Cari halda aktiv məhsul mövcud deyil
Bu nüanda diqqət edən alıcılar üçün Indesit fərqli modellər təklif edir. Paltaryuyan maşın qiymətləri modelə və xüsusiyyətlərə əsasən dəyişir. Qiymətə təsir edən əsas amillər sırasında maşının tutumu yer alır. Paltaryuyanların tutumları kq ilə ölçülür və fərqli çəkilərdə olur. 6 kq-dan 10-12 kq-a qədər olan modellər mövcuddur. Tutumluluq artdıqca paltaryuyanların qiymətləri də yüksək olur. Qiymətlərə böyük təsir edən digər xüsusiyyət paltaryuyanın funskiyalarıdır. Məsələn, antibakterial texnologiya kimi daha çox gigiyena təmin edən paltaryuyan maşınların qiyməti fərqli ola bilər.
Bu fərq qurutma və ütü imkanı verən paltaryuyan maşınlara da aid edilə bilər. Həyat imkanlarını artıracaq hər bir funksiya maşının qiymətində öz təsirini göstərir. Proqramların çoxluğu, buxar yuma, əlavə durulama və suda gözlətmə kimi bir çox xüsusiyyətlər də qiymətlərin təyin olunmasında mühüm rol oynayır. Enerjiyə və suya qənaət edən paltaryuyan maşın modelləri də mövcuddur, bu məhsulların da qiyməti digərlərindən fərqlənir. Paltaryuyan maşın seçərkən bəzi məqamlara diqqət etmək vacibdir. Əvvəlcə neçə kq tutuma malik maşın alacağınıza qərar verməlisiniz. Kiçik ailəniz varsa, 5-6 və ya 7 kq tutumlu bir maşın kifayətdir. Böyük bir ailəniz varsa, 8 və ya 9 kq tutumlu bir maşın almağınız tövsiyə olunur. Həmçinin yuma üçün böyük əşyalarınız varsa, yüksək tutuma malik paltaryuyan seçməyiniz tövsiyə olunur. Zəmanət müddəti vacib bir məsələdir.
Maşınınızın hər hansı bir hissəsi nasaz olarsa, zəmanət müddəti ərzində verilən xidmətlərdən pulsuz xidmət ala bilərsiniz. 10 illik mühərrik zəmanəti +4 və ya +5 illik zəmanət seçimləri olan markalar da var. Əlavə ödəniş edərək onları da əldə edə bilərsiniz. Bəzi yeni paltaryuyan maşınlarda xüsusi materialdan istifadə olunmuşdur, bu da paslanmanın qarşısını alır. Bu, uzunmüddətli istifadə üçün vacib bir məsələdir. Barabanın quruluşu da diqqət yetirmək tövsiyə olunur Məsələn, barabandakı kiçik dəliklər paltarlara ziyan vurmadan yuma prosesini həyata keçirməyə imkan yaradır.
Paltaryuyan maşın modellərində fırlanma sürəti də önəmli nüansdır. Ortalama 1200 rpm-ə malik paltaryuyan kifayətdir. vau.az saytına daxil olaraq bir-birindən fərqli Indesit paltaryuyan modellərinə baxa bilərsiniz. Saytda hər bir modelin xüsusiyyətləri və qiymət əks olunub. Xüsusiyyətlərinə əsasən necə bir modelə ehtiyacınız olduğunu müəyyən edə bilərsiniz. Həmçinin saytda bəyəndiyiniz bir neçə məhsulu müqayisə edərək sizin üçün ən uyğun məhsulu seçə bilərsiniz. Qiymət sizin üçün vacib faktordursa, saytdakı filtr funksiyasından istifadə edə bilərsiniz.
Burada minimum və maksimum qiyməti qeyd edərək axtarış etsəniz, sizin büdcənizə uyğun məhsullar çıxacaq. Beləliklə axtarış üçün daha az vaxt sərf edərək ən uyğun məhsulları tapa biləcəksiniz. vau.az saytından aldığınız məhsullar üçün fərqli zəmanət müddətləri təklif olunur. Zəmanət seçdiyiniz markadan asılı olaraq dəyişir. Həmçinin fərqli zəmanət müddətləri də əlavə edə bilərsiniz. vau.az saytında alış-veriş zamanı 3 fərqli ödəmə imkanı mövcuddur: nağd, hissə-hissə və kreditlə.