Cari halda aktiv məhsul mövcud deyil
iPhone 12 Pro Dizaynı
Telefonun ön və arxa hissəsi şüşə ilə örtülmüş, yanları isə paslanmayan poladdan hazırlanmışdır. iPhone 12 Pro-nun kənarları iPhone 12-nin kənarlarından daha parlaq görünür. Ön hissədə möhkəm şüşədən istifadə edilib. Apple Ceramic Shield adlandırılan bu şüşənin digər smartfonlarda istifadə edilən şüşədən daha dayanıqlı olduğunu iddia edir. Arxa şüşə də həmçinin yüksək dərəcəli möhkəmliyi ilə seçilir. Apple iPhone 12 Pro modeli suya və toza qarşı davamlıdır. Telefonun suya olan davamlılığı IP68 sertifikatı ilə təsdiqlənir. Telefonun arxa tərəfində sol yuxarı küncdə kamera modulu və mərkəzdə Apple loqosu diqqət çəkir. iPhone 12 Pro mavi, qızıl, qrafit və gümüşü rənglərlə satışa çıxarılır. Telefon həmçinin 6.1 düymlük Super Retina XDR ekran texnologiyası ilə təchiz edilib. Apple dilində 'OLED' mənasını verən bu ekran istifadəçilərə 1170 × 2532 piksel FHD + təsvir ölçüsünü təqdim edir. 460 PPI piksel sıxlığına malik panel 60 Hz ekran yeniləmə sürəti təklif edir. Bundan əlavə telefonun ekran parlaqlığını 1200 nit-ə qədər artırmaq mümkündür.
iPhone 12 Pro Kamera keyfiyyəti
iPhone 12 Pro-da arxa hissədə hər biri 12 meqapiksellik üç kamera yerləşir: geniş, ultra geniş və telefoto. Arxa kamera modulu Dual Tone flaş və mikrofonla tamamlanır. Geniş kamerada optik görüntü sabitləşdirmə sistemi də mövcuddur. Əsas kamera ilə zəif işıqda çəkilmiş fotoşəkillərdə belə rənglərin parlaqlığı və canlılığı yüksəkdir. Qaranlıq və ya işığın zəif olduğu yerlərdə gecə rejimi yüksək performans göstərir. Bu rejimlə gecə çəkilişlərində belə rəngli və parlaq fotolar çəkmək mümkündür. Smart HDR 3 texnologiyası işığın əks istiqamətdən gəldiyi və ya işıqlandırmanın dəyişdiyi kadrlarda yaxşı nəticələr verir. Arxa tərəfdə telefoto kameranın olması portret rejiminin daha yüksək performansla işləməsinə imkan verir. iPhone 12 Pro-nun video çəkiliş keyfiyyəti də olduqca yüksəkdir. 60 kadr və 4K təsvir ölçüsünə qədər müxtəlif görüntü keyfiyyətində və kadr sürətlərində çəkilişlər etmək mümkündür. Filmic Pro kimi peşəkar video çəkiliş proqramının köməyi ilə siz asanlıqla mükəmməl videolar hazırlaya bilərsiniz. Bu telefon modelində Dolby Vision xüsusiyyətini də görürük. Dolby Vision video çəkilişlərində parlaqlıq və rəng canlılığı baxımından yüksək nəticələr təklif edir. iPhone 12 Pro həmçinin çəkilən videoların üzərində işləmək üçün redaktə imkanı da təklif edir. Beləliklə, siz iPhone 12 Pro ilə həm kameranızı, həm də müxtəlif redaktə proqramlarını əvəz edə bilərsiniz. 12 meqapiksellik ön kamera ilə 4K HDR videolar da çəkmək mümkündür. Bu kameradakı elektron görüntü sabitləşdirmə sistemi sayəsində siz hərəkətsiz videolar çəkə bilərsiniz. Beləliklə, iPhone 12 Pro sizə mükəmməl foto və video təcrübəsi yaşadacaq. Əgər bu işlə professional məşğul olursunuzsa, bəlkə də bir çox işlərinizi sadəcə telefonla həll edə biləcəksiniz.
iPhone 12 Pro Batareya gücü
Apple iPhone 12 Pro modelinin batareya tutumu 2815 mAh-dır. Deyilənlərə görə iPhone 12 Pro 17 saata qədər video izləmək, internet üzərindən 11 saata qədər video izləmək imkanına malikdir. 100 faiz şarj sizə gün ərzində telefondan intensiv istifadə etsəniz belə kifayət edəcək. iPhone 12 Pro sürətli enerji doldurma və simsiz enerji doldurmanı dəstəkləyir. 20 Vt-luq adapter ilə yarım saata telefonu 55-60% şarj edə bilərsiniz. 100% şarj üçün isə 1 saat 60 dəqiqə tələb olunur. iPhone 12 Pro haqqında daha ətraflı məlumat əldə etmək üçün vau.az saytına daxilola bilərsiniz. Burada telefonun fərqli rəng çeşidləri yer alır.