Son illərin məşhr soyuducu növlərindən biri də fransız qapılı soyuducular hesab olunur. Whirlpool qarderob tipli soyuducu modellərinə ümumiyyətlə, geniş sahəyə sahib mətbəxlərdə üstünlük verilir. Bu tip soyuducuların daxili həcmi də olduqca böyükdür. Qarderob tipli soyuducular ümumiyyətlə dörd qapılı istehsal olunur, lakin bu tip soyuducuların üç qapılı modelləri də mövcuddur.
Qarderob tipli soyuducular böyük ailələr üçün çox əlverişli seçim ola bilər. Bu soyuducu modellərinin daxili həcmi çox böyükdür və qida saxlanılması üçün geniş yerə malikdir. Qarderob soyuducular geniş ailələrin bəyənilən seçimlərindən biridir. İki qaplı soyuducu modelləri də qarderob tipli soyuduculara bənzəyir, lakin quruluşuna görə onlardan fərqlənir.
Whirlpool kombi tipli soyuducu modelləri standart olaraq da adlandırılan ənənəvi soyuduculara bənzəyir, ancaq kombi tipli soyuducularda dondurucu aşağıda, soyuducu hissəsi isə yuxarıda yerləşir. Gözəl və müasir görüntüsü ilə bu modellər son zamanlarda istehlakçı seçimlərində tez-tez üstünlük təşkil edir. Soyuducu qiymətləri onun modelinə və xüsusiyyətlərinə əsasən dəyişir. Müasir Whirlpool soyuducular istehlakçıların rahatlığını təmin edən xüsusiyyətlərə sahibdir. Bu xüsusiyyətlər qiymətlərdə müəyyən fərq yaradır.
Məsələn, su dispenserinin olduğu modellərdə qiymət fərqini görə bilərik. Həmçinin fərqli qidalar üçün müxtəlif bölmələrə malik modellərin də qiyməti digərləri ilə müqayisədə fərqlənir. Soyuducu qiymətləri məhsulun həcminə əsasən də dəyişir. Böyük həcmli soyuducular daha yüksək qiymətə satışa çıxarılır. Bu soyuducular daha çox geniş ailələr üçün nəzərdə tutulub. Mini soyuducular isə daha az qida ehtiyacı olan ailələr və ya ofislər üçün uyğun hesab edilir.
Soyuducu almazdan öncə ehtiyacınız olan modeli dəqiqləşdirməyiniz tövsiyə olunur. Bu zaman siz yalnız ehtiyacınız olan xüsusiyyətlərə ödəniş etmiş olacaqsınız. İstfadə etməyəcəyiniz xüsusiyyətlər üçün isə əlavə ödəniş etməyəcəksiniz. Standart soyuducular hər kəsin evində tapıla bilən ən çox yayılmış soyuducu tipli modellər arasındadır. Bu modellərdə dondurucu bölmə yuxarıda, soyuducu hissə isə aşağıda yerləşir.
Ənənəvi tipli soyuducular hələ də ən çox seçilən modellərdən biridir. Soyuducu seçərkən görünüşünə önəm verən insanlar üçün rəngin mətbəxlə uyğun olması çox vacibdir. Ümumiyyətlə elektronik əşyaların istehsalında ağ, qara, boz və inox rənglər yer alır. Son illərdə çox üstünlük verilən Inox soyuducuları paslanmayan polad görünüşü ilə mətbəxə zəriflik qatır. Bunlarla yanaşı daha rəngarəng seçimlər də mövcuddur.
vau.az saytında hər büdcəyə uyğun soyuducu satılır. Sayta daxil olaraq fərqli soyuducu modellərini nəzərdən keçirə bilərsiniz. Burada məhsulun xüsusiyyətləri və qiymətlər də yer alır. Həm məhsul haqqında ətraflı məlumat əldə etmək, həm də ona uyğun büdcəni görmək sizə qərar verməkdə kömək edəcək. Ucuz soyuducular əldə etmək istəyənlər qiymət bölməsindən minimum və maksimum büdcəni seçərək özləri üçün ən uyğun soyuducu modelini tapa bilərlər.
Mağazamızdan soyuducu əldə edərkən 3 fərqli ödəmə formasından istifadə edə bilərsiniz: nağd, hissə-hissə və kreditlə. Kreditlə soyuducular axtarışında olanlar bəyəndikləri məhsulu seçdikdən sonra kreditlə butonunu aktivləşdirərək qiymət hesablama cədvəli ilə tanış ola bilərlər. vau.az saytından istədiyiniz soyuducu modelini seçərək onlayn sifariş verə bilərsiniz. Məhsul qeyd etdiyiniz ünvana çatdırılacaq və vau.az əməkdaşları tərəfindən quraşdırılacaq.