LG soyuducular həm xüsusiyyətlərinə görə, həm də dizaynına görə fərqli modellərə sahibdir. Son illərin ən önəmli xüsusiyyətlərindən biri olan no frost texnologiyasına malik soyuducuları LG brendindən əldə etmək mümkündür. No frost texnologiyası sayəsində soyuducunun dondurucu bölməsində buz yaranmır, qidaları burada uzun müddət saxlamaq mümkün olur.
Həmçinin bu texnlogiya fərqli qidaların qoxusunun bir-birinə keçməsinin qarşısını alır. Bununla yanaşı qənaətcillik özəlliyinə də sahibdir. No frost xüsusiyyətinə malik soyuducular istehlakçılar tərəfindən daha çox seçilən modellərdir. LG brendin də soyuducu satışı sahəsində müştərilərin ehtiyaclarına uyğun modellər istehsal edərək onların diqqətini çəkməyi bacarır. LG soyuducu modelləri müxtəlif dizayn formaları ilə də fərqlənir.
Son dövrlərdə iki qapılı soyuducu modelləri ilə yanaşı qarderob tipli məhsullar da istehsal edilməyə başlayıb. Qarderob tipli soyuducular geniş rəfləri və ölçüləri ilə istifadə rahatlığı təmin edir. Bu modeldəki soyuducuların ölçülərinin böyük olması bütün qida və ərzaqları səliqəli yerləşdirməyə imkan verir. Qarderob soyuducular geniş ailələrin sevilən məhsullarındandır.
LG soyuducu modelləri istifadəçilərə böyük həcmli və enerji qənaət edən məhsullar təqdim edir. Enerjiyə qənaət edən modellər A sinif soyuducular adlanır. Bu soyuducular A, A+ və A ++ enerji sinif modelləri ilə diqqəti cəlb edir. A+++ enerji sərfiyyatı ən aşağı olan modeldir. Bu tip soyuducuların illik orta enerji sərfiyyatı 280kVatt-dır.
Ümumilikdə A sinfinə aid olanların enerji sərfiyyatı isə 550 kVatt təşkil edir. Büdcənizə qənaət etmə imkanı verdiyi və enerji mənbələrini qoruduğu üçün A sinif soyuducuları ən yaxşı hesab olunur. LG soyuducuların daha bir sevilən xüsusiyyəti təmizlənməsinin asanlığıdır. Soyuducuların istehsal olunduğu materialların boyanmaması xüsusiyyəti sayəsində asan və sürətli təmizləmə imkanı yaradır.
Soyuducu tez-tez istifadə olunan mətbəx avadanlığı olduğundan çirklənmə ehtimalı yüksəkdir. LG-nin xüsusi material soyuducuları ilə bu problemdən azad ola bilərsiniz. Soyuducu qiymətləri müxtəlif amillərə görə dəyişir. Buna görə də LG soyuducu qiymətləri bir-birindən kəskin fərqlənir. Bunun səbəbi fərqli model soyuducuların çox olmasıdır. Həmçinin bu soyuducular fərqli müştəri ehtiyaclarını qarşıladıqları üçün qiymətləri fərqlənir.
Qiymətə təsir edən əsas amillərdən biri soyuducunun həcmidir. Soyuducu satışı sahəsində bu olduqca məşhur nüansdır. Bütün brendlərdə soyuducunun həcminə görə qiymət dəyişir. Böyük soyuducular daha yüksək qiymətə satışa çıxarılır. Qiymətə təsir edən bir digər amil no frost özəlliyidir. No frost texnologiyasına malik soyuducular olduqca əlverişli modellərdir və qiymətləri daha yüksəkdir. Bu texnologiyanın yeni olması və istehlakçıya rahatlıq yaşatması ilə əlaqədardır.
Soyuducu modelinin istehsal ili də qiymətə təsir edən amillərdən biridir. Yeni istehsal olunan soyuducular köhnə illərin məhsulları ilə müqayisədə daha baha qiymətə satışa çıxarılır. Bunun səbəbi yeni modelin daha təkmilləşmiş olması və fərqli xüsusiyyətlərə sahib olmasıdır. Məsələn, bəzi modellərdə mövcud olan su dispenserləri sayəsində suyunuzu təzə və soyuq saxlaya bilərsiniz. vau.az saytında hər büdcəyə uyğun soyuducu satılır.
Ucuz soyuducular əldə etmək istəyənlər qiymət bölməsindən minimum və maksimum büdcəni seçərək özləri üçün ən uyğun soyuducu modelini tapa bilərlər. Mağazamızdan soyuducu əldə edərkən 3 fərqli ödəmə formasından istifadə edə bilərsiniz: nağd, hissə-hissə və kreditlə. Kreditlə soyuducular axtarışında olanlar bəyəndikləri məhsulu seçdikdən sonra kreditlə butonunu aktivləşdirərək qiymət hesablama cədvəli ilə tanış ola bilərlər.