Cari halda aktiv məhsul mövcud deyil
İnkişaf edən texnologiya sayəsində Lenovo planşetləri zamanla masaüstü kompüterlərin və noutbukların işini yerinə yetirmək üçün təchiz edilmişdir. Əlavə olaraq asan daşınması, yüngüllüyü və estetik dizaynı məhsulun istifadəçilərinə təklif olunan digər üstünlüklər arasındadır. Lenovo zaman keçdikcə kompüter funksiyalarını planşetə daşımağa çalışıb. Təbii ki, burada müəyyən fərqlərin olması qaçılmazdır, amma bunu ən yaxşı formada reallaşdırdığını demək mümkündür.
Lenovo planşetlər artıq kompüterlərdə mövcud olan bir çox funksiyalara sahibdir və istifadəçilərin işlərini daha asan formada həll etməsinə dəstək olur. Bu məhsullar istifadəçilərinin ehtiyac duyduğu zəruri vizual dizaynın və ya gündəlik iş rejiminin tələblərini ödəmək qabiliyyətinə malikdir. Portativ, yüngül və estetik dizaynına əlavə olaraq texniki xüsusiyyətləri və yüksək texnologiyası Lenovo planşetlərinin bir çox istifadəçinin ilk seçimi olmasının əsas səbəbləridir.
Lenovo planşetlərinin qrafik xüsusiyyətləri sayəsində istifadəçilər lazımi şəkilləri düzəltmək, videoları montaj etmək kimi yüksək qrafik tələbləri olan işləri asanlıqla yerinə yetirə bilərlər. Lenovo müxtəlif planşet növləri təqdim edir. Onlar funksiyalarına görə fərqli istifadəçilərə xitab edir və müxtəlif tələbləri qarşılayır. Məsələn, Lenovo Tab 3 münasib qiyməti ilə seçilir. 1.3 GHz tezlikli dörd nüvəli prosessor, iki kamera və 10 saatlıq ömrü olan bir batareya daxil olmaqla, Lenovo bütün bunları yalnız 300 qram ağırlığında olan 7 düymlük bir planşetə yerləşdirməyi bacarır.
Tab3 8 GB yaddaşa malikdir və bunu SD kart vasitəsilə 64 GB-a qədər artırma imkanı var. Digər bir model olan Tab4 8 düymlük HD ekranda 1280 × 800 görüntü keyfiyyətinə malikdir. Bu da istifadəçilərə keyfiyyətli izləmə təcrübəsi yaşadır. Lenovo Tab 4-də təklif olunan Dolby Atmos audio imkanı əyləncə şansını artırır. Tab 4-ə əlavə edilən digər bir özəllik hər bir şəxs fərdiləşdirmə və məxfilik üçün parol qorunması ilə ayrı bir hesab yarada bilər. Bu xüsusiyyəti adətən noutbuklarda görməyə vərdiş etmişik.
İndi isə Lenovo planşetlər də istifadəçilərə bu imkanı yaşadır. Təkmilləşdirilmiş prosessor və artan RAM imkanları ilə Lenovo Tab4 istifadəçilərin həyatını asanlaşdırır. Lenovo Tab 10 demək olar ki, 10 düymlük Tab 4 modeli ilə eynidir. Tab 10-da yer alan fərdiləşdirilmiş hesablar valideynlərə uşaqlar üçün məhdudiyyətlər qoymağa imkan verir. Texniki xüsusiyyətləri və qiymət Tab 4 və ya Tab 10 əldə etmək istifadəçilərin şəxsi seçim etməsinə imkan yaradır. Lenovo planşet qiymətləri məhsulların fiziki və texniki xüsusiyyətlərinə əsasən təyin olunur. Planşet qiyməti təyin olunarkən ekranın ölçüsü, ram, rəngi, batareya tutumu və digər xüsusiyyətlər nəzərə alınır.
Daha yüksək keyfiyyətli şəkillərin yaradılmasına imkan verən yüksək qrafik kartları, daha sürətli işləməyə imkan yaradan güclü əməliyyat sistemi və daha güclü RAM qiymətə təsir edən amillər sırasındadır. Alıcılar istifadə məqsədindən asılı olaraq ehtiyaclarını qarşılayan planşeti təyin edə bilərlər. Əgər film izləmək və ya görüntülü zənglər etmək ehtiyaclarınız arasındadırsa, böyük ekran ölçüsünə malik planşet əldə etməyiniz tövsiyə olunur. vau.az saytında fərqli tələblərə cavab verən müxtəlif planşet modelləri yer alır. Planşet qiymətləri də saytda hər bir məhsul üzrə qeyd olunub.