Mi Watch olaraq da tanınan Xiaomi markasına məxsus smart saatlar minimalistik dizaynı ilə seçilir. Xiaomi smart saatlar dizayn cəhətdən düz və sadə xətlərə malikdir. Düzbucaqlı modeldə hazırlanan Xiaomi Mi Watch məhsullarının hazırlanmasında alüminiumdan istifadə edilmişdir. Ekranı isə aşınmaya qarşı davamlı Corning Gorilla Glass şüşəsi əhatə edir. Xiaomi öz məhsullarını öz bazarında təqdim etməzdən əvvəl müntəzəm olaraq dünyanın müxtəlif bölgələrində satışa çıxarmağa diqqət yetirir.
Onun satış istiqaməti rəqibləri ilə müqayisədə bir qədər fərqlidir. Xiaomi ağıllı saat modelləri bir-birindən fərqlənir Onlardan biri də Xiaomi Mi Watch Lite məhsuludur. Bu model rəngli sensor ekrana malikdir. Məhsulun kəmərində silikon materialdan istifadə edilib. Xiaomi Mi Watch Lite 11 fərqli idman növünü izləmək qabiliyyətinə sahibdir. Bu xüsusiyyəti sayəsində istifadəçinin hərəkətlərini izləyir və onları yaxşılaşdırmaq üçün tövsiyələr verir.
İdman növləri arasında üzgüçülük də yer alır. 50 metr dərinliyə qədər suya davamlılıq özəlliyi sayəsində su idman hərəkətlərində də saatdan asanlıqla istifadə etmək mümkündür. PPG sensoru ilə nəbzi ölçür və norma səviyyədən kənar olduqda bu barədə məlumat verir. Həmçinin 30 gün nəbz göstəricilərini yaddaşda saxlayır. Xiaomi digər məhsullarında olduğu kimi Xiaomi Mi Watch Lite ağıllı saatında da batareya tutuma xüsusi diqqət ayırıb.
Saat 9 günə qədər şarj saxlama qabiliyyətinə malikdir. 100 faizlik şarj üçün isə cəmi 2 saat tələb olunur. Xiaomi Mibro Air başqa bir ağıllı saat modelidir. 42 mm diametrə malikdir. Dəyirmi formadadır. Çəkisi 40 qramdır. Ekran xüsusiyyətinə baxdıqda onun 240 x 240 piksel təsvir ölçüsünə sahib olduğunu görürük. Suya davamlılıq xüsusiyyətinə bu məhsulda da rast gəlinir. Ürək ritmini ölçmək, yuxu izləmə və addım sayını ölçmək funksiyaları da Xiaomi Mibro Air modelində yer alır. İdman tərzini sevənlər üçün Xiaomi Mi Watch modelini təklif edir.
Bu model dəyirmi formadadır və 6 fərqli kəmərlə təqdim olunur. İncə və yüngül dizayna malikdir, çəkisi cəmi 32 qramdır. Ekran görüntüsünü 100 fərqli formada təklif edir. Mi Watch modelində batareya gücü daha da artırılaraq 16 günlük istifadəyə uyğunlaşdırılıb. Bu model 117 idman hərəkətini izləyir. Modelin özəlliklərinə siyahısına mesajlaşma da daxil edilib.
Xiaomi smart saat qiymətləri modellərə və xüsusiyyətlərə görə dəyişir. Ümumiyyətlə baxıdqda isə markanın münasib qiymətə yüksək performanslı məhsullar satışa çıxardığını görürük. Məhsullarda istifadə olunan ekranlar çox keyfiyyətlidir. Bu ekran keyfiyyəti və istifadə edilən xüsusiyyətlər qiymətə ən çox təsir edən detallardır. Məhsulun xüsusiyyətlərini funksional hala gətirən sensorlar bu qiymətin başqa bir sütunudur.
Həmin sensorlar kifayət qədər dəqiq və ardıcıl ölçmə aparır. Qiymətə ən çox təsir edən amil məhsulun texniki xüsusiyyətləridir. Daha geniş funksiyalara malik modellər daha yüksək qiymətə təklif olunur. Məhsulun texniki tərəfləri ilə yanaşı onun görünüşü də qiymətə təsir edə bilər. Biri silikon lentli, digəri isə metal lentli iki fərqli ağıllı saat qiymətləndirildikdə onların qiymətləri fərqli ola bilər. Smart saat almazdan öncə vau.az saytına daxil olub müxtəlif Xiaomi smart saat modellərini nəzərdən keçirməyinizi tövsiyə edirik. Onlayn mağazamızda həm qiymətlər və xüsusiyyətlər ilə tanış ola, həm də bəyəndiyiniz məhsulu sifariş edə bilərsiniz.