Cari halda aktiv məhsul mövcud deyil
Poco M3 Dizaynı
Xiaomi Poco M3 telefon modelinin istehsalında möhkəm plastikdən istifadə edilib. Bu material kifayət qədər dözümlüdür. Telefonun arxa hissəsində xüsusi tekstura var, bu da korpusu cızıqlardan və barmaq izlərindən qoruyur. Arxada istifadə olunan tekstura telefonu olduğundan bahalı göstərir. Ön hissədə Corning Gorilla Glass 3 şüşəsindən istifadə edilib. Bu şüşə zərbələrə qarşı davamlıdır. Güc və səs düymələri sağda yerləşir. Güc düyməsinə barmaq izi skaneri inteqrasiya olunub. Poco M3 əsas mikrofon və dinamiklə birlikdə çərçivənin altındakı USB Type-C portuna malikdir. Sol tərəfdə SİM kart yeri və audio yuvası yerləşir. Poco M3 sarı, qara və mavi rənglərdə satışa çıxarılıb. Telefonun ölçüləri 162.3 x 77.3 x 9.6 mm, çəkisi 198 qramdır. Telefonun 4 GB və 6 GB RAM ölçülərinə malik iki fərqli modeli mövcuddur. Yaddaş seçimləri 64 GB və 128 GB olaraq dəyişir. Ekran 6.53 düymdür, Full HD+ görüntü təklif edir. Ekranın təsvir ölçüsü 1080 x 2340-dır.
Poco M3 Barateya gücü
Poco M3 5000 mAh batareya gücünə malikdir.İntensiv istifadə zamanı gün ərzində 100 faizlik şarj sizə kifayət edəcək. Oyun oynamaq və video izləmək kimi şarja daha çox təsir edən fəaliyyətlər ilə məşğul olmadığınız zaman isə 1.5 gün asanlıqla istifadə edə bilərsiniz. Telefonda sürətli şarj dəstəyi mövcuddur. 18 Vt adapter sürətli şarjdan yararlanmaq üçün kifayət edəcək.
Poco M3 Kamera keyfiyyəti
Poco M3-ün arxa hissəsində 48 meqapiksellik əsas kamera, 2 meqapiksellik makro kamera və 2 meqapiksellik dərinlik sensorundan ibarət üçlü kamera yerləşir. Ön hissədə 8 meqapiksellik selfi kamerası var. Kamera proqramı sadə və istifadəsi asandır. Bütün parametrlər yaxşı qurulub, lakin makro kameradan istifadə etmək üçün alt menyuya daxil olmalısınız. Kamera proqramında quraşdırılmış süni intellekt var və o işə salındıqda telefonun nəyə yönəldiyini tanıya və buna uyğun parametrləri tətbiq edə bilərsiniz. Poco M3 ilə parlaq və canlı fotolar çəkmək mümkündür. Bu telefon modelində portret fotolar xüsusilə yaxşı alınır. Kənar hissələr düzgün tənzimlənir və canlı fotolar ortaya çıxır. Makro kamera obyektləri daha yaxından yaxşı formada çəkməyə imkan verir. Kamerada gecə çəkiliş rejimi mövcuddur. Onun sayəsində aşağı işığa malik yerlərdə yaxş şəkillər çəkmək mümkündür. Poco M3 qiyməti ilə kamera xüsusiyyətlərini müqayisə etdikdə bu telefonun əlverişli model olduğunu deyə bilərik. Xüsusilə aşağı və orta seqment telefonlar arasında rəqabətcil modellərdən biri məhz Poco M3-dür. Xiaomi Poco M3 telefon modelinin xüsusiyyətlərini daha ətraflı araşdırmaq üçün vau.az saytına daxil ola bilərsiniz. Burada Poco M3 qiyməti və detalları qeyd olunub. Rəng çeşidləri, yaddaş tutumları fərqli olan məhsullardan bəyəndiyiniz modeli onlayn sifariş edə bilərsiniz.