Apple iPhone 11 Pro Max Dizaynı
Bu model olduqca uğurlu dizayna malikdir deyə bilərik. Dairəvi künclər, ön və arxanı tamamilə örtən şüşə təbəqələr və kənarları əhatə edən paslanmayan polad çərçivə iPhone 11 Pro Max-ın əsas dizayn elementləri sırasındadır. Dizayn baxımından əvvəlki ilin modeli iPhone XS Max-ı xatırlatsa da, iPhone 11 Pro Max özünəməxsus tərzə sahibdir. Sadəcə arxa hissəsində kameralara baxmaq belə telefonu fərqləndirmək üçün kifayət edir. iPhone 11 Pro Max-ın həm ön, həm də arxasında istifadə edilən şüşənin xüsusi dayanıqlılığa malik olduğu Apple tərəfindən vurğulanır. Bu şüşə həm də cızıqlara qarşı dözümlüdür. Telefonun arxa hissəsində kameralar xüsusi materialdan hazırlanmış modulda yerləşdirilib. Kameralardan yanaşı fləş və mikrofon da var. iPhone 11 Pro Max boz, yaşıl, gümüş və qızıl rənglərdə təklif olunur. Dizaynda daha bir dəyişiklik Apple loqosunun silinməsi və iPhone yazısının çıxarılmasıdır. Bu dəyişiklik telefona daha da gözəl görüntü verir. Telefonun çəkisi 226 qramdır. Bu onun qalınlığı və böyüklüyünə görədir. iPhone 11 Pro Max IP68 sertifikatına malikdir, 4 metr dərinlikdə yarım saat suda qala bilir.
Apple iPhone 11 Pro Max Batareya gücü
iPhone 11 Pro Max 3969 mAh batareya gücünə sahibdir. Apple bu telefon modeli ilə daha güclü batareya təqdim edir. iPhone 11 Pro Max batareya gücü ilə istifadəçiləri məmnun edir. 100 faiz şarj ilə telefonu gün ərzində asanlıqla istifadə edə bilərsiniz. Hətta istifadə formasından asılı olaraq 100 faiz şarj ilə telefonu 1,5 gün də istifadə edə bilərlər. 18 Vt adapter ilə yarım saatda telefonu 50% şarj etmək mümkündür. iPhone 11 Pro Max həm də kabelsiz şarjı dəstəkləyir. Sadəcə bunun üçün bir qədər çox vaxta ehtiyacınız ola bilər.
Apple iPhone 11 Pro Max Kamera keyfiyəti
iPhone modelləri kamera keyfiyyəti ilə fərqlənirdi. Yeni çıxan iPhone 11 Pro Max kimi modellərdə isə bu özəllik daha da təkmilləşdirilib. Həm video, həm də fotoları yüksək keyfiyyətdə çəkmək mümkündür. iPhone 11 Pro Max yüksək larında geniş bucaqlı və telefoto linzalarla yanaşı ultra geniş bucaqlı obyektivə də sahibdir. Hər üç kameranın təsvir ölçüsü 12 meqapikseldir. Əsas kamera ikili piksel faza aşkarlama avtofokusu və optik görüntü sabitləməsini də özündə birləşdirir. Ultra geniş bucaqlı kamera ilə daha geniş kadrları uğurlu çəkmək mümkündür. Kamera tətbiqi yenilənmiş interfeys sayəsində ultra geniş bucaqlı obyektivlə işləməyi də asanlaşdırır. iPhone 11 Pro Max kamerasının daha bir üstünlüyü gecə rejiminin yüksək keyfiyyətidir. Gecə rejimi ətraf işığının müəyyən səviyyədən aşağı olduğunu aşkar etdikdə avtomatik olaraq aktivləşdirilir. Gecə rejimi qaranlıq mühitləri aydın şəraitlərdəki çəkiliş kimi işıqlandırır. Həm də bunu edərkən rənglərin təbiiliyi qorunur. Çəkilən fotoşəkillərin dinamik diapazonu yüksəkdir, detallar hətta kölgəli yerlərdə də seçilə bilir, həddindən artıq işıq və kölgə sahələrinin balansı yaxşı tənzimlənir. Ön kamera 12 meqapikseldir və burada daha geniş bucaqlı lensdən istifadə olunub. Portret rejimi həm ön, həm də arxa kamerada aktivdir. Arxa kamera ilə saniyədə 24, 30 və 60 kadr sürətlə 4K; 1080p Full HD video saniyədə 30, 60, 120 və 240 kadr sürətlə çəkilə bilər. Optik görüntü sabitləşməsi telefoto obyektivdə, eləcə də əsas kamerada mövcuddur və böyütdüyünüz zaman görüntünün titrəməsinin qarşısını alır. Apple iPhone 11 Pro Max-da super statik görüntülər təqdim edir. Video çəkilişləri zamanı həmçinin 360 dərəcə səs yazmaq da mümkündür. iPhone 11 Pro Max-da hətta ön kamera ilə də 4K videolar çəkmək mümkündür. Beləliklə, iPhone 11 Pro Max yüksək keyfiyyəti və geniş imkanları ilə seçilir. Bu telefon sizin tələblərinizi yüksək səviyyədə qarşılamaq üçün hazırlanıb. vau.az saytına daxil olaraq siz fərqli Apple telefon modleləri ilə tanış ola bilərsiniz.