Xiaomi Redmi 9T Dizaynı
Redmi 9T plastik korpusa malikdir. Bu korpus barmaq izləri və cızıqlara qarşı davamlıdır. Ön hissədə GORILLA GLASS 3 şüşəsindən istifadə edilmişdir. Xiaomi Redmi 9T telefon modelinin ölçüləri belədir: uzunluğu 162,3 mm, eni 77,3 mm, qalınlığı 9,6 mm. Çəkisi isə 198 qramdır. 198 qram çəki 6000 mAh batareyası olan telefon üçün olduqca idealdır. Telefonun sağ tərəfində barmaq izi oxuyucusu və səs səviyyəsi düymələri var. Sol tərəfdə daha sadə panel və yalnız SD-sim kart yuvası yerləşir. Telefonun aşağı hissəsində USB Type-C şarj portu və dinamik var. Kameralar arxa hissədə şaquli formada yerləşdirilib. Telefonun boz, yaşıl və mavi rəngləri mövcuddur. Xiaomi Redmi 9T modeli 6.53 düym, FHD+ Drop Notch, 2340 × 1080 təsvir ölçülü ekrana sahibdir. Bu ekran 395 ppi piksel həssaslığına və 400 nit parlaqlığa malikdir. Eyni zamanda, ekranın 60 fps yeniləmə sürəti var. IPS LCD xüsusiyyətinə malik olan bu ekran GORILLA GLASS 3 ilə qorunur.
Xiaomi Redmi 9T Kamera keyfiyyəti
Xiaomi Redmi 9T telefonunda dörd kamera sistemi var. 48 meqapiksellik əsas kamera ilə yanaşı telefonda 8 meqapiksellik ultra geniş bucaqlı, 2 meqapiksellik makro və 2 meqapiksellik dərinlik kamerasından da istifadə edilib. Bütün kameralar ilə aydın və canlı fotolar çəkmək mümkündür. Əsas kamerada 4K video çəkiliş dəstəyi mövcuddur. Telefon həmçinin saniyədə 60 kadr sürətlə Full çəkilişə imkan verir. Ön hissədə 8 MP-lik selfi kamerası yerləşdir. Bu kamera ilə saniyədə 30 kadr sürətlə video çəkmək mümkündür. Bir sözlə Xiaomi Redmi 9T ilə siz yaxşı video və fotolar çəkə bilərsiniz. Xüsusilə qiymət və performans müqayisəsi apardıqda Xiaomi Redmi 9T çox uğurlu modeldir. Xiaomi Redmi 9T qiyməti təklif etdiyi imkanlara görə olduqca əlverişlidir.
Xiaomi Redmi 9T Batareya gücü
Xiaomi Redmi 9T telefon modelinin batareya gücü 6000 mAh-dir. Bu batareya gücü ilə 100 faiz şarjlı telefonu, hətta 2,5 günə qədər istifadə edə bilərsiniz. 18 Vt adapter ilə telefonu 0 faizdən 100%-ə 3 saat ərzində çatdırmaq mümkündür. Xiaomi Redmi 9T ilə heç bir şarj problemi yaşamayacağınızdan əmin ola bilərsiniz. Bu özəlliyi sayəsində Xiaomi Redmi 9T ilə uzun müddət video və ya fim izləmək, internetdən istifadə etmək çox əlverişlidir. Xüsusilə, telefonu hər gün şarj etməyi sevməyənlər üçün bu böyük üstünlükdür. Telefonun 64 GB və 128 GB yaddaş variantları var. 64GB seçimində UFS 2.1, 128GB seçimində isə UFS 2.2 sürəti var. Xiaomi Redmi 9T 4 GB LPDDR4x RAM-ı dəstəkləyir. Redmi 9T telefon modelində yüksək dəqiqlikli audio sertifikatlı ikili dinamik sistemindən istifadə edilir. Stereo dinamiklərdən biri cihazın aşağı hissəsində, digəri isə cihazın yuxarı hissəsindədir. Telefonda ikili sim kart dəstəyi mövcuddur. Xiaomi Redmi 9T Qualcomm Snapdragon 662 prosessoru ilə işləyir. Bütün xüsusiyyətlərinə baxdıqda Xiaomi Redmi 9T qiyməti həmin özəlliklərə görə çox münasibdir. Əgər orta qiymətə keyfiyyətli telefon axtarışındasınızsa, vau.az saytında olan Xiaomi Redmi 9T modelini nəzərdən keçirməyinizi tövsiyə edirik. Burada fərqli rəng və yaddaş seçimləri də yer alır.