Qulaqlıqlar Vau.az saytında!
Qulaqlıqlar uzun müddətdir ki, gənclər üçün vacib texnoloji məhsullardan biridir. Xüsusilə son illərdə təkmilləşdirilmiş məhsulların meydana çıxması onların populyarlığını daha da artırıb. Gənclər arasında bluetooth qulaqcıq və ya kabelsiz qulaqcıq kimi adlandırılan məhsullar istifadəni daha da asanlaşdırır. Bu qulaqlıqlar istənilən məkanda musiqi, audio və səs yazısını dinləməyə imkan yaradır. İstifadəçilər arasında, əsasən qulaqcıqlar kimi adlandırılan bu məhsulların bluetooth qulaqcıq və kabelsiz qulaqcıq növləri daha geniş auditoriya tərəfindən istifadə edilir. Qulaqcıq qiyməti axtarışı ilə siz müxtəlif qiymətlərdə qulaqlıqlar ilə tanış ola bilərsiniz. Fərqli qiymətlər sərfəli büdcəyə uyğun məhsullar əldə etməyə imkan yaradır.
Qulaqlıq alarkən nələrə diqqət etmək lazımdır?
Tez-tez istifadə olunan bu texnoloji məhsulu alarkən hər kəsin nəzərə aldığı fərqli məqamlar var.
Qulaqlığın dizaynı sizin üçün nə qədər vacibdir?
Görüntü sizin üçün önəmlidirsə, qulaqlıq alarkən ilk növbədə dizaynı nəzərə almalısınız. Qulaqlığın qulağınıza uyğun gəlməsi, rahat oturması və ya yüngül olması kimi erqonomik xüsusiyyətlərə əlavə olaraq kənardan yaxşı görünüb-görünməməsi kimi estetik məqamlara da diqqət etməlisiniz. Kobud və uyğun olmayan qulaqlıq sizə narahatlıq yaşada bilər.
Səs performansına diqqət edirsiniz?
Xüsusilə Bluetooth standartının inkişafı ilə kabelsiz qulaqlıqlar səs performansı məsələsində əvvəlki illərlə müqayisədə daha uğurlu oldu. Yüksək keyfiyyətli səs performansı üçün yeni Bluetooth 5.1 standartına sahib bir model seçməyinizi tövsiyə edirik.
Bluetooth sertifikatı ilə yanaşı qulaqlıqdakı prosessorun səs qabiliyyəti və onu müşayiət edən sürücülərin performansı da vacibdir. Balanslaşdırılmış musiqidə əhəmiyyətli bir boşluğu dolduran bas kanallarının varlığına və performansına diqqət etmək xüsusilə vacibdir. Əks təqdirdə bas səslərin yüksək olması musiqinin zövqünü qaçırmağınıza səbəb olacaq. Səs səviyyəsi həmişə keyfiyyətdən xəbər vermədiyindən balanslaşdırılmış daxili ekvalayzer prosessoru olan qulaqlıqları siyahının əvvəlində yerləşdirməyi məsləhət görürük.
Qulaqlığı zəng zamanı istifadə edəcəksiniz?
Yəqin ki, alacağınız qulaqlıqlarla həm musiqi dinləyəcək, həm də telefon zəngləri edəcəksiniz. Bu vəziyyətdə səsinizi qarşı tərəfə necə ötürməyiniz və qarşı tərəfin səsinin sizə necə çatacağı vacibdir. Yaxşı səs prosessoru olan modellər telefon danışıqlarında səsi yaxşı əks etdirəcək, ancaq mikrofonun keyfiyyəti aşağı olarsa, səsiniz qarşı tərəfə aydın çatmayacaq. Bu vəziyyətdə səs-küy ləğvetmə xüsusiyyətinə malik mikrofon növlərinin seçilməsi vacibdir. Telefon danışıqları zamanı külək səsi də daxil olmaqla ətrafdakı səs-küyün qarşısını alan mikrofon dizaynlarından istifadə edən kabelsiz qulaqlıqlar var. Əminliklə bu növ qulaqlıqların işinizi asanlaşdıracağınız deyə bilərik.
