Onlar sahib olduqları funksiyalar sayəsində insanların həyatını asanlaşdırır, hətta onlar üçün yeni imkanlar açır. Məsələn, Apple watch modelləri istifadəçilərə ürək sensoru, kompas, akselerometr kimi bir çox xüsusiyyətləri təqdim edir. Bu xüsusiyyətlər sayəsində ürək döyüntüsünə nəzarət, gündəlik atılan addımların sayı, idman edərkən yandırılan kalorilərin miqdarı kimi dəyərlər saat ekranında asanlıqla izlənilə bilər.
Sağlamlıq yönümlü olması insanların bu məsələlərə daha diqqətcil yanaşmasını təmin edir. Apple smart saatların istifadəçilər tərəfindən bəyənilməsinin bir səbəbi də məhz bu faydasıdır. Apple watch həm də mikrofon və dinamikə malikdir, yəni siz telefon zənglərinə saatınız ilə cavab verə bilərsiniz. Daim qolunuzda olan bu saatlar sadəcə zəngləri deyil, bir çox funksiyaları idarə etməyə imkan yaradır. Bildirişləri görmək, müxtəlif tətbiqləri yükləmək və istifadə etmək də mümkündür.
Apple smart saatları arasında müxtəlif modellərə rast gəlmək mümkündür. Apple şirkəti smart saatlarını seriyalı şəkildə buraxır. İlk dəfə 2016-cı ildə Apple Watch Series 1 ilə tanınmağa başlayan Apple ağıllı saatlarının indi çoxlu modelləri mövcuddur. Apple smart saat modelləri arasındakı fərqlər 2-ci seriyadan başlayır. Birinci seriyada suya davamlılıq xüsusiyyəti olmadığı halda, bu xüsusiyyət ikinci və sonrakı seriyalarda yerini alır. Seriyalar arasında fərq yaradan başqa bir amil tutum fərqləridir.
İlk 3 seriya istifadəçilərinə 8 GB tutum təqdim edərkən, sonrakı seriyalarda bu rəqəm artmağa başlayır. 4-cü seriya 16 GB tutum təmin edərkən, 5-ci və 6-cı seriyalar 32 GB tutumla istifadəçilərə təqdim olunur. Hər bir model özünəməxsus xüsusiyyətlərə sahibdir. Məsələn, Apple Watch Series 7, Apple Watch SE və Apple Watch Series 3, ISO 22810:2010 sertifikatına malikdir. Bu o deməkdir ki, bu saat modellərinin 50 metr dərinliyə qədər suya davamlılığı var.
Üzgüçülük və ya bəzi su idman fəaliyyətləri ilə məşğul olanlar həmin modelləri asanlıqla istifadə edə bilərlər. Ən yeni Apple smart saat modellərindən biri Apple Watch Series 7-dir. Bu modelin xüsusiyyətləri ilə ətraflı tanış olaq.
- Apple Watch Series 7 əvvəlki seriya ilə müqayisədə 20% daha böyük ekrana malikdir.
- Çatlamalara, suya və toza qarşı yüksək davamlılığa malikdir.
- Batareya gücü əvvəlki seriya ilə müqayisədə 33% daha çoxdur.
- Qanda oksigen və EKQ proqramı da daxil olmaqla Apple Watch-da indiyə qədər mövcud olan ən qabaqcıl sağlamlıq funksiyalarına sahibdir.
Apple istehsal etdiyi hər yeni modeldə daha innovativ yanaşmalar edir. Buraya xüsusilə həyat standartının artırılması daxildir. Apple Watch qiyməti modeldən-modelə dəyişir. Burada qiymətə təsir edən bir çox amillər var. Məsələn, daha köhnə istehsal ilinə aid model daha aşağı qiymətə təklif oluna bilir. Həmçinin modelin sahib olduğu xüsusiyyətlər də qiymət amilində böyük rol oynayır. Apple Watch SE modeli qiymət cəhətdən daha sərfəli hesab olunur. Buna görə də ən çox satılan modellər arasında yer alır. Daha çox və üstün funksiyaya sahib olan modellər yüksək qiymətə təklif olunur. vau.az saytına daxil olaraq Apple Watch qiyməti ilə tanış ola bilərsiniz. Burada müxtəlif modellər yer alır. Onların texniki xüsusiyyətləri haqqında məlumatı da saytımızdan əldə edə bilərsiniz.