Çoxsaylı imkanlar təklif edən və üstün texnologiyaya malik soyuducular daha yüksək qiymətə təklif olunur. Büdcənizə uyğun soyuducunu tapmaq üçün ilk öncə ehtiyaclarınızı təyin etməlisiniz. Belə halda ehtiyacınız olmayan funksiyalara əlavə ödəniş etmirsiniz və istədiyiniz soyuducunu daha münasib qiymətə əldə edə bilirsiniz.
Ehtiyacınız olan soyuducunu müəyyənləşdirmək üçün bəzi sualların cavabını dəqiqləşdirməlisiniz. Seçəcəyiniz məhsul hansı rəngdə olmalıdır? Son illərdə soyuducu satışı sahəsində rəng çeşidlərinin sayı artıb. Mətbəxinizdəki mebelə və interyerə uyğun fərqli model soyuducular tapa bilərsiniz. Rəng seçimi soyuducu qiymətləri amilinə də təsir edir. Bunları nəzərə alaraq ehtiyacınız olan soyuducunun rəngini təyin edə bilərsiniz.
Növbəti addım soyuducunun növünü müəyyən etməkdir. Tək qapılı soyudular, iki qapılı modellər, qarderob və kombi məhsullar çeşidi ilə müxtəlif soyuducular tapmaq mümkündür. Sizin ehtiyacınız olan hansıdır? Bu modellərə əsasən soyuducuların həcmi də dəyişir. Geniş ailəniz varsa, daha böyük soyuducu seçməlisiniz. Modellərin hər biri fərqli xüsusiyyətlər təklif edir. Məsələn, bəzi soyuducu modellərində dondurucu və soyuducu bölmələrini ayrı-ayrı işə salmaq mümkündür.
Ehtiyacınız olmayan hissə üçün əlavə enerji sərf etməyə bilirsiniz. Qənaətcil avadanlıq axtarışındasınızsa, bu xüsusiyyət sizin üçün əlverişli olacaq. Həmçinin ətraf mühiti qorumaq və az enerji istehlak etmək üçün ağ əşyalarda və xüsusilə, soyuducu seçimində enerjiyə qənaət edən məhsullara üstünlük verməyiniz məsləhətdir. Bu soyuducular A nəsil məhsullar adlanır və müxtəlif növləri mövcuddur: A+, A++, A+++.
Bunlar arasında enerjiyə ən çox qənaət edən A+++ modelidir. A sinfinə məxsus soyuducu alaraq birbaşa büdcəyə qənaət edə bilərsiniz. Soyuducu alarkən buz maşını və su dispenseri, tərəvəzləri təzə saxlamaq, səhər yeməyi bölməsinin həcmi, dondurucu işıqlandırma növü, sürətli dondurma, gündəlik soyutma qabiliyyəti, mövcud soyutma sistemi, dondurucuda rəflərin sayı kimi bəzi texniki xüsusiyyətləri də nəzərə ala bilərsiniz.
Əgər bütün xüsusiyyətlər haqqında məlumatlı deyilsinizsə, ilk öncə fərqli model soyuducuların özəlliklərini nəzərdən keçirə bilərsiniz. Daha sonra bu özəllikləri araşdıraraq sizin üçün vacib olub-olmadığını müəyyənləşdirmək mümkündür. vau.az saytında hər növ soyuducu satılır. Sayta daxil olaraq fərqli soyuducu modellərini nəzərdən keçirə bilərsiniz. Burada məhsulun xüsusiyyətləri və qiymətlər də yer alır. Həm məhsul haqqında ətraflı məlumat əldə etmək, həm də ona uyğun büdcəni görmək sizə qərar verməkdə kömək edəcək.
Kreditlə soyuducular axtarışında olan müştərilər də vau.az saytına daxil olaraq istədikləri məhsulu əldə edə bilərlər. Burada kreditlə, hissə-hissə və nağd ödəmə imkanları mövcuddur. Özünüzə uyğun ödəniş formasını seçərək məhsulu əldə edə bilərsiniz. Onlayn sifariş zamanı məhsulun qapınıza qədər çatdırılması üçün ünvanı və əlaqə məlumatlarını qeyd etməyiniz kifayətdir. Əgər məhsulların hər biri ilə daha yaxından və real şəkildə tanış olmaq istəyirsinizsə, onlayn mağazamıza nəzər sala bilərsiniz.
Ən yaxşı soyuducular sizin tələblərinizi ödəyən məhsullardır. Bunun üçün tələblərinizi araşdırıb ona uyğun soyuducu modelini tapmağınız kifayətdir. Soyuducu qiymətləri çox vaxt müştəriləri narahat edən məqama çevrilir. Ucuz soyuducular keyfiyyətli deyil fikri bir çox istehlakçını narahat edir. Soyuducu qiymətlərinin aşağı olması onun keyfiyyətiz olması demək deyil. İstehsal ili əvvəlki illərə aid olan və ya xüsusiyyətləri digərləri ilə müqayisədə az olan soyuducular daha münasib qiymətə satışa çıxarılır.