Xiaomi 1More E-Joy WOD001 smart saatıdır. Saat xanımlar və bəylər üçün ortaq dizaynda hazırlanıb. Xiaomi 1More E-Joy WOD001 smart saatı telefonla sinxronizasiya olunur və bütün bildirişləri ekranda əks etdirir. Mikrofon və dinamik xüsusiyyətləri olmadığı üçün bu saatlar zənglərə cavab vermək, səsli bildirişlər göndərmək mümkün deyil. Bir çox smart saat modellərində rast gəlinən yuxuya nəzarət və kalori ölçmə kimi funksiyalar Xiaomi 1More E-Joy WOD001 modelində də yer alır.
Saat multi-idman rejimi sayəsində (velosiped sürmə, futbol, iplə tullanma, qaçış və gəzinti) müxtəlif hərəkət növlərini izləmə funksiyaları ilə istifadəçilərin idman fəaliyyətlərinin müntəzəm idarə olunmasına nəzarət edir. Xiaomi 1More E-Joy WOD001 addım ölçən (pedometr) xüsusiyyəti sayəsində istifadəçinin gün ərzində bütün addımlarını qeyd edir. Məsafə ölçmə xüsusiyyəti ilə istifadəçiyə bu addımların neçə kilometrə bərabər olduğunu göstərir. Sağlamlığı dəstəkləyən rejimlərin vacibliyini nəzərə alan şirkət nəbz və qan təzyiqi sensoru funksiyalarını da saatda birləşdirib.
Smart saatların satışını artıran səbəblərdən biri də məhz sağlam həyat tərzi vərdişlərinin yaradılmasıdır. Xiaomi 1More E-Joy WOD001 smart saat modelində də digər məhsullardakı kimi güclü batareya xüsusiyyəti ilə qarşılaşırıq. Batareya tutumu 200 mAh-dır. Saat 15 günə qədər şarj edilmədən istifadə oluna bilir. Batareyada Lithium Ion texnologiyasından istifadə edilib. Bu smart saat modelinin əsas üstünlüklərindən biri Bluetooth ilə istənilən Android əməliyyat sisteminə malik telefona qoşula bilməsidir. Ölçüləri 40 х 40 х 11 mm, çəkisi 58 qramdır. O, 240 x 240 piksel təsvir ölçüsünə malik 1,3 düymlük kvadrat ekrana sahibdir.
Bu səbəbdən ekrandakı hər görüntü və bildirişi aydın şəkildə görmək, oxumaq olur. Xüsusilə mesaj bildirişlərində ekranın böyük olması rahatlıq yaradır. Xiaomi 1More E-Joy WOD001 smart saatının kəməri silikon materialdan hazırlanıb və asanlıqla dəyişdirilə bilir. Saat IP68 suya davamlılıq sertifikatına malikdir. Yağışlı havalarda müxtəlif idman növləri ilə məşğul olanlar rahatlıqla smart saatlarını istifadə edə bilərlər. Xiaomi 1More E-Joy WOD001 qiyməti münasibdir. Təklif etdiyi xüsusiyyətlər qiymətinə uyğundur.
vau.az saytına daxil olaraq siz Xiaomi 1More E-Joy WOD001 smart saat modelinin texniki xüsusiyyətlərini və qiymətini nəzərdən keçirə bilərsiniz. Saytda yuxarda qeyd olunan texniki detalların hər biri əks etdirilib. Məhsulu araşdırdıqdan sonra vau.az onlayn mağazamızdan Xiaomi 1More E-Joy WOD001 smart saatını sifariş edə bilərsiniz. Saat xüsusi zəmanət müddəti ilə sizə təqdim olunur. Şəxsi istəyiniz bu müddəti artıra bilərsiniz.
Məhsulu əldə edərkən sizə 3 fərqli ödəmə imkanı verilir: nağd, hissə-hissə və kreditlə. Özünüzə uyğun ödəmə formasını seçərək saatı sifariş edə bilərsiniz. Ən qısa müddətdə məhsul əməkdaşlarımız tərəfindən qeyd etdiyiniz ünvana çatdırılacaq.