Huawei fərqli modellərdə smart saat istehsalı ilə seçilir. Markanın saat növləri arasında istər estetik, istər texniki, istərsə də proqram təminatı baxımından hər istifadəçiyə uyğun modeli tapmaq kifayət qədər asandır. Xüsusiyyətləri ilə yanaşı Huawei smart saatların dizaynında da fərqliliklər var. Klassik saatları xoşlayanlar üçün bu tərzə uyğunlaşdırılmış ağıllı saatlar mövcuddur. Texnoloji şəkilləri sevənlər üçün rəqəmsal ekranlı modellər var və bu ekran müxtəlif üsullarla tənzimlənə bilər. Forma baxımından dəyirmi, kvadrat və ya düzbucaqlı modelləri görürük. Saatların kəmər hissəsi də fərqli istifadəçilərin istəklərini nəzərə alaraq hazırlanıb. Məsələn, nazik və ya enli, fərqli rənglərdə saat kəmərlərinə malik modellər var. Bəzi smart saatların qutularında bir neçə kəmər olur. Geyim tərzinizə uyğun olaraq onları asanlıqla dəyişə bilirsiniz. Huawei watch modelləri bir çox ortaq xüsusiyyətlərə malikdir: nəbz sayma, addım ölçmə, yuxu rejiminə nəzarət.
Bu özəlliklərlə yanaşı modeldən asılı olaraq əlavə xüsusiyyətlərin olduğu modellər də mövcuddur: internetə qoşulma, zəngləri cavablama, mesajlaşma və smart köməkçi. İdman sevərlər üçün hazırlanmış smart saat modelləri ən məşhurlar sırasındadır. Həmin modellər qaçış, gəzinti, avarçəkmə, xizək sürmə və üzgüçülük kimi idman növlərinə inteqrasiya oluna bilər və ən az səhv nisbəti ilə kaloriləri ölçə bilər. Ağıllı saatların mühüm xüsusiyyətlərindən biri də suya davamlı xüsusiyyətidir.
Xüsusilə sualtı idman növləri və üzgüçülüklə məşğul olanlar belə modellərə üstünlük verirlər. Ümumiyyətlə isə suya və toza davamlı modellər bir çox istifadəçilər tərəfindən seçilir. Ən yeni modellərdən olan HUAWEI Watch GT 3 modeli də həm dizaynı, həm də idmançılar üçün xüsusi özəllikləri ilə seçilir. Bu modeldə süni intellektin köməyi ilə səs-küylü siqnallar ən optimal formada filtrlənir. Nəticədə gərgin məşq zamanı belə nəbzi dəqiqliklə ölçür.
Saatda hündürlük barometri var, onun sayəsində cari hava təzyiqini və rejimini izləmək mümkündür. Həmçinin ekstremal hava şəraiti başlamazdan əvvəl istifadəçini əsas dəyişikliklər barədə xəbərdar edir. 100-dən çox idman növünü dəstəkləyən HUAWEI Watch GT 3 sağlam həyat tərzi dostu adlandırıla bilər. Huawei smart saat qiymətləri modellərin xüsusiyyətlərinə, əsasən dəyişir. Nəbz və ya addım ölçmə kimi sadə xüsusiyyətlərə malik modellər daha sərfəli qiymətə satışa çıxarılır. Üstün funksiyalı smart saatlar isə nisbətən yüksək qiymətə olur.
Smart saat alarkən hər bir modelin xüsusiyyətlərini nəzərdən keçirməyinizi tövsiyə edirik. vau.az saytına daxil olaraq Huawei smart saatlar bölməsindən brendin çeşidli məhsulları ilə tanış ola bilərsiniz. Burada həm texniki detallar, həm də qiymətlər qeyd olunub. Hər bir detalı ətraflı analiz etdikdən sonra ehtiyacınız olan smart saat modelini asanlıqla seçə bilərsiniz. Onlayn mağazamızda qiymət və xüsusiyyətləri müqayisə edərək optimal variantı seçmək mümkündür. Orijinal Huawei məhsulları həm də müxtəlif zəmanət şərtləri ilə satılır. Hər bir məhsulu əldə etdiyiniz zaman sizə təklif edilən zəmanət talonunda müddəti görəcəksiniz. Əgər siz bu zəmanət müddətini artırmaq istəsəniz, bunun üçün əlavə təkliflərimiz də mövcuddur. Ödəmə formaları isə nağd, hissə-hissə və kreditlə olaraq dəyişir.