Samsung smart saatlar həyatınızı asanlaşdırır, həm də sizə yeni imkanlar yaradır. Müxtəlif proqramlara girişi mümkün olan saatlar həm sosial həyatınızı, həm də sağlamlığınızı dəstəkləyir. İdman və ürək döyüntülərini izləyə bilən saatlar sayəsində sağlamlığınızı hər zaman nəzarətdə saxlaya bilərsiniz. Yuxu izləmə xüsusiyyətinə malik modellərlə keyfiyyətli yuxu rejiminə sahib ola bilərsiniz.
Bunlar funksiyaların sadəcə ikisidir. Modelindən asılı olaraq smart saatlar istifadəçilərinə müxtəlif imkanlar yaradır. Samsung smart saatların kameralı modelləri də mövcuddur. Bu modellər ilə video zənglər edərkən telefonu axtarmağınıza ehtiyac yoxdur. Saatlara müxtəlif tətbiqlər yükləmək və onlardan istifadə etmək də mümkündür. Samsung smart saatlar incə və xoş dizayna malikdir.
Saatların kəmərləri müxtəlif rənglərdə təqdim olunur və asanlıqla dəyidirilə bilir. Beləliklə siz geyim tərzinizə uyğun olaraq saatınızın rəngini dəyişdirə bilərsiniz. Samsung smart saatların kəmər ölçüləri 42 mm və 44 mm olaraq dəyişir. Bu biləyin ölçüsünə asanlıqla uyğunlaşmanı təmin edir. Həm xanımlar, həm də kişilər üçün dizayn edilmiş Samsung smart saatlar istifadəçilər tərəfindən bəyənilir.
Texniki detallara nəzər salsaq, ən mühüm xüsusiyyəti addımölçən olan bu saatlar həssas aşkarlanması ilə gündəlik hərəkətinizi ölçməyə kömək edir. Smart saatlar hərəkətlə yanaşı nəbz və yuxu rejimini ölçmək kimi xüsusiyyətlərə də malikdir. Bundan əlavə saatınızdan telefonunuza gələn bildirişləri vibrasiya ilə idarə edə bilərsiniz.
Bu bildirişlər yalnız zənglər və mesajlar kimi funksiyaları deyil, həm də sosial mediada aldığınız bildirişləri əhatə edə bilər. Hətta bu saatlar telefonunuzu itirdiyiniz zaman onu asanlıqla tapmağınıza kömək edən bir xüsusiyyətə malikdir. Saatların ən böyük özəlliyi ürək döyüntüsü, yuxu rejimi, addım ölçmək kimi funksiyalarla sağlamlığa dəstək olmasıdır. İdman həvəskarları üçün nəzərdə tutulmuş Samsung smart saat modelləri də var.
Samsung Galaxy Fit smartwatch bütün bədən məlumatlarınızı bir nöqtədən izləmək üçün xüsusi olaraq hazırlanmışdır. Bütün məşq rutininizi izləyə biləcəyiniz bu modellə idman zamanı əldə etmək istədiyiniz məlumatlara tez bir zamanda daxil ola bilərsiniz. İdman üçün nəzərdə tutulan modellərin daha bir üstünlüyü saat korpusunun suya qarşı davamlılığıdır. Məsələn, yağışlı havada qaçmağı sevənlərin saat barədə narahat olmasına ehtiyac yoxdur. Samsung smart saatlar Galaxy Watch seriyası ilə hazırlanır və bu modellərin hər biri istər dizayn, istərsə də texniki xüsusiyyətləri ilə fərqlənir.
Müxtəlif modellər fərqli istifadə məqsədinə uyğun gəlir. Fərqli texniki detallara malik smart saatları seçərkən ən vacib məqam nəyə ehtiyacınız olduğunu müəyyən etməkdir. Siz gündəlik fəaliyyətlərinizi və ehtiyaclarınızı dəqiq müəyyən edib, ən yaxşı texniki detalları olan saatı seçməlisiniz. Bunun üçün vau.az saytına daxil olaraq Samsung smart saatlar bölməsindən fərqli modellərin xüsusiyyətlərini nəzərdən keçirə bilərsiniz.
Daha sonra özünüz üçün vacib olan xüsusiyyətlərə sahib modeli onlayn mağazamızdan sifariş edə bilərsiniz. Smart saat qiymətləri onun texniki xüsusiyyətlərinə əsasən dəyişir. Texniki detallarla yanaşı smart saatların dizaynları da bu qiymətlərin dəyişkən olmasında faktordur. Samsung hər büdcəyə uyğun smart saatlar istehsal edir. vau.az saytında olan endirim və kampaniyaları izləyərək bəyəndiyiniz saatı daha sərfəli qiymətə də əldə edə bilərsiniz.