Bu Hansa plataryuyan modeli gözəl görüntüyə və xoş dizayna malikdir. Alıcılar artıq modelin funksionallığı ilə yanaşı görüntüyə də xüsusi diqqət edir. Gözəl dizayn interyeri daha da qüsursuz edir. Həmçinin paltaryuyan qapağının ölçüsü olduqca uğurludur. Asanlıqla açılıb bağlanan qapının geniş ölçüsü əşyaları daxil edərkən və çıxararkən böyük rahatlıq yaşadır. Modelin yuyucu toz qabını asanlıqla çıxarmaq və yumaq mümkündür. Tutumu 7 ka-q bərabərdir. Bu da birdəfəlik yumada əşyaların hamısını yerləşdirməyə imkan verir.
Bir çox istehlakçıların ortalama paltaryuyan tutumu seçimi 7 kq-a bərabərdir. Hansa whc1246 paltaryuyan maşın modelində proqramların sayı istehlakçıların ən çox bəyəndiyi xüsusiyyətlərdən biridir. Burada fərqli və rahatlığı təmin edən proqramlar mövcuddur: sürətli yuma (15 dəqiqə ərzində), allergiyaya qarşı xüsusi həssaslıq, əl ilə yuma, idman və ya yun geyimləri və s. Fərqli yuma rejimləri əşyaları tələb olunan dərəcədə yumağa və onların zərər görməməsini təmin edir. Hansa markasının bu modeli həm də suya və enerjiyə qənaət edərək istehlakçıların büdcəsinə dəstək olur.
Uzunmüddətli istifadə dövründə büdcəyə qənaət etmək mümkündür. İstehsalçının bəyənilən paltaryuyan modellərindən biri də Hansa whc1038 məhsuludur. Bu modelin bəyənilən özəlliyi çoox sayda yuma proqramının mövcudluğu və burada 15 dəqiqəlik yuma rejiminin yer almasıdır. Həmçinin 6 kq-lıq tutuma malik olması da müştərilər tərəfindən bəyənilən xüsusiyyətlərdən biridir. Paltaryuyan maşın alarkən diqqət etməli olduğunuz bəzi məqamlar var. Paltaryuyan maşın seçərkən onlarla yeni nəsil xüsusiyyətləri arasında qərarsız qala bilərsiniz. Buna görə də prioritetlərinizi və ehtiyaclarınızı əvvəlcədən təyin etməlisiniz.
Bu gün 5 kilodan 12 kq-a qədər olan paltaryuyan maşınlar istehsal olunur. Orta çəki üçün ideal tutum 8 kq hesab olunur. Əgər ailəniz daha az saydan ibarətdirsə, az tutuma malik məhsul seçməyiniz tövsiyə olunur. Daha geniş ailəniz və uşaqlarınız varsa, yüksək tutuma malik paltaryuyan seçə bilərsiniz. Həmçinin həftə ərzində nə qədər əşya yuduğunuzu nəzərə almaq da seçimdə işinizi asanlaşdıracaq. Günümüzdə paltaryuyan maşınlar hər cür ləkələrə və materiallara uyğun yuma parametrləri ilə istehsal olunur. Bu istifadəçi üçün böyük rahatlıq deməkdir. Yuma rejimlərində diqqət etməli olduğunuz ilk nüans qısa proqramlarda xüsusi bir seçim imkanının olub olmamasıdır.
Yəni özünüz təyin edə biləcəyiniz meyarlara görə 15 və ya 30 dəqiqəlik proqramlarda dəyişiklik edə bilirsinizmi? Digər tərəfdən hər bir parça növünün fərqli yuyulma texnikasına malik olduğunu unutmaq olmaz. Pambıq, sintetik, ipək, yun və s. Hər biri üçün xüsusi bir proqramın olub olmadığını yoxlamaq tövsiyə olunur. Həmçinin əl ilə yuma, ütü rejimi və durulama kimi seçimlər də çox vacibdir. Bu meyarlara əsasən paltaryuyan maşın qiymətləri bir-birindən fərqlənir. Başqa bir məqam qurutma xüsusiyyətidir.
Qurutma üçün kifayət qədər yeriniz yoxdursa, bu xüsusiyyətə malik bir paltaryuyan maşın işinizi asanlaşdıra bilər. Həm də işinizi daha qısa zamanda bitirmiş olarsınız. Qurutma özəlliyinə malik paltaryuyan maşın qiymətləri nisbətən yüksək olur. Bunu da nəzərə almalısınız. Paltaryuyan maşının barabanının materialı da vacib məsələlərdən biridir. Paslanmayan polad material davamlılıq baxımından bir addım öndədir. Digər tərəfdən son illərdə daha çox populyarlaşan plastik material həm səs-küyün qarşısını alır, həm də xərcləri azaldır. vau.az saytına daxil olaraq istədiyiniz növ paltaryuyan maşın modelləri haqqında məlumat əldə edə bilərsiniz.