Cari halda aktiv məhsul mövcud deyil
Qulaqlıqlar sahəsində AirPods geniş çeşiddə məhsulları ilə fərqlənir. Ümumiyyətlə bu qulaqlıqlar 2-ci nəsil, 3-cü nəsil, Pro, Max kimi kateqoriyalara bölünür. Hər bir kateqoriyaya daxil olan məhsullar müxtəlif xüsusiyyətlərə malikdir.
Həmin xüsusiyyətlərə ümumi nəzər salaq.
AirPods -larda ilk diqqətimizi çəkən özəllik səs-küy ləğvetmə funksiyasıdır. Bu xüsusiyyət sayəsində dinlədiyiniz musiqidən, podkastdan maksimum zövq alacaqsınız. Apple bəzi məhsullarında səs-küyün ləğvi performansı üçün iki mikrofondan, daxili və xarici mikrofondan istifadə edir.
Əksinə, siz ətrafdakı səsləri eşitmək istəyirsinizsə, qulaqlığı şəffaf rejimə dəyiə bilərsiniz. Şəffaf rejimə keçdiyiniz zaman AirPods kənar səslərin qulaqlarınıza çatmasına imkan verir. Beləliklə, ətrafınızda baş verənləri eşidə və xarici dünya ilə əlaqə saxlaya bilərsiniz. Xarici və daxili mikrofonlar sayəsində AirPods silikon ucların təmin etdiyi səs izolyasiyasını söndürə bilər. Speech Boost funksiyası isə AirPods Pro-nu qarşınızda danışan şəxsə yönəldir və səs-küylü mühitlərdə üz-üzə söhbətlərdə deyilənləri eşitməyi asanlaşdırır. Bu özəlliyi alqışlaya bilərik!
AirPods qutusundan üç müxtəlif ölçülü silikon ucları ilə təqdim edilir. Bu silikon ucluqlar qulağa tam oturacaq formada dizayn edilib. Onlar həmçinin səs-küyün ləğvi üçün izolyasiyanı təmin edir.
AirPods qulaqlıqlarda çox bəyənilən özəlliklərdən biri də əlbəttə ki, Siri-dir. Hər hansı funksiyanı yerinə yetirmək üçün Siri-yə müraciət etməyiniz kifayətdir. Sadəcə olaraq “Hey Siri” deyərək səs səviyyəsini tənzimləmək, mahnını dəyişdirmək, zəng etmək mümkündür. Siz AirPod-ları bir və ya hər iki qulaqda istifadə edə, musiqi və ya podkastlara qulaq asarkən səsi oxutmaq və ya digərinə keçmək üçün iki dəfə toxuna bilərsiniz.
AirPods bir dəfə tam şarj etməklə 5 saata qədər dinləmə və 3 saata qədər danışıq müddəti təklif edir. Şarj qutusu yanınızdadırsa, bu müddəti artıra bilərsiniz. 24 saatdan çox dinləmə müddəti təklif edən şarj qutusu ilə lazım olduqda qulaqlıqlarınızı dərhal şarj edin. Onu qutusunda 15 dəqiqə doldurmaqla 3 saat dinləmə və ya 2 saat danışıq vaxtı əldə edə bilərsiniz. Şarj özəlliyi qulaqlıq modellərinə görə dəyişə bilər.
Apple qulaqlıqlar erqonomik dizaynı ilə də fərqlənir. Qulaqda rahat oturması, yüngül çəkisi və qüsursuz görüntüsü məhsulu seçilənlər sırasına daxil edir. Məhsul çeşidində həmçinin fərqli rənglər də təqdim olunur. Bu aksesuarı tərzinə uyğunlaşdırmaq istəyənlər üçün əlverişli hesab olunur.
Apple Adaptive EQ funksiyasını təmin etmək üçün H1 çipindən istifadə edir. Adaptive EQ ilə mikrofon səsə nəzarət edir və sonra aşağı və orta tezlikləri sazlayır ki, hər bir istifadəçi qulaq ölçüsünə və formasına görə ən yaxşı səsi əldə etsin.
Apple AirPods-ları həm də suya qarşı davamlı istehsal edir. Yağışlı havalarda da onlardan rahatlıqla istifadə edə bilərsiniz. Su qulaqlıqlara heç bir əks təsir göstərməyəcək. İdmanla məşğul olan zaman kabelsiz qulaqlıq istifadə etmək artıq vərdişə çevrilib. Apple suya davamlılıq xüsusiyyətini AirPods-lara əlavə edərək bu vərdişi daha daha möhkəmləndirib deyə bilərik.
Sizin üçün fərqli nəsil AirPods məhsullarının xüsusiyyətlərini sadaladıq. Bunlardan əlavə hər bir məhsula xas ayrıca özəlliklər də mövcuddur. Əgər AirPods almaq haqqında düşünürsünüzsə, vau.az saytına daxil olmağınızı tövsiyə edirik. Burada Apple qulaqlıqlar haqqında məlumat və qiymətlər qeyd olunub.