Qanın oksigenlə doymasını (SpO2) uzunmüddətli perspektivdə düzgün şəkildə yoxlamanızı təmin edən cihaz, xüsusilə yüksək intensivlikli fiziki və zehni məşqləri həyatlarının bir parçası kimi qəbul edən istifadəçilər tərəfindən seçilir. Fiziki və zehni məşqlərlə məşğul olan istifadəçilər həm məşqdən əvvəl, həm də sonra qanda oksigen doymasını izləməyə xüsusi əhəmiyyət verir. Saatın sağlamlığı dəstəyən digər bir özəlliyi də var.
Realme RMA161 hərəkətə və gündəlik su qəbuluna da nəzarət edir. Bu fəaliyyətlər norma daxilində olmadığı hallarda bildiriş göndərir. Beləliklə, istifadəçini sağlam həyata yönləndirir, ona bu vərdişləri aşılayır. Əgər siz su içməyi unudursunuzsa, ağıllı saatınız sizə bunu xatırladacaq. Realme RMA161 smart saat modelini telefonla sinxronizasiya etmək mümkündür. Telefonla inteqrasiya sayəsində saatın ekranında siz çoxlu mesajlara, xüsusən də zənglərin cavablandırılmasına, mesajlara, proqram bildirişlərinə, hava proqnozlarına baxa bilərsiniz. Yəni, smart saatınız varsa, telefonu daim üstünüzdə daşımalı deyilsiniz.
Saat musiqi pleyeri və kameranı birbaşa idarə etməyə imkan verir. Bir düyməyə toxunmaqla siz mahnıları dəyişə, səsi tənzimləyə və ya telefonunuzdan şəkil çəkə bilərsiniz. Oppo Realme RMA161 smart saatının daha bir vacib özəlliyi evdəki əşyaları idarə etməsidir. Modelin icazə verdiyi elektronik əşyaları siz saatınız vasitəsilə asanlıqla idarə edə bilərsiniz. Oppo Realme RMA161 14 fərqli idman rejimini dəstəkləyir.
Məşq vaxtı, tempi, yandırılan kalorilərin miqdarı və ürək döyüntüsü kimi dəyərləri anında hesablayan ağıllı saat qaçdığınız və ya gəzdiyiniz zaman düzgün addım sayma alqoritmini aktivləşdirir. Əlaqədar alqoritm qət etdiyiniz məsafəni, sürətinizi, sərf etdiyiniz ümumi vaxtı və addımların sayını düzgün şəkildə hesablayır və ekranda göstərir. Ağıllı saatınızın idman və məşq fəaliyyətinizi izləməsi sizin performansınızı daha da yüksəldir.
Hətta onu sağlamlıq dostu adlandırmaq mümkündür. İdman etmək istəmədiyiniz anlarda və ya ruhdan düşdüyünüz zaman ağıllı saat bildirişləri ilə yenidən hərəkətə keçmək istəyəcəksiniz. Oppo Realme RMA161 modelinin texniki xüsusiyyətlərinə baxdıqda 1.4 düym ekrana və 31 qram çəkiyə malik olduğunu görürük. Ekranın təsvir ölçüsü 320 x 320 piksel-dir. Bluetooth ilə smartfonlara bağlana bilir. Bu ağıllı saat modelinin daha bir üstünlüyü güclü batareya tutumudur. Batareya gücü 160 mAh-a bərabərdir.
RMA161 tam şarj olduqda aktiv halda 7 gündən 9 günə qədər, enerjiyə qənaət rejimində 20 gün istifadə edilə bilər. Android 5.0 və sonrakı əməliyyat sistemi versiyaları ilə tam inteqrasiya təklif edən məhsul ən müasir tətbiqlərdən istifadəni əlçatan edir. Keyfiyyəti ilə seçilən RMA161 ağıllı saat modeli performansı ilə istifadəçiləri məmnun edir.
Qara rəngli bu saatda silikon kəmərdən istifadə edilib və ekranı kənarları yastı düzbucaqlı formasındadır. Görünüşü ilə də istifadəçilər tərəfindən diqqət çəkən Oppo Realme RMA161 smart saat modelini vau.az saytından əldə edə bilərsiniz. Onlayn mağazamızda məhsulun texniki detalları və qiyməti də qeyd olunub.
Daha ətraflı məlumat almaq üçün vau.az saytında Oppo Realme RMA161 məhsulunu axtarışa verə bilərsiniz. Məhsulu almaq qərarına gəldikdən sonra “onlayn sifariş et” butonunu sıxaraq sifarişi reallaşdıra bilərsiniz. Sifarişdən qısa müddət sonra əməkdaşlarımız məhsulu qeyd etdiyiniz ünvana çatdıracaqlar.