Ən son texnologiya ilə istehsal edilən bu paltaryuyan maşınlar xüsusiyyətləri, modelləri, rəngləri və zərifliyi ilə ön sıradadır. Düşünülmüş dizaynı ilə LG paltaryuyanlar istifadə edildiklri interyerdə xoş görüntü yaradır. Ən müasir LG paltaryuyan maşınları müxtəlif kateqoriyalara və modellərə bölünür. Onlar kq, rəng, model, çəki, qiymət, daxili həcm, genişlik və tutum kimi fərqli xüsusiyyətlərə və standartlara malikdir.
Bu fərqli xüsusiyyətlər onların keyfiyyətinə heç bir təsir göstərmir. LG paltaryuyan maşın modellərini fərqləndirən bir xüsusiyyət də onların yüksək funksionallığıdır. LG markasının ən çox seçilən modellərindən biri "F4R5VGW0W" modelidir. "F4R5VGW0W" modeli 9 kq yuma və 5 kq qurutma il’ təmin edir. 18% daha çox parça qorunması xüsusiyyətinə sahibdir. Steam, WiFi və AI DD proqramları var. 1400 rpm gücünə malikdir.
AI DD sistemi sayəsində əşyalar üçün ən uyğun proqramı seçir, nəinki çəkisini, həm də parçanın yumşaqlığını təyin edir. Beləliklə, hansı proqramda işləməli olduğuna özü qərar verə bilir. Ola bilər ki, siz geyimlər üçün düzgün yuma proqramını seçməkdə qərarsızsınız. Bu funksiyalar sayəsində avtomatik seçimə güvənmək işinizi asanlaşdırar. Wifi sayəsində evdə olmadığınız vaxtlarda da bütün xüsusiyyətlərə nəzarət edə bilərsiniz. 9 kq tutumlu LG paltaryuyan maşınının ölçüsü 600 x 850 x 620 mm -dir.
Ən son texnologiyanın məhsullarından biri də LG Twin Load paltaryuyan maşınıdır. LG Twin Load seriyalı paltaryuyan maşınlar və quruducular işinizi ikiqat asanlaşdırır. Seriyadakı paltaryuyan maşınların TwinWash texnologiyası dünyada ilk dəfə olaraq LG tərəfindən tətbiq olunur. Bu texnologiya eyni vaxtda iki ayrı yuma etməyə imkan verir. Təsəvvür edin növbəti əşyaları yumaq üçün bir neçə saat gözləməli deyilsiniz.
Eyni anda iki yumanı etmək çox asandır. Adi bir paltaryuyan maşına bənzəyən cihazların yuxarı hissəsinin alt hissəsində TwinWahs Mini adlı ayrı bir bölmə də var. Üst hissədə gündəlik paltarlarınızı, yorğan və çarşaf kimi ev tekstil məhsullarını, alt hissəsində isə körpə paltarları, dəsmal və ya ağlar kimi daha incə paltarlarınızı yuya bilərsiniz. Seriyanın bəzi məhsullarında qurutma prosesini də edə bilərsiniz.
Paltaryuyan maşın qiymətləri modellərə və xüsusiyyətlərə görə dəyişir. Twin Load seriyasına malik paltaryuyanların qiyməti digərlərindən fərqli ola bilər. Hər yeni seriya məhsullar əvvəlkindən daha üstün funksiyalar təklif etdiyi üçün onların qiyməti daha fərqli olur. LG paltaryuyan maşınlarının son modelləri 6 Motion Direct Drive, TruStream, Smart Diagnostics kimi yenilikçi xüsusiyyətləri və yüksək enerji qənaəti funksiyalarını birləşdirir.
Əl yuma hərəkətlərindən ilham alınaraq hazırlanmış 6 Motion xüsusiyyətinə sahib modellər fərqli baraban hərəkətləri və müxtəlif yuma proqramları üzrə fərqli hərəkətlər tətbiq edir. TruStream xüsusiyyətinə malik modellər allergenlərə qarşı yumanı təmin edir. TruStream yuma rejimi ev heyvanlarının tüklərindən və tozlardan təmizlənməni həyata keçirir.
LG paltaryuyan maşın modelləri bir-birindən fərqli xüsusiyyətlərə sahibdir. Ən yaxşı paltaryuyanı tapmaq üçün sizin üçün vacib olan xüsusiyyətləri müəyyənləşdirib həmin özəlliklərə sahib modeli seçməlisiniz. vau.az saytına daxil olaraq müxtəlif LG paltaryuyan maşın modellərinə baxa bilərsiniz. Paltaryuyan maşın qiymətləri sizin üçün önəmli faktordursa, qiymət filtrini aktivləşdirərək özünüz üçün uyğun büdcəniz qeyd edə bilərsiniz.