Soyuducular aşağıdakı növlərə bölünürlər:
- Tək qapılı modellər: bu tip məhsullar adətən kiçik ölçüdə olur və dondurucu bölmə soyuducunun daxilində yerləşir. Balaca məkanlar və kiçik ailələr üçün ideal soyuducu növləri belə modellər hesab oluna bilər.
- İki qapıdan ibarət modellər: Bu tip məhsullarda dondurucu bölmə və digər hissə ayrı yerləşir. Hər bir bölmənin qapısı ayrı yerləşir.
- Kombi modellər: Bu tip məhsullar ikiqat qapılı soyuduculardan çox fərqlənmir və dondurucu hissəsi aşağıda, soyuducu hissəsi isə yuxarıda yerləşir. Bu vəziyyətdə soyuducudakı tərəvəz və meyvələr kimi təzə qidalara çatmaq üçün əyilmək çətinliyi aradan qaldırılır və daha çox istifadə olunan soyuducu bölməsi üçün xüsusi istifadə rahatlığı təmin edilir. Kombi tipli soyuducular ümumiyyətlə böyük daxili həcmə malik olsa da, kiçik həcmli modelləri də tapmaq mümkündür.
- Qarderob modellər: Bu tip soyuducuların xüsusiyyəti soyuducu və dondurucu bölmələrinin yan-yana yerləşməsidir. Bu iki qapılı soyuducuların bəzilərində hər iki bölmə bərabər həcmdə ola bilər, digərlərində isə daha böyük soyuducu bölməsi var. Bu tip soyuducunu seçəcəksinizsə, mətbəx ölçülərini nəzərə almalısınız, çünki qarderob tipli soyuducular üfüqi olaraq digər soyuduculardan daha genişdir.
- Pazl modellər: Qarderob soyuducuların bir üst texnologiyası olaraq təyin edə biləcəyimiz bu məhsullarda alt hissələr üst hissələrdən asılı olmayaraq dondurucu və ya soyuducu olaraq istifadə edilə bilər. Bu xüsusiyyətin özəlliyi odur ki, dondurucu və ya soyuducu ehtiyaclarınıza uyğun olaraq istədiyiniz bölməni tənzimləyə bilərsiniz. Bu model soyuducular hal-hazırda bütün brendlər tərəfindən istifadəyə verilməsə də, qısa müddətdə bütün şirkətlərin bu tip məhsullar istehsal edəcəyi gözlənilir.
Midea soyuducu modelləri arasında siz ehtiyaclarınıza uyğun məhsul modelini asanlıqla tapa bilərsiniz. vau.az saytında Midea soyuducular bölməsində hər bir məhsulun xüsusiyyətləri, qiyməti və göstəriciləri əks olunub. Axtarış üçün sayta daxil olub məhsulları nəzərdən keçirə bilərsiniz. Kreditlə soyuducular axtaranlar hər bir məhsulun xüsusiyyətlərinə baxarkən kənarda kredit qiymətlərini gözdən keçirə bilərlər.
Həmçinin ucuz soyuducular əldə etmək istəyən müştərilər qiymət filtrində maksimum və minimum qiyməti qeyd edərək büdcəyə uyğun modellərə baxa bilərlər. Ümumiyyətlə soyuducu qiymətləri xüsusiyyətlərə və modelin növünə, əsasən dəyişir. Məhsul axtarışına başlamazdan öncə hansı tipdə soyuducuya ehtiyacınız olduğunu bilməlisiniz. Ən yaxşı soyuducular ehtiyaclarınızı ödəyən modellərdir. Ehtiyacınız olan soyuducunu müəyyən etmək üçün bəzi məqamlara diqqət etməlisiniz. Həmin məqamlara aşağıdakılar daxildir:
- Hansı model soyuducuya ehtiyacınız olduğunu müəyyən etməlisiniz. Soyuducuların yuxarıda qeyd olunan növləri mövcuddur: tək qapılı, iki qapılı, kombi, qarderob, mini soyuducular. Bu soyuducu modellərinin hər birinin şəkillərin baxaraq və onlar haqqında məlumat əldə edərək hansına ehtiyacınız olduğunu təyin edə bilərsiniz.
- Soyuducunun həcmi nə qədər olmalıdır? Bazarda olan soyuducuların daxili həcmi 60 litrdən 600 litrə qədər dəyişir. Həcmi müəyyənləşdirmək üçün nə qədər qida və ərzaq saxladığınıza diqqət etməlisiniz.
- Soyuducu hansı xüsusiyyətlərə malik olmalıdır? Son dövrlərdə soyuducular bir-birindən üstün fərqli xüsusiyyətlərə malikdir. Bu özəllikləri araşdırıb sizin üçün vacib olanları nəzərdə tutmağınız tövsiyə olunur.
- Soyuducu üçün nə qədər büdcə ayıra bilirsiniz?