iPhone 11 Pro Dizaynı
iPhone 11 Pro telefon modelinin ön və arxa hissəsi möhkəm şüşədən, çərçivəsi ilə poladdan hazırlanmışdır. Ön və arxa tərəfdə istifadə edilən şüşə Corning Gorilla Glass adlanır, cızıqlara və zərbələrə qarşı davamlıdır. Arxa tərəfdəki şüşədə iki fərqli teksturadan istifadə edilib. Monolit şüşə kamera və ümumi arxa hissə teksturası fərqlənir. Telefonun uzunluğu 144 mm, eni 71,4 mm və qalınlığı 8,1 mm-dir. Çəkisi 188 qramdır. Telefonun sağ tərəfində kilid açarı və SIM yuvası var. Sol tərəfdə isə səsi artırma düyməsi və səssiz rejim açarı yerləşir. Telefonun arxa hissəsində isə daha böyük dəyişikliklər edilib. Arxada 3 kameranın yerləşdiyi modul diqqət çəkir. Dizayn baxımından bu çox fərqli görünür. Telefon IP 68 sertifikatına malikdir və suda 4 metr məsafədə 30 dəqiqə dayanıqlıq təklif edir. 1125 x 2436 piksel təsvir ölçülü və 1200 nit qədər parlaqlığa malik 5.8 düymlük Super Retina XDR OLED ekrana sahib iPhone 11 Pro Dolby Vision və HDR 10 dəstəyinə də malikdir.
iPhone 11 Pro Kamera keyfiyyəti
iPhone 11 Pro-nun arxada 3, öndə 1 kamerası var. Bu kameralar strukturuna görə bir-birindən fərqli olsalar da, hamısı 4K / 60 kadr / s video çəkə bilir və 12 MP təsvir ölçüsünə malikdir. Geniş bucaqlı kamera f/1.8 apertura ilə 12 MP təsvir ölçüsünə malikdir. OIS dəstəyi (optik görüntü sabitləşdirmə sistemi ) var. Telefoto kamera f/2.0 diafraqma ilə 12 MP təsvir ölçüsünə malikdir. OIS dəstəyi var və 2x böyüdə bilir. Ultra geniş bucaqlı kamera f/2.4 apertura ilə 12 MP təsvir ölçüsünə malikdir. Yalnız EIS (elektron görüntü sabitləşdirmə sistemi) dəstəyi var. TruDepth ön kamerası f / 2.2 diyafram və 12 MP təsvir ölçüsü təklif edir. EIS dəstəyi mövcuddur. Bütün kameralarla 4K 24/30/60 fps-də çəkiliş edə bilərsiniz. iPhone 11 Pro fotoçəkilişlərdə üç fərqli işıq şəraiti üçün müxtəlif çəkiliş rejimləri təklif edir. 1. Parlaq çəkilişlər üçün Smart HDR, 2. Zəif işıqlı qapalı ərazilər üçün Deep Fusion, 3. Gecə rejimi.
Fotolarda 10x rəqəmsal böyütmə etmək mümkündür, videolarda isə bu rəqəm 6x-a enir. iPhone 11 Pro həm də ön kamera ilə saniyədə 120 kadr sürətlə yavaş hərəkətli video çəkən ilk cihazdır. Bu xüsusiyyət sayəsində mükəmməl kadrlar yarada bilərsiniz. Ümumiyyətlə iPhone 11 Pro ilə çəkilişlərdən zövq alacaqsınız.
iPhone 11 Pro Batareya gücü
Apple iPhone 11 Pro 3046 mAh batareya tutumuna malikdir. Bu o deməkdir ki, 100 faiz şarj sizə gün ərzində telefondan aktiv istifadə zamanı kifayət edəcək. Telefon sürətli şarj xüsusiyyətinə də sahibdir. 18 Vt adapter ilə siz cəmi yarım saata telefonu 55 faizdən çox şarj edə bilərsiniz. Beləliklə, iPhone 11 Pro istər dizaynı, istərsə də xüsusiyyətləri ilə diqqət çəkir. Siz bu telefonla yüksək keyfiyyətli foto və videolar çəkə, müxtəlif proqramlardan istifadə edə bilərsiniz. Telefonun 4 GB RAM və 64 GB, 256 GB ve 512 GB yaddaş tutumuna malik növləri var. vau.az saytına daxil olaraq onların hər birini əldə edə bilərsiniz.