Qulaqlıq cihaza Bluetooth ilə qoşulur. Bluetooth-u açın, qulaqlığı qutusundan çıxarın. Qoşulma avtomatik aktivləşəcək. İstər qulaqlıqlardan birini, istər hər ikisi istifadə edin. Hər iki halda gözlədiyiniz səs performansı sizi qane edəcək. Galaxy Buds maksimum səviyyədə canlı səsi təmin edir. Bu qulaqlıqlarla musiqi dinləməkdən maksimum zövq alacaqsınız. Onun xüsusiyyətləri ilə yanaşı dizaynı da qüsursuzdur. Qulaqlıq qulaqda tam yerləşəcək və narahatlıq yaratmayacaq formada hazırlanıb. O həm də ideal çəkidə olduğu üçün qulaqda ağırlıq yaratmır. Hər bir qulaqlığın ölçüsü 17.5 x 22.5 x 19.2 mm, çəkisi 5,6 qramdır. Qutusu da yüngül və yığcamdır, rahatlıqla çantanızda və ya cibinizdə daşıya bilərsiniz. Qutusunun ölçüsü 70 x 38.8 x 26.5 mm, çəkisi 39,6 qramdır. Qulaqlıqlar bir dəfə şarj etməklə 6 saat fasiləsiz işləyir.Onların batareya gücü 58 mAh, qutunun batareya gücü isə 252 mAh-dır. Əlavə şarja ehtiyac yaranarsa, onları bir müddət qutusunda saxlamaq və yenidən istifadə etmək mümkündür.
Simsiz qulaqlıqlar ən çox seçilən qulaqlıq modellərindən biridir. Bluetooth ilə qoşulan bu tip qulaqlıqlar çox praktik və yüngül məhsullardır.
Həmçinin səliqəli görüntü yaradır. Samsung Bluetooth qulaqlıqlar fərqli rəng çeşidlərində təqdim olunur. Beləliklə onları tərzinizə rahatlıqla uyğunlaşdıra bilərsiniz.
Qulaqlıq seçimində ən vacib detal, məhsulun səs-küyü ləğv etmə xüsusiyyətinə malik olması və səsi qarşı tərəfə və sizə aydın şəkildə ötürməsidir. Samsung istifadəçilərin rahatlığını maksimum təmin etməyə çalışır desək, yanılmarıq. Telefon zəngləri və ya video danışıqlar zamanı səssiz mühit axtarmağa ehtiyac yoxdur. Yeni nəsil adaptiv ikili mikrofon texnologiyası daxili və xarici səsləri bir-birindən ayırır, danışıqlara mane olan əlavə səsləri ləğv edir. Siz çox səs-küylü məkanda olsanız belə, danışıqlarınızda bu eşidilmir. Xüsusilə küləkli günlərdə bu xüsusiyyət istifadəçilərin köməyinə çatır.
Kabelsiz qulaqlıqlar daha çox seçilən modellər sırasında olsa da, simli qulaqlıqlar da istifadəçilər tərəfindən bəyənilir. Bunun əsas səbəbi qulaqlığın yüksək keyfiyyətdə səs təqdim etməsidir. Həm simli, həm də simsiz Samsung qulaqlıq modellərinə vau.az saytından baxa bilərsiniz. Onlayn mağazamızda məhsulların qiymətləri və xüsusiyyətləri qeyd olunub. Bütün məhsullar orijinaldır və xüsusi zəmanət şərtlərinə malikdir.
Qulaqlıq qiyməti marka və modeldən asılı olaraq dəyişə bilər. Lider markalardan olan Samsung-un istehsal etdiyi Samsung qulaqlıqlarının qiymətləri adətən modelə görə dəyişir. Çox zaman alıcılar qiymətə, əsasən seçim edir. Biz qulaqlıq almağı düşünürsünüzsə, hansı modelə ehtiyacınız olduğunu müəyyən etdikdən sonra büdcənizə uyğun məhsullar arasından seçim etməyinizi tövsiyə edirik. Vau.az onlayn mağazamızın Samsung qulaqlıqlar bölməsində geniş çeşiddə məhsul modelləri ilə tanış ola bilərsiniz. Saytımızda filtr hissəsindən istəklərinizə uyğun məhsulu tapmaq üçün istifadə edə bilərsiniz. Burada sizin üçün vacib xüsusiyyətləri qeyd etməyiniz kifayətdir. Qulaqlıqların xüsusiyyətləri qiymətlərə təsir edən ən mühüm amildir. Ümumiyyətlə, simli qulaqlıqlar Bluetooth və simsiz qulaqlıqlardan daha sərfəlidir. Bu modellər öz aralarında da fərqli növlərə bölünür və hər birinin müxtəlif xüsusiyyətlərə malik məhsulları mövcuddur.
Qulaqlıq seçimi zamanı nələrə diqqət etməli olduğunuzu öyrənmək üçün bu haqda yazılmış məqaləmizi oxuya bilərsiniz. Bəyəndiyiniz məhsullar arasında seçim etmək sizin üçün çətindirsə, vau.az əməkdaşlarına müraciət edə bilərsiniz. Onlar daim sizə köməklik göstərməyə hazırdırlar!