Paltaryuyan maşın çeşidlərində də öz fərqliliyini göstərən marka müxtəlif modellər təklif edir. Hər bir model fərqli xüsusiyyətlərə və funksiyalara malikdir. Paltaryuyan almazdan öncə ehtiyacınız olan xüsusiyyətləri dəqiqləşdirməyiniz və ona uyğun model seçməyiniz tövsiyə olunur. İlk öncə neçə kq-lıq paltaryuyana ehtiyacınız olduğunu dəqiqləşdirməlisiniz. Electrolux paltaryuyan maşın 7 kq, electrolux paltaryuyan maşın 9 kq, Electrolux paltaryuyan maşın 10 kq kimi tutum variantları mövcuddur.
Ehtiyaclarınıza uyğun olaraq müxtəlif tutumlu paltaryuyan maşınlardan birini seçə bilərsiniz. Əgər ailəniz genişdirsə və ya geyimləri toplayıb bir müddətdən yuyursunuzsa, bu zaman böyük tutuma malik paltaryuyan seçməyiniz məsləhətdir. Əksinə kiçik ailəniz varsa və ya geyimləri çox tez-tez yuyursunuzsa, bu zaman daha az tutumlu paltaryuyan seçə bilərsiniz. Bəzi paltaryuyan maşınlar əşyaların quru və ya yaş olmasına əsasən çəkini təyin edir.
Ona görə modelin xüsusiyyətləri ilə maraqlanarkən bu məqamı da dəqiqləşdirməlisiniz. Həyatınızı asanlaşdıracaq məhsullardan biri də qurutma və yuma xüsusiyyətlərini birgə təqdim edən paltaryuyan modelləridir. Bu məhsullar həm məkana, həm də zamana qənaət edir. Xüsusilə soyuq və ya yağışlı günlərdə əşyaları qurutmaq problem kimi görünür. Electrolux bəzi paltaryuyan modellərinə qurutma funksiyasını da əlavə etməklə istehlakçılara daha yüksək xidmt göstərir.
Paltaryuyan maşının xüsusiyyətlərində ən vacib məqamlardan biri satın alınan paltaryuyan maşının enerji qənaət sisteminə sahib olmasıdır. Enerji qənaət sistemi olan elektronik məhsullar elektrik enerjisinin minimuma endirilməsini təmin edərək normaldan daha az enerji istehlak edir. Bu isə uzunmüdətli dövrdə enerji sərfiyyatının xeyli azalması deməkdir. Paltaryuyanlar uzun illər istifadə olunan məhsullar olduğundan həmin illər ərzində az enerjinin istehlakı büdcəyə qənaət edir.
Enerji qənaət sistemində daha çox A enerji sinfi xüsusiyyətinə malik ,elektronik məhsullara eləcə də A+, A ++, A +++ kimi artan enerji qənaətinə malik məhsullara üstünlük verilir. Paltaryuyan maşınlarda su və elektrik istifadəsi baxımından enerji qənaəti çox vacibdir. Enerjiyə qənaət edən məhsullara yalnız büdcə üçün deyil, həm də ekoloji cəhətdən təmiz olduğu üçün üstünlük verilir. Paltaryuyan maşınlar məişət və sənaye tipi olmaqla iki qrupa bölünə bilər. Sənaye tipli paltaryuyan maşınlara sənaye paltaryuyan maşınları da deyilə bilər.
Electrolux sənaye paltaryuyan maşınının ev paltaryuyan maşınlarından ən böyük fərqi daha çox əşya yuma qabiliyyətinə sahib olmasıdır. Yəni bu məhsulların tutumu daha yüksəkdir. Paltaryuyan maşın qiymətləri modelin xüsusiyyətlərinə görə dəyişir. Burada istehlakçı rahatlığını təmin edən və son illərdə əlavə edilən xüsusiyyətlər varsa, qiymətlər daha yüksək ola bilir. Məsələn, qurutma rejimi, həssas geyimlər üçün yuma funksiyası və ya ütü rejimi olan məhsulların qiymətləri fərqlidir.
Qiymətə təsir edən amillərdən biri də paltaryuyan maşında olan proqramların sayıdır. Onların sayı artdıqca qiymət də arta bilir. Həmçinin məhsulun tutumu da qiymətə təsir göstərir. Daha yüksək tutumluluğa malik paltaryuyan axtarışındasınızsa, bunun üçün daha çox büdcəyə ehtiyacınız ola bilər. Tutumluluq qiymətə təsir edən əsas amillərdən biridir. vau.az saytına daxil olaraq müxtəlif növ paltaryuyan maşın modelləri ilə tanış ola bilərsiniz. Burada məhsulların xüsusiyyətləri və qiymətlər haqqında ətraflı məlumat qeyd olunub.