Cari halda aktiv məhsul mövcud deyil
Paltaryuyan alarkən ilk qərar verməli olduğunuz nüans neçə kq-lıq olmasıdır. Paltaryuyan tutumu ailədəki fərdlərin sayına əsasən müəyyən edilir. Əgər 2 nəfərlik bir ailəniz varsa, 4 kq tutumluluğa malik paltaryuyan maşın sizin üçün kifayətdir. 3-5 nəfərlik ailə üçün 6 kq ideal hesab olunur. Daha geniş ailəniz, uşaqlarınız varsa 8 kq və daha çox tutumluluğa malik paltaryuyan seçimi etməyiniz tövsiyə olunur. Paltaryuyanın tutumu niyə vacibdir? Burada 2 əsas nüans var: birincisi yuyacağınız əşyaların ölçülərini qarşılaması sizin rahatlığınız üçün önəmlidir.
İkinci amil isə paltaryuyan maşın qiymətləri ilə bağlıdır. Qiymətlər tutumluluqla münasib qaydada artır. Siz ehtiyacınız olmadığı halda yüksək tutumluluğa malik paltaryuyan alsanız, bunun üçün daha çox büdcə ayırmalı olacaqsınız. Bu səbəbdən ən uyğun tutumluluğa malik cihazı seçmək çox önəmlidir. Paltaryuyan seçimi zamanı digər önəmli məqam onun proqramlarının sayı və növləridir.
Burada fərqli seçimlər mövcuddur. Həssas yuma, uşaq geyimləri üçün yuma rejimi, əl ilə və ya sürətli yuma proqramları mövcuddur. Proqramlarla tanış olmaq və özünüzə uyğun olanı seçmək işlərinizi asanlaşdıracaq. Bütün Schaub Lorenz paltaryuyan modellərində tapa biləcəyiniz bəzi proqramlar mövcuddur. Pambıq – bu rejim 90 dərəcəyə qədər istilikdə yuma və yüksək sıxma təklif edir. Bu rejimdə pambıq geyimləri, çarşaf dəstləri yuya bilərsiniz. Sintetik yuma rejimi də hər növ paltaryuyan maşınlarda tapılan proqramlardan biridir. Burada geyimləri 60 dərəcə istiliyə qədər yumaq mümkündür. Ən çox istifadə edilən yuma rejimlərindən biridir. Yun əşyalar üçün isə Schaub Lorenz paltaryuyan modelləri 40 dərəcəyə qədər istilik təklif edir. Yun əşyalar yüksək istilikdə yuyularsa, yığıla və ölçüsünü dəyişə bilər.
Buna görə yun yuma rejimində dərəcə daha aşağıdır və baraban yavaş hərəkət edir. Nəticədə əşyalar zərər görmür. Paltaryuyan maşınlarda gördüyümüz yuma rejimlərindən biri də həssas proqramdır. Bu yuma rejimi ipək, şifon, saten kimi parça növləri üçün nəzərdə tutulmuşdur. Ən çox yayılmış Schaub Lorenz paltaryuyan modellərindən biri SLW MW6110-dir. Dizayn mükəmməldir və maşın yüksək keyfiyyətli metaldan hazırlanıb. Bu modelin fərqli rəng çeşidləri var: ağ, qırmızı, gümüş, qəhvəyi və hətta qara. Müxtəlif rənglər onun istənilən interyerə uyğunlaşmasını təmin edir. Xüsusilə fərqli rəngdə paltaryuyan axtaranlar üçün bu ideal seçimdir.
6 kq tutuma malikdir və dövrlərin sayı maksimum 1000-dir. Bu da səssiz rejimdə işləməsinə imkan yaradır. Yataq dəstləri, denim, zərif parçalar, yun və pambıq, qarışıq parçalar, və digər parçalar üçün xüsusi yuma rejimlər mövcuddur. Burada həmçinin qənaətli yuma, sürətli yuma, qırışa qarşı seçim, uşaq izolyasiyası, balanssızlığa nəzarət və köpük səviyyəsinə qənaət etmək imkanı var. Schaub Lorenz fərqli paltaryuyan maşın modelləri ilə seçilir. Onlarla tanış olmaq və ətraflı məlumat əldə etmək üçün vau.az saytına daxil ola bilərsiniz.
Burada hər bir model haqqında məlumat və paltaryuyan maşın qiymətləri qeyd olunub. Hər birini araşdıraraq özünüz üçün ən uyğun modeli asanlıqla seçə bilərsiniz. Saytda qeyd olunan ətraflı məlumat və xüsusiyyətlər sizin seçim etməyinizə kömək olacaq.