Cari halda aktiv məhsul mövcud deyil
Poco X3 Pro Dizaynı
Poco X3 Pro telefon modelinin korpusuna baxdığımız zaman arxa hissənin möhkəm plastikdən, ön hissəsinin isə şüşədən hazırlandığını görürük. Ekranda Gorilla Glass 6 dayanıqlı şüşədən istifadə olunub. Bu telefonu zərbələrə və cızıqlara qarşı qoruyur. Telefon su və toza qarşı IP53 sertifikatına malikdir. Telefonun arxa hissəsi, kameranın yerləşməsi digər Xiaomi telefonlarından fərqlənir. Burada kamera dairəvi hissə daxilində yerləşdirilib. Həmin hissədə 4 kamera və LED flaş yer alır. Poco X3 Pro-da infraqırmızı sensor, ikinci mikrofon və telefonun yuxarı kənarında kiçik əlavə dinamik var. Bu dinamik telefondan daha keyfiyyətli və yüksək səs yayılmasına kömək edir. Sol tərəfdə telefonun microSD kartı və nano SİM kart üçün yuva yerləşir. Telefonun ölçüləri 165.3 x 76.8 x 9.4 mm, çəkisi 215 qramdır.
Poco X3 Pro Kamera keyfiyyəti
Poco X3 Pro-nun arxa hissəsində dördlü kamera sistemi var. Burada əsas kamera 48 meqapiksellik sensordur. 8 meqapiksellik ultra geniş bucaqlı kamera, 2 meqapiksellik makro kamera və 2 meqapiksellik dərinlik sensoru sistemi tamamlayır. Telefonun ön hissəsində 20 meqapiksellik sefi kamerası yerləşir. 48 meqapiksellik əsas kamera ilə aydın və canlı rənglərdə fotolar çəkmək mükündür. Bulanıqlıq çox aşağı səviyyədədir. 8 meqapiksellik ultra geniş bucaqlı kamera ilə kifayət qədər detallı gözəl fotoşəkillər çəkilə bilər. Orta dinamik diapazon və yaxşı kontrast geniş bucaqlı fotoşəkillərin xüsusiyyətlərindəndir. 2 meqapiksellik makro kamera ilə obyektləri daha yaxından çəkməkdən zövq alacaqsınız. Son illərdin yeni çıxan telefon modelləridə rast gəlinən makro kamera ilə maraqlı kadrlar yaratmaq mümkündür. Telefonda gecə rejimi də var. Bununla qaranlıq məkanlarda yaxşı şəkillər çəkə bilərsiniz. Həmçinin 20 meqapiksellik ön kamera da uğurlu selfilər üçün hazırlanıb. Telefonun əsas kamerası ilə 4K 30 fps video çəkiliş də edilə bilər. Əgər siz foto və video çəkməyi sevən birisinizsə, Poco X3 Pro sizin gözləntilərinizi qarşılayacaq. Poco X3 Pro qiyməti ilə kamera xüsusiyyətlərini müqayisə etdikdə olduqca diqqət çəkən seçimdir deyə bilərik.
Poco X3 Pro Batareya gücü
İstifadəçiləri yeni telefon alarkən maraqlandıran əsas məqamlardan biri də batareya gücüdür. Adətən telefonu tez-tez şarj etmək sıxıcı iş kimi görünür. Poco X3 Pro şarj məsələsində də istifadəçilərin istəklərini reallaşdırır. Poco X3 Pro 5160 mAh batareya gücünə sahibdir. Smartfon gözləmə rejimində 112 saat açıq qala bilir. 33 saata yaxın telefon danışığı etməyə imkan verən bu batareya, həm də 17,5 saat internetdən istifadə etməyə və ya təxminən 12 saat video izləməyə imkan verir. Qeyd etməliyik ki, biz bu deyilənləri sınaqdan keçirməmişik, amma telefonun batareya gücü qane olmaq üçün kifayət edir. Poco X3 Pro modelində həm də sürətli şarj dəstəyi var. 30 Vt adapter ilə telefonu yarım saat ərzində 50 faiz şarj etmək mümkündür. 100 faiz şarj üçün isə 68 dəqiqə tələb olunur. Poco X3 Pro üçün iki RAM variantı təklif olunur: 6 GB və 8 GB. Yaddaş seçimləri isə 128 GB və 256 GB olaraq dəyişir. Həmçinin microSD kartı ilə yaddaşı artırmaq mümkündür.