Samsung Galaxy A21S Dizaynı
Samsung Galaxy A21S telefon modelinin hazırlanmasında plastik və şüşədən istifadə olunub. Telefon minimalist dizaynda hazırlanıb və çox xoş görüntüyə sahibdir. İncə və zərif Samsung Galaxy A21S ağ, qara və mavi rəngləri birləşdirir. Korpusuna diqqət etdikdə bu rənglərin birindən digərinə keçidi görmək mümkündür. Rənglərin belə bir-birini əvəzləməsi fərqlilik yaradır. Arxa hissəsi parlaq və holoqrafik dizaynı ilə seçilir. 192 qram ağırlığında olan Samsung A21-in ölçüləri 163.7 x 75.3 x 8.9 mm-dir və əldə tutmaq rahatdır. Barmaq izi sensoru digər modellərdən fərqli olaraq arxa tərəfdə yerləşir. Telefonda üz tanıma funksiyası yoxdur. Telefonun arxa hissəsində kamera üçün xüsusi modul ayrılmışdır. Burada kameraların şaquli düzülüşünü görmək mümkündür. Ekranı böyükdür, bu da telefondan istifadəni asanlaşdırır. Telefon ikili sim kartı dəstəkləyir. 6.5 düymlük infinity-O ekranı ilə görüntü keyfiyyəti 720 x 1600 pikseldir. Yan çərçivələrin nazik olması ekranın görünüşünü daha da qüsursuz edir. HD+ xüsusiyyəti sayəsində video və ya film izləmək zövq verir.
Samsung Galaxy A21S Kamera keyfiyyəti
Samsung Galaxy A21S 4 kameraya sahibdir. Müvafiq olaraq 48 MP f2.0 əsas kamera, 128 dərəcə 8 MP geniş bucaqlı kamerası, 2 MP dərinlik kamerası (çəkilişdən sonra və ya əvvəl dərinliyi tənzimləməyə imkan verir) və 40 mm 2 MP makro kameraları ilə təchiz olunub. 48 MP-lik əsas kamera parlaqlığı və aydınlığı təmin edir. Günün hansı saatı olursa olsun, istədiyiniz aydınlıq və işıqla fotolar çəkə bilərsiniz. Geniş bucaqlı kamera ilə böyük əraziləri istədiyiniz şəkildə çəkə bilərsiniz. Makro kamera isə obyektləri daha yaxından çəkmək üçün nəzərdə tutulub. Bu kamera ilə fərqli kadrları lentə ala bilərsiniz. Ön kamerası 13 meqapikseldir və canlı fokus xüsusiyyəti sayəsində keyfiyyətli selfilər çəkməyə imkan verir. İşıq kifayət etmədikdə belə fotoşəkillərdəki rənglər və detallar kifayət qədər yaxşıdır. Qaranlıq mühitlərdə çəkiliş edərkən gecə rejimindən istifadə etmək görüntü keyfiyyətini artırır. Samsung Galaxy A21S qiyməti ilə kamera keyfiyyət performansını müqayisə etdikdə uğurlu nəticə əldə etmək mümkündür. Münasib qiymətə bu xüsusiyyətlərə sahib telefon gözləntiləri qarşılayır.
Samsung Galaxy A21S Batareya gücü
Samsung Galaxy A21S 5000 mAh batareya gücünə malikdir. Maksimum parlaqlıqda belə batareyanın gücü asanlıqla bitmir, məsələn, bir saat videoya baxanda batareyanın gücü cəmi 10% azalır. 15Vt adapter ilə yarım saat ərzində telefonu 30 faiz şarj edə bilərsiniz. Ümumiyyətlər 100 faiz şarj isə sizə gün ərzində telefondan aktiv istifadə etsəniz belə kifayət edəcək. Uzun saatlar video izləmək, oyun oynamaq və ya sosial mediada vaxt keçirməyi xoşlayırsınızsa, Galaxy A21S 5000 mAh batareya gücü ilə sizi məmnun edəcək.
Galaxy A 21S telefon modei yaddaş tutumu ilə iki fərqli seçim təklif edir. Ehtiyaclarınıza uyğun olaraq 64 GB və 128 GB olmaqla iki fərqli saxlama variantı arasında seçim edə bilərsiniz. Micro SD kart ilə yaddaşı 512 GB-a qədər artırmaq mümkündür. Bu o deməkdir ki, Galaxy A 21S ilə yaddaş problemi yaşamayacaqsınız. Texniki xüsusiyyətlərini daha ətraflı araşdırmaq üçün vau.az saytına daxil ola bilərsiniz.