Schaub Lorenz brendi mütəmadi olaraq yeni məhsullar istehsal edir. İstehsal edilən yeni məhsullarda əlavə xüsusiyyətlər yer alır. Bu məhsulun təkmilləşdiyinin göstəricisidir. Hər yeni məhsul istehlakçıların həyat keyfiyyətini yüksəldir. Schaub Lorenz soyuducular fərqli rəng çeşidləri ilə müştərilərin diqqətini çəkir. Rəngli interyer dizaynı sevənlər üçün Schaub Lorenz ideal seçimlərdən biridir. Bu brendin məhsulları ilə mətbəxinizdə xoş ab-hava yarada bilərsiniz.
Hər bir istehsalçıda olduğu kimi Schaub Lorenz brendində də soyuducu qiymətləri modelə və xüsusiyyətlərə görə dəyişir. Ən son istehsal ilinə məxsus modellər daha yüksək qiymətə satışa çıxarılır. Qiymətləri araşdırdığımız zaman onların böyük aralıqda dəyişdiyini görə bilərik. Bunun səbəbi hər bir modelin fərqli xüsusiyyətlərə malik olmasıdır.
Soyuducu qiymətləri müxtəlif amillərə, əsasən dəyişir. Qiymətə təsir edən əsas amil soyuducunun həcmidir. Yeni soyuducu almağa qərar verdiyiniz zaman onun həcmi yoxlamalı olduğunuz ilk xüsusiyyətlərdən biridir. Soyuducunun həcmi iki baxımdan çox vacibdir. Hər şeydən əvvəl soyuducunun həcmi onun ölçülərinə təsir edir.
Mətbəxinizdə soyuducu üçün ayırdığınız məkanın ölçüsünə uyğun olmayan bir soyuducu bütün görüntünü və rahatlığı poza bilər. Mətbəxinizi yenidən dəyişdirməli ola bilərsiniz və ya xoşagəlməz görüntülər görünə bilər. Bu səbəbdən soyuducu üçün ayıracağınız yerin ölçülərini dəqiq ölçməlisiniz. Soyuducunun qapısının asanlıqla açılması üçün kifayət qədər yer olub-olmadığı, digər əşyalara dəyən bir nöqtəsi varmı və öndən keçərkən sizi maneə törədən bir yer olub-olmadığı kimi məsələləri nəzərə alaraq bu ölçməni etməlisiniz.
Burada etdiyiniz ölçmənin nəticəsi sizə lazım olan soyuducunun tam həcmini verməyəcək, çünki soyuducunun daxili həcmi ilə xarici həcmi arasında fərqlər var. Burada etdiyiniz hesablama soyuducunun xarici həcminin nə qədər olacağıdır. Soyuducunun daxili həcmi isə litr ilə hesablanır. Soyuducunun nə qədər böyük olacağına qərar vermədən əvvəl istifadə vərdişlərinizi nəzərdən keçirməlisiniz.
Evdə yaşayan insanların sayı, yemək vərdişləri, dondurulmuş yeməklərin miqdarı və evin ölçüsü buna təsir edən ən əhəmiyyətli faktorlardandır. Əgər sizin əsas seçim kriteriyanız qiymət amilidirsə və ucuz soyuducular üzrə axtarış edirsinizsə, həcmi kiçik modellərə baxmağınız tövsiyə olunur. Qiymətə təsir edən bir digər amil soyuducunun işığa qənaət etməsidir. Qənaətcil model soyuducular daha yüksək qiymətə təklif olunur və onların illik elektrik enerji sərfiyyatı daha aşağıdır.
Evdə istifadə etdiyimiz elektrik enerjisinin orta hesabla 80% -i elektrik cihazları tərəfindən istehlak olunur. Enerji etiketi bir cihazı illik enerji istehlakına görə A, B, C, D, E, F və G hərfləri ilə ifadə olunan 7 qrupa bölür. A hərfi ən aşağı enerji istehlakını ifadə edir. A sinif elektrik cihazları orta hesabla 45% daha az enerji sərf edir. Bu səbəbdən elektrik avadanlıqları alarkən ən az enerji sərf edənləri seçməliyik.
Ucuz soyuducular əldə etmək istəyən alıcıların da bu nüansa diqqət etmələri vacibdir. vau.az saytına daxil olaraq istənilən növ soyuducu modeli ilə tanış ola bilərsiniz. Burada hər bir məhsulun xüsusiyyətləri və qiymət yer alır. Kiçik bir araşdırma edərək özünüzə ən uyğun modeli tapa bilərsiniz.
Kreditlə soyuducular axtarışında olan alıcılar da sayta daxil olaraq kredit ödəmə imkanından faydalana bilərlər. Ən yaxşı soyuducular ilə tanış olmaq istəyirsinizsə, vau.az saytına daxil olun.