. Üstün funksiyalara sahib paltaryuyan modelləri daha yüksək qiymətə satışa çıxarılır. Siz özünüz üçün ən vacib hesab etdiyiniz funksiyaları müəyyən edib, ona uyğun modelləri seçə bilərsiniz. Beləliklə, həm büdcənizə qənaət etmiş olarsınız, həm də ehtiyacınız olan paltaryuyan modelini əldə edə bilərsiniz.
Paltaryuyan maşın qiymətləri nəyə, əsasən müəyyən olunur?
Paltaryuyan maşın qiymətləri bir-birindən fərqli və geniş aralıqlarda dəyişir. Qiymət dəyişiminə təsir göstərən amillər sırasında aid olduğu brend, tutumluluğu, yaratdığı imkanlar mühüm rol oynayır. Dünyada paltaryuyan maşın istehsalı ilə məşğul olan çox sayda brend var. vau.az saytında dünyanın tanınmış brendlərinə (Bosch, Siemens, Samsung, Electrolux, LG, Hotpoint-Ariston, HAIER, Schaub Lorenz, Indesit, Whirlpool, HANSA, Midea) məxsus paltaryuyanlar ilə tanış ola bilərsiniz.
- Paltaryuyan maşınların xüsusiyyətləri və texnologiyaları onların qiymətlərini müəyyən edir. Paltaryuyan maşın qiymətləri təyin edilərkən əsas nəzərə alınan amil onun tutumudur. Maşının tutumu nə qədər böyükdürsə, bir o qədər əşya yuya bilər. Əgər siz münasib büdcəyə paltaryuyanlar ilə maraqlanırsınızsa, daha aşağı tutumluluğu olan məhsullara baxa bilərsiniz. Bu nöqtədə mütləq ehtiyaclar nəzərə alınmalıdır. Böyük tutumlu paltaryuyan maşın almaq əlavə xərc ola bilər.
- Qiymətlərə böyük təsir edən digər xüsusiyyət paltaryuyanın funskiyalarıdır. Məsələn, antibakterial texnologiya kimi daha çox gigiyena təmin edən paltaryuyan maşınların qiyməti fərqli ola bilər. Bu fərq qurutma və ütü imkanı verən paltaryuyan maşınlara da aid edilə bilər. Həyat imkanlarını artıracaq hər bir funksiya maşının qiymətində öz təsirini göstərir. Proqramların çoxluğu, buxar yuma, əlavə durulama və suda gözlətmə kimi bir çox xüsusiyyətlər də qiymətlərin təyin olunmasında mühüm rol oynayır.
- Qiymətə təsir göstərən digər amil paltaryuyanın enerjiyə və suya qənaət dərəcəsidir. A sinfinə aid modellər daha qənaətcil olduğu üçün onların qiyməti də digərləri ilə müqayisədə daha yüksək olur. Paltaryuyan maşının həftədə ortalama 2 dəfə istifadə edildiyini nəzərə alaraq qənaət etmək üçün A sinfi modellərə üstünlük verməyiniz tövsiyə olunur.
Sadalanan məqamlar paltaryuyan maşın qiymətləri nüansına ən çox təsir edən amillərdir. İstehsal ilindən və brenddən asılı olaraq fərqli amillər də ortaya çıxa bilər.
Paltaryuyan maşın alarkən tez-tez verilən suallar hansılardır?
Neçə kiloqramlıq paltaryuyan maşın almalıyam?
Paltaryuyanların ortalama tutumluluğu 5-7 kiloqramdır. Daha kiçik ailələr və tək yaşayanlar üçün 5 kq paltaryuyan maşınlar kifayətdir. Böyük ailələr üçün isə 9-11 kiloqramlıq paltaryuyanlar tövsiyə olunur. Daha yüksək tutumluluğa sahib modellərdə böyük əşyaları da yumaq mümkün olur.
Paltaryuyan maşın necə təmizlənməlidir?
Bir çox alıcıları maraqlandıran və diqqət edilməli olan digər məqam paltaryuyanın təmizliyidir. Müəyyən perioddan bir paltaryuyanı içərisində əşya olmadan işə salmaq vacibdir. Bu zaman borularda qalan qalıqlar təmizlənir. Bəzən olur ki, borularda təmizləyici vasitələrin qalıqlarına rast gəlinir. Onun qarşısını almaq üçün maşını toz və ya maye vasitəsi əlavə etmədən sadəcə yüksək dərəcədə işə salmaqdır. Bu zaman borularda qalmış bütün kirlər təmizlənir.
Əgər maşınınızda kirəc qalıqlarının olmasından şübhələnirsinizsə, kirəcə qarşı təmizləyici vasitələrdən istifadə edə bilərsiniz.
Paltaryuyan maşın nə qədər su sərfiyyatına sahibdir?
Su sərfiyyatı modellər üzrə fərqlidir və tutumluluğa görə dəyişə bilir. Məsələn, 8 kiloqram tutumluluğa sahib bir paltaryuyan maşının 1 yuma üçün su sərfiyyatı təqribən 50 litrdir. Su sərfiyyatını azaltmaq üçün A sinfi modellərə üstünlük verə bilərsiniz.
Paltaryuyanlarda qarşılaşdığımız “Pre-Wash” funksiyası nə deməkdir?
“Pre-Wash” əşyalarda daha çətin təmizlənən ləkələrin çıxarılması üçün istifadə olunan funksiyadır. Funksiyanın özəlliyi əsas yumadan əvvəl ləkə üçün xüsusi yuma prosesinin fəaliyyət göstərməsidir. Bu funksiyanı seçdiyiniz zaman 15 dəqiqə ləkə isti suya və təmizləyici vasitənin təsirinə məruz qalır. 15 dəqiqədən sonra əsas yuma prosesi başlayır. İlk 15 dəqiqədə ləkəyə göstərilən təzyiq nəticəsində o daha asan təmizlənir. Bu funksiyanı təmizlənməsi çətin əşyalarda istifadə edə bilərsiniz. Paltaryuyan maşın qiymətləri təyin olunarkən təsir edən amillərdən biri də bu funksiyanın mövcudluğudur.