Səs-küy ləğvetmə özəlliyi xoş səslənir?
Səs-küy ləğvetmə haqqında daha ətraflı danışaq. Xüsusilə son illərdə məşhurlaşan kabelsiz qulaqcıq kimi adlanan qulaqlıqlarda aktiv səs ləğvetmə xüsusiyyəti mövcuddur. Bu xüsusiyyətə sahib olan kabelsiz qulaqlıqlar hansı mühitdə olmağınızdan asılı olmayaraq səs performansını artıracaq.
Daxili və açıq məkanlarda istifadədə əhəmiyyətli yerə sahib olan səs-küy ləğvetmə xüsusiyyəti metroda və ya restoranda, tıxacda və ya yolda gəzərkən fərq etmədən ətrafdakı səsləri real vaxtda analiz edərək ətrafdakı səs -küyü azalda bilər. Bu asanlıqla telefon danışığı aparmağa və ya səs yazısı hazırlamağa imkan verir.
vau.az saytında siz sadalanan xüsusiyyətləri özündə birləşdirən bluetooth qulaqcıq və kabelsiz qulaqcıq tapa bilərsiniz. Onlayn mağazamızda məhsullar nağd, kreditlə və hissə-hissə ödəmə imkanı ilə təklif edilir. Beləliklə, siz istədiyiniz məhsulu sərfəli ödəmə imkanı ilə əldə edə bilərsiniz.
Qulaqcıq qiyməti hansı faktorlara əsasən müəyyən olunur?
Qulaqlıqlar xüsusiyyətlərindən asılı olaraq alıcıların tələblərini qarşılamaq məqsədilə fərqli gözləntilər əsasında təklif olunur. Funksiyalarına, keyfiyyətlərinə, rəng seimi və dizanlarına görə fərqlənən bu məhsulların hər biri üçün ayrı qulaqcıq qiyməti müəyyən olunur. Brendlər və istehsalçı şirkətlər hazırladıqları məhsulları gözləntilərə uyğun şəkildə istehsal edərkən büdcəyə uyğun olaraq bazara çıxarmağa çalışırlar. Bütün bu xüsusiyyətlər nəzərı alındığı üçün geniş qiymət və seçim aralığında məhsullar təqdim olunur. Bu da alıcıların seçim etməsini müəyyən qədər çətinləşdirir. Qulaqcıq qiyməti təyin olunarkən bir çox xüsusiyyətlər nəzərə alınır. Bunlardan biri qulaqlığın növüdür. Qulaqlıqlar kabelli qulaqlıq, Bluetooth qulaqcıq kimi növlərə bölünür. Bluetooth qulaqcıq, həm də Kabelsiz qulaqcıq kimi tanınır. Bu qulaqlıqlar ən yen növ məhsullardan hesab olunur və istifadəçilər tərəfindən çox sevilir. Bluetooth qulaqlıqlar müxtəlif multimediya cihazları və ya telefonlardan gələn səsləri birbaşa istifadəçiyə simsiz olaraq ötürmə vəzifəsini yerinə yetirir. Başqa sözlə, Bluetooth qulaqlıqları cihazla istifadəçi arasında simsiz əlaqə quran bir səs cihazı olaraq önə çıxır.
Bluetooth qulaqlıqlar bir sıra üstünlüklərə sahibdir:
- Keyfiyyətli səs performansı.
- Qüsursuz dizayn və əla görüntü
- İstənilən cihaza qoşulmaq imkanı
Bundan başqa bu qulaqlıqlar sükan arxasında və ya idman edərkən danışıqları aparmaq üçün rahatlıq yaradır. Bütün bu üstünlüklərinə görə onların qiyməti digərləri il müqayisədə nisbətən yüksək olur. Həmçinin Kabelsiz qulaqcıq qiyməti onun batareyasının gücünə əsasən də təyin olunur. Bu qulaqlıqlar şarj ilə işlədikləri üçün neçə saat istifadə oluna bilməsi vacib göstəricidir.
Qiymətə təsir edən digər bir faktor məhsulun aid olduğu brenddir. Apple, Samsung kimi brendlərə aid qulaqlıqların daha yüksək qiymətə təklif olunduğunu görə bilərsiniz. Büdcənizə uyğun məhsulları vau.az saytından əldə edə bilərsiniz. Müxtəlif satıcıların məhsullarını ətraflı xüsusiyyətləri və qiymətləri ilə təqdim edən vau.az doğru məhsulları qarşınıza çıxarır. Saytda istədiyiniz qiymət aralığını təyin edərək büdcənizə uyğun məhsulu tapa bilərsiniz. Saytdakı filtrləmə funksiyası alış-veriş üçün ilk addım olan araşdırma mərhələsini daha asan bir şəkildə tamamlamağa imkan verir. Filtrləmə funksiyası məhsul haqqında sizi maraqlandıra biləcək detalları aktivləşdirir və ön plana çıxarır. Bu xüsusiyyətlərə rəng, ölçü, funksiyalar, xüsusiyyətlər, trend məhsullar, qiymət aralığı kimi seçimlər daxil ola bilər. Beləliklə, ətraflı məlumat əldə edərək istədiyiniz qulaqlığı əldə edə bilirsiniz. Modellər arasındakı qiymət fərqinin yanında əlavə olunan aksesuarlar, müxtəlif rəqəmlər və əlavə edilən fərqli funksiyalar da qiymət aralığında əks olunur.
İstədiyiniz növ qulaqlığı vau.az saytından əldə edə bilərsiniz.
vau.az saytında geniş çeşiddə fərqli xüsusiyyətlərə sahib qulaqlıqlar yer alır. Sayta daxil olaraq istədiyiniz modeli asanlıqla tapa bilərsiniz. Filtrlərdən istifadə etsəniz, ehtiyacınız olan məhsulu tapmaq sizin üçün daha da asan olacaq. Filtrlərdə brend, ölçü, dizayn, rəng və s. kimi xüsusiyyətlər sıralanır. Bu xüsusiyyətlərdən sizin üçün ən vaciblərinin meyarlarını qeyd etsəniz, uyğun məhsullar qarşınıza çıxacaq. Əgər ehtiyacınız olan qulaqlıqdan əmin deyilsinizsə, aşağıdakı məqamları dəqiqləşdirməyinizi tövsiyə edirik:
- Gün ərzində qulaqlıqdan neçə saat istifadə edirsiniz?
- İstifadə məqsədiniz nədir?
- Qulaqlığın dizaynı sizin üçün vacibdirmi?
- Səs perfomansına diqqət edirsiniz?
- Səs-küy ləğvetmə funksiyasının olması önəmlidir?
- Kabelli, yoxsa kabelsiz qulaqlığa önəm verirsiniz?
- Hansı rəngə və dizayna üstünlük verirsiniz?
Bu suallar qulaqlığı seçməzdən öncə dəqiqləşdirməli olduğunuz vacib məqamlardır. Onlara cavab tapdıqdan sonra vau.az saytında bu xüsusiyyətləri qeyd edib, sizə ən uyğun orijinal məhsulu tapa bilərsiniz.
Ən sevilən qulaqcıqlar
Əsl adı qulaqlıqlar olsa da, bir çox istifadəçi və alıcı onları qulaqcıqlar kimi adlandırır. Qulaqcıqlar demək olar ki, gündəlik həyat tərzimizdə ehtiyac duyulan aksesuarlardan birinə çevrilib. Bir neçə il əvvələ qədər gənclər tərəfindən daha çox istifadə edilən məhsullar olaraq bilinsə də, bu gün bütün yaş qrupları qulaqlıqlara ehtiyac duyur. Bunun əsas səbəbi gündəlik həyat tərzində onlara olan ehtiyacdır.
Belə ki, hər hansı işlə məşğul olarkən telefonda danışmaq, musiqi dinləmək və ya sadəcə səs yazısına qulaq asmaq qulaqlıqlar ilə daha asandır. Xüsusilə, son illərin sevimlilərinə çevrilmiş kabelsiz qulaqcıq modelləri istifadəçilər tərəfindən daha çox sevilir. Bu modellər həm də bluetooth qulaqcıq olaraq tanınır. Bluetooth qulaqcıq qısa məsafələrdə simsiz əlaqə təmin edən bir texnologiyadır. Bu gün isə bluetooth qulaqcıq bir çox istifadəçinin sevimli məhsuluna çevrilib. Bu onlar üçün əlavə rahatlıq mənasını verir.
Bluetooth qulaqlıqlar müxtəlif multimediya cihazları və ya telefonlardan gələn səsləri birbaşa istifadəçiyə simsiz olaraq ötürmə vəzifəsini yerinə yetirir. Başqa sözlə, Bluetooth qulaqlıqları, cihazla istifadəçi arasında simsiz əlaqə quran bir səs cihazı olaraq önə çıxır. Məhsulların hər biri əsasən səs ötürmə funksiyasını yerinə yetirir. Bununla birlikdə bir çox məhsulun inteqrasiya olunmuş mikrofonu var. İnteqrasiya edilmiş mikrofonlu Bluetooth qulaqlıqlar həm zəng etməkdə, həm də cavab verməkd funksiyalarını özündə birləşdirir. Ayrıca bir çox məhsulda səs-küy ləğvetmə texnologiyası var. Qulaqlıqdakı kiçik mikrofonlar vasitəsi ilə ətrafdakı səs-küyü təyin edir.
Səs-küyü aradan qaldırmaq üçün geri çevirərək səs siqnalını gücləndirir. Daha sonra səsi elektron dövrə vasitəsilə yenidən musiqi siqnalına əlavə edir. Bəzi məhsullar daha yaxşı izolyasiya performansı üçün rəqəmsal siqnal emal sistemi ilə işləyir.
Qulaq üstü qulaqlıqlar başın üstündən keçilir. Çox yüngül dizayna malik olan məhsulların səs keyfiyyəti və rahatlıq xüsusiyyətləri modellərə görə çox dəyişir. Səs-küy əleyhinə səs izolyasiyası ilə təchiz olunmuş variantlar səs keyfiyyətinə üstünlük verir. Qulaq içi kabelsiz qulaqcıq modelləri üstün səs texnologiyası sayəsində çox aydın səs ötürülməsi təmin edir. Dinamiklərin xaricində rahatlıq və qorunma üçün silikon bir giriş var.
Silikon ucu qulaq kanalını dolduraraq dinamikdən gələn səsin birbaşa qulağınıza ötürülməsinə imkan verir. Daşınma üçün uyğun olması və çox rahat xüsusiyyətləri ilə alternativləri arasında önə çıxır. Səyahət zamanı və ya idman edərkən musiqi dinləməyi sevənlər üçün ən yaxşı seçim ola bilər. Məhsulların klipsli modelləri də var. Klipsli modellərdəki kiçik hissə qulaq qapağına uyğundur. Açıq havada fəaliyyətlər və işçilər üçün çox sərfəli olan məhsullar xarici səsləri eşitməyinizə də kömək edir.
İstər kabelli, istərsə də kabelsiz qulaqlıqların istifadəçilər tərəfindən çox istifadə olunduğunu deyə bilərik. Burada əsas seçim kriteriyası səs keyfiyyəti və istifadə rahatlığıdır. Yeni çıxan modellərin hər birində bu xüsusiyyətlərin izlənildiyini görmək mümkündür.
İstədiyiniz qulaqlığı vau.az saytından rahatlıqla əldə edin. vau.az saytında geniş çeşiddə fərqli xüsusiyyətlərə sahib qulaqlıqlar yer alır. Sayta daxil olaraq istədiyiniz modeli asanlıqla tapa bilərsiniz.