Cari halda aktiv məhsul mövcud deyil
iPhone 12 mini Dizaynı
iPhone 12 mini telefon modelinin ön və arxa hissəsi şüşədən, kənarları isə alüminium materialdan hazırlanmışdır. Ön şüşə Ceramic Shield adlanır, zərbələrə qarşı davamlıdır. Həmçinin arxa hissə də möhkəm şüşədən hazırlanıb və cızıqlara qarşı davamlıdır. iPhone 12 mini telefonunun ölçüləri fərqlənsə də, digər dizayn xüsusiyyətləri iPhone 12 ilə tamamilə eynidir. Telefonun ölçüləri 131,5 x 64,2 x 7,4 mm-dir və çəkisi 135 qramdır. iPhone 12 mini mavi, ağ, qırmızı, yaşıl və qara rənglərində satışa çıxarılır. Telefon kompakt quruluşa malikdir deyə bilərik. Onu tək əllə asanlıqla istifadə etmək olur. Daha incə, yüngül və kiçik model telefonlara üstünlük verənlər üçün iPhone 12 mini əlverişli seçimdir. Telefon suya və toza qarşı davamlıdır. Həmçinin IP68 sertifikatına malikdir. Arxa tərəfdə LED flaşına və ikinci mikrofona əlavə olaraq iki linzadan ibarət kvadrat formalı kamera modulu yuxarı sol küncdə yerləşdirilib. Apple loqosu isə telefonun arxa hissəsində mərkəzdə yerləşir.
iPhone 12 mini Kamera keyfiyyəti
iPhone 12 mini telefonunda arxa hissədə 2 kamera yerləşir. Hər iki kameranın təsvir ölçüsü 12 meqapikseldir. Geniş kamera olaraq da xarakterizə edilən əsas kamera f/1.6 diafraqma dəyərinə malikdir. Bu kamerada həmçinin optik görüntü sabitləşdirmə sistemi mövcuddur. Ultra geniş bucaqlı kamera isə 120 dərəcə baxış bucağına malikdir və f/2.4 diafraqma dəyəri ilə seçilir. 2x optik böyütmə və 5x rəqəmsal böyütmə kimi xüsusiyyətlər də mövcuddur.
iPhone 12 telefonlarında təklif edilən kamera texnologiyaları iPhone 12 mini-də də mövcuddur. Burada biz A14 Bionic-in süni intellekt imkanlarının köməyi ilə orta və ya az işıqlı mühitlərdə tekstura və detalları yaxşılaşdıran Deep Fusion texnologiyasını görürük. Həm də fotoşəkillərdə qaranlıq və işıqlı sahələrin balanslaşdırılmış və ətraflı təqdimatını təmin edən Smart HDR 3 texnologiyası mövcuddur. Deep Fusion və Smart HDR 3 texnologiyaları sayəsində iPhone 12 mini ilə zəif işıqlı və ya qaranlıq yerlərdə, hətta işığın əks bucaqda düşdüyü mühitlərdə canlı fotolar çəkmək mümkündür. Telefonda gecə çəkiliş rejimi də yer alır.
Bu rejim avtomatik aktivləşir, qaranlıq mühitlərdə canlı və aydın fotoların çəkilməsini təmin edir. Ultra geniş bucaqlı kamera qrup selfiləri və ya mənzərə şəkilləri üçün istifadə oluna bilər. Lens korreksiyası sayəsində kənarlarda yarana biləcək təhriflərin də qarşısı alınır və daha düzgün fotolar əldə edilir. iPhone 12 mini ilə siz makro və portret çəkilişlər də edə bilərsiniz. Təklif etdiyi yüksək keyfiyyətli kamera ilə iPhone 12 mini qiyməti sərfəli hesab olunur.
Onunla istənilən mühitdə canlı fotolar çəkə bilərsiniz. Telefonun video tərəfi də çox güclüdür. Bu telefonla saniyədə 60 kadr sürətlə 4K video çəkə bilərsiniz. Bundan əlavə Dolby Vision ilə HDR video yaza bilərsiniz. A14 Bionic-in gücü sayəsində bu video görüntüləri birbaşa telefonda redaktə etmək mümkündür. Ön kamera da 12 MP-dir və onunla aydın selfilər çəkmək mümkündür. Hətta bu kamera Dolby Vision HDR video çəkilişlər etməyə də imkan verir.
iPhone 12 mini Batareya gücü
iPhone 12 mini-nin batareya gücü 2227 mAh-dir. Telefonun kiçik ekranı daha böyük ekranlı iPhone-larla müqayisədə enerji istehlakını daha aşağı səviyyədə saxlayır. 100 faizlik şarj ilə telefonu 1,5 gün intensiv istifadə edə bilərsiniz. 20 Vt gücünə sahib adapter ilə 30 dəqiqədə telefonu 50 faiz şarj edə bilərsiniz. 100 faizlik şarj üçün isə 100 dəqiqə tələb olunur.
iPhone 12 mini ilə də Apple öz fərqini nümayiş etdirir. Əgər yüksək performanslı telefon axtarışındasınızsa, iPhone 12 mini modelini nəzərdən keçirməyinizi tövsiyə edirik. iPhone 12 mini qiyməti və digər xüsusiyyətləri ilə tanış olmaq üçün vau.az saytına daxil ola bilərsiniz.