İstədiyiniz Bluetooth qulaqcıq Vau.az-da!
Bluetooth qulaqcıq qısa məsafələrdə simsiz əlaqəni təmin edən bir texnologiyadır. İlk dəfə 1994 -cü ildə təqdim olunan bu texnologiya əlaqəni təmin etmək üçün radio tezliklərindən istifadə edir. İllər öncə ilk dəfə istifadə edilməsinə baxmayaraq onun məşhurlaşması bir qədər vaxt aldı. Zaman keçdikcə daha da genişlənən Bluetooth texnologiyası artıq qulaqlıqlara girdi. Sözügedən texnologiyaya malik qulaqlıqlara Bluetooth qulaqlıq deyilir. Bu gün isə bluetooth qulaqcıq bir çox istifadəçinin sevimli məhsuluna çevrilib. Bu onlar üçün əlavə rahatlıq mənasını verir.
Bluetooth qulaqlıqlar müxtəlif multimediya cihazları və ya telefonlardan gələn səsləri birbaşa istifadəçiyə simsiz olaraq ötürmə vəzifəsini yerinə yetirir. Başqa sözlə Bluetooth qulaqlıqları cihazla istifadəçi arasında simsiz əlaqə quran bir səs cihazı olaraq önə çıxır. Bunlar eyni zamanda kabelsiz qulaqcıqlar olaraq da tanınır. Qulaqlıqların bu növü insanlara fərqli fəaliyyətlərlə məşğul olarkən danışıq aparmaq, səsli mesaj göndərmək imkanlarını yaradır. Təbii ki, təklif edilən üstünlüklər qulaqcıq qiyməti təyin olunarkən də özünü göstərir. Digər kabelli qulaqlıqlarla müqayisədə kabelsiz qulaqcıqlar üçün daha yüksək qiymət təyin olunur.
Bluetooth qulaqlıqları istifadə etmək üçün ən rahat qulaqlıqlardan biridir. Bir çox fərqli modelə bölünən bu qulaqlıqların ən böyük üstünlüyü simsiz olmasıdır. Bu Bluetooth-u dəstəkləyən simsiz qulaqlıqları Bluetooth-u dəstəkləyən bir çox cihaza bağlaya bilərsiniz. Bu üstünlüyü sayəsində artıq yolda gedərkən və ya maşın idarə edərkən zəngləri cavablamaq çox asandır. Bu həm vaxta qənaət etməyə, həm də işləri asanlaşdırmağa kömək edir. Qeyd olunanlardan başqa bluetooth qulaqcıq aşağıdakı üstünlüklərə də sahibdir:
Qulaqcıqlarda keyfiyyətli səs performansı
Geniş seçim variantları ilə təqdim olunan bu məhsullar səs keyfiyyəti və dizaynı ilə hər cəhətdən təsiredici xüsusiyyətlərə malikdir. Səs keyfiyyətinin kifayət qədər yaxşı ötürülməməsi, istehsal olunan normal kabelli qulaqlıqlarda geniş yayılmış bir problem idi. Kabelsiz qulaqcıqlar ilə bu problem aradan qalxdı.
Fərqli Qulaqcıq modelləri
Digər qulaqlıqlarla müqayisədə kabelsiz qulaqlıqlar daha geniş və daim yenilənən modellər təklif edir. Bu modellər idman edənlər, musiqi dinləməyi sevənlər, işləyərkən qulaqlıq istifadə edənləri nəzərə alaraq hazırlanıb. Hər bir modelin özünəməxsus komfort xüsusiyyətləri var. İstifadə məqsədindən asılı olaraq alıcılar özlərinə uyğun modeli seçə bilərlər.
Qulaqcıqlar üzrə geniş dizayn təklifləri
İstifadə etmək istədiyimiz məhsulların imicimizi tamamlaması və bizi ifadə etməsini istəyirik. Qulaqlıqlar seçdiyimiz geyim tərzini tamamlayan və hər gün istifadə etdiyimiz önəmli aksesuarlardan biridir. Həmişə yanımızda gəzdirdiyimiz və həyatın bir çox sahələrində faydalı olan bluetooth qulaqlıqları əla dizayn imkanları ilə sizə təqdim olunur. Bu imkanlar arasında geniş rəng seçimi, fərqli dizayn və məhsul növləri var. Geniş rəng seçiminə malik məhsullar arasından sevdiyiniz rəngi seçərək ən qısa zamanda istifadə etməyə başlaya bilərsiniz. Üstəlik bu bluetooth qulaqlıq seçimləri arasında yalnız qara və ya ağ rəngli klassik bluetooth qulaqlıqları deyil, həm də daha canlı və əyləncəli rənglər yer alır. Xüsusi zövqlə dizayn edilən bu qulaqlıqlar demək olar ki, yanınızdan ayırmadığınız sevimli aksesuara çevrilir. Tez-tez qarşılaşdığımız suallardan biri rəngə görə qulaqcıq qiyməti arasında əlaqənin olub-olmamasıdır. Burada qiymət model, brend və qulaqlığın digər özəlliklərinə, əsasən dəyişir. vau.az saytında siz büdcənizə uyğun orijinal məhsulu asanlıqla tapa bilərsiniz. Təklif olunan geniş məhsul çeşidi arasında sevimli aksesuarı tapmaq çox asandır. Məhsul çeşidini görmək üçün vau.az saytına daxil olmaq və qulaqlıqlar bölməsini nəzərdən keçirmək kifayətdir. Burada rəngarəng və keyfiyyətli məhsullar sizi gözləyir.
Kabelsiz qulaqcıq necə istifadə olunur?
Dayanmadan inkişaf edən texnologiya məhz qulaqlıqlar səhasində də özünü göstərir. Bluetooth qulaqcıq növləri yaranandan bəri çox sayda dəyişikliyə məruz qalıb. Nəticədə bu gün geniş istifadəçiyə sahib bu qulaqlıqlar fərqli dizayn, rəng çeşidi və keyfiyyəti ilə öz sözünü deyir. Kabelsiz qulaqcıq qısa məsafələrdə simsiz əlaqə təmin edən bir texnologiyadır. Onun istifadəsi olduqca asandır. Kabelsiz qulaqlığı cihaza bağlamaq üçün aşağıdakı addımları izləmək kifayətdir:
- Əvvəlcə bluetooth qulaqlıqdakı açma və söndürmə düyməsini 1 saniyə basıb saxlayın, beləliklə qulaqlıqdakı bluetooth axtarış xüsusiyyəti aktiv olacaq.
- Sonra telefonunuzda bluetooth-u açın, yəni aktivləşdirin.
- Nəhayət, cihaz siyahısında qulaqlıq adını gördükdən sonra üzərinə basaraq qulaqlıq ilə telefon arasında bluetooth bağlantısı qura bilərsiniz.
Bluetooth qulaqlığı telefona necə bağlamaq olar?
- Telefonunuzun parametrlər olan bölməsinə daxil olun.
- Daha sonra əlaqə seçimləri hissəsini tapın və orada bluetooth-u seçin.
- Əgər işləməsə, bluetooth-u yandırın və ya söndürün.
Bluetooth qulaqlıqlarını kompüterdə necə istifadə etmək olar?
- Əvvəlcə kompüterinizdən standart audio çıxışını bluetooth qulaqlıq olaraq təyin edin.
- Buna uyğun olaraq kompüterlə qoşacağınız cihazı tapın və əlaqələndirin.
Bugünkü həyat tərzimizdə bluetooth qulaqlıqlarının üstünlükləri olduqca çoxdur. Bu qulaqlıqlar istifadəçilərin həyatına əlavə rahatlıq gətirməklə yanaşı yüksək həyat standart tələbatını ödəyir. Xüsusilə maşın idarə edərsinizsə və ya əlinizdə əşyalar daşıyırsınızsa, telefonla danışmaq üçün istifadəçini rahatlıqla təmin edir.
Bluetooth qulaqcıq növlərinin kompüterlərdə də istifadəsi çox faydalıdır. Oyun oynayarkən və ya fərqli işlərlə məşğul olarkən birbaşa əlaqə qura və işinizi asanlıqla idarə edə bilərsiniz. Texnologiyanın inkişafı ilə birlikdə müxtəlif bluetooth qulaqlıqları da bazara girdi. Bu yeniliklər qulaqcıq qiyməti məsələsinə öz təsirini də göstərdi. Əvvəllər vərdiş edilmiş adi qulaqcıqlar ilə müqayisədə bu qulaqlıq növləri çox böyük üstünlüklərə sahib olduğundan onların qiyməti də nisbətən yüksək təyin edildi. Qulaqcıq qiyməti təyin edilərkən nəzərə alınan müxtəlif faktorlar bu qulaqlıqlarda da geniş qiymət aralığı təklif etməyə imkan yaratdı. Qulaqlığın xüsusiyyətlərindən asılı olaraq fərqli qiymətlərə qulaqlıqlar tapmaq mümkündür.
Bluetooth qulaqlıqların bəzi üstünlükləri var:
- Qulaqcıqların keyfiyyətli səs performansı: Keyfiyyətli səs performansı ilə yanaşı aktiv səs-küy ləğvetmə texnologiyası təklif edir. Bu xüsusiyyət səs-küylü mühitdə danışıqlar aparmaq və musiqi dinləmək üçün əlavə rahatlıq yaradır.
- Qulaqcıqların qüsursuz dizayn və əla görüntüsü: Kabelli qulaqlıq istifadə edənlər çox zaman onu gizlətməyə çalışırdılar. Bu da əlavə problemlər yaradırdı. Xüsusilə stilinə əhəmiyyət verənlər üçün qulaqlardan asılan bir kabel arzuolunan görüntü deyil. Simsiz qulaqlıqlar həm bu problemləri aradan qaldırır, həm də müasir və xoş görüntülü bir aksesuar olaraq stilinizi tamamlayır.
- Qulaqcıqları istənilən cihaza qoşmaq imkanı: Bluetooth texnologiyasının başqa bir üstünlüyü də bu əlaqəyə malik olan hər hansı bir cihaza istədiyiniz kimi qoşulmaq imkanını yaratmasıdır. Simsiz qulaqlıqlar da buna imkan verir